Məhkəmə qərarları › İş №2(010)-2460/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2460/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2460/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Qasımov Anar Adil oğlunun sədrliyi, X*3 qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi X* “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 mart *970-ci ildə doğulmuş arvadı Guseinova Aibeniz-in (X3) *5.04.2022-ci ildə Bakı şəhərində vəfat etməsi bağlı ölüm faktının müəyyən edilməsi və onun adına Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23 sentyabr *970-ci ildə doğulmuş arvadı, Rusiya Federqasiyasının vətəndaşı olan Guseinova Aibeniz (X6) *5.04.2022-ci ildə vəfat etmiş və Ağcəbədi rayonunun Kürdlər qəbiristanlığında dəfn olunmuşdur. Arvadı uzun illər xəstə olmuş, Alsmeyger xəstəliyindən əziyyət çəkmiş və İ qrup əlil olmuşdur. *5.04.2022-ci ildə vəziyyəti daha da pisləşmiş və buna görə onun tərəfindən evə təcili tibbi yardım çağırılsa da, təcili tibbi yardım həkimi gələnə qədər arvadı vəfat etdiyindən Təcili və X5 Stansiyası tərəfindən bu haqda xəbərdarlıq vərəqəsi verilmişdir. Arvadı həmin arayış əsasında dəfn edilsə də, *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunmasına baxmayaraq, arvadı yaşadığı müddət ərzində poliklinikaya müraciət etmədiyi və adına ambulator kartı olmadığından ona imtina cavabı vermişdir. Arvadı üzərində qəyyumluq təyin edilmişdi və o sonuncunun qəyyumu idi, hazırda qəyyumluqla bağlı ödənişlərin dayandırılması məsələsinin həll edilməsi və digər sənədləşdirmə işləri üçün xx.xx.2022-ci ildə vəfat etmiş arvadının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi X4 tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Guseinova Aibeniz (X6) *5.04.2022-ci ildə vəfat etmişdir və Ağcəbədi rayonunun Kürdlər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Guseinova Aibeniz (X6) *5.04.2022-ci ildə vəfat etmişdir və Ağcəbədi rayonunun Kürdlər qəbiristanlığında dəfn olunmuşdur.. İş materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyasının arayışından görünür ki, *5 aprel 2022-ci ildə Suraxanı rayonu, V massivi 5 D ünvanına çağırış qeydə alınmış “qadın cinsli meyit” aşkar olunmuşdur. Bakı şəhər Baş Səhiyyə İdarəsi *5 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Guseinova Aibeniz yaşadığı müddət ərzində poliklinkaya müraciət etmədiyi üçün və ambulator kartası olmadığına görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli məktubundan görünür ki, X2 ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 23 mart *970-ci ildə Azərbaycan Respublikasında anadan olmuş (Guseınova Aıbenız) X3 *5 aprel 2022-cı ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçinın ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 mart *970-ci ildə Azərbaycan Respublikasında anadan olmuş (Guseınova Aıbenız) X3 *5 aprel 2022-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum (Guseınova Aıbenız) X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar