Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2468/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçilər Ərizəçi və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən oğlu 0*.04.*989-cu ildə doğulmuş X4 *2.08.*999-cu ildə Qəbələ rayonunun Bayramkoxa kəndində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizə onunla əsaslandırmışdır ki, “Mən və həyat yoldaşım Qəbələ rayonunda doğulmuşuq və orada qohumlarımız yaşayır. *2 avqust *999-cu ildə Qəbələ rayonunun Bayramkoxa kəndində qohumlarımgildə qonaq olan zaman 0* aprel *989-cu il təvəllüdlü oğlum X* pisləşmiş və o vəfat etmişdir, elə həmin kənddə dəfn edilmişdir. Bu barədə kəndin tibb məntəqəsində işləyən X2 tərəfindən arayış verilmişdir. Həmin vaxt stres vəziyyətində olduğumuzdan, sonradan isə müəyyən vaxt keçdiyi üçün oğlumun vəfatı haqqında ölüm haqqında şəhadətnamə almamışam. Hal-hazırda oğlum X4 ölüm haqqında şəhadətnaməsini ala bilmirəm, belə ki, Suraxanı rayon Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. 43 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə üçün müraciət etdikdə isə həmin poliklinika imtina etmişdir və arayış vermişdir ki, uşağın ölüm hadisəsi ilə valideyn, yəni mənim tərəfimdən müraciət edilməmişdir, habelə poliklinikada uşağın ambulator kartası yoxdur. Hazırda oğlum X4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin *3.03.2024-cü il tarixli imtina məktubu ilə mənə 5 və daha çox uşaq doğub 8 yaşına qədər tərbiyə etmiş qadın olaraq yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir, əsas kimi *999-cu ildə vəfat etmiş oğlum Ramilin ölüm haqqında arayışının olmaması göstərilmişdir.” Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.
4. Ərizəçi onun vəkili (nümayəndəsi) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.
5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
6. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 bildirmişdir ki, Ərizəçi onun arvadıdır, mərhum X7 isə onun oğlu idi. Bakı şəhərində yaşayır. Amma Qəbələ rayonunun Bayramkoxa kəndində anadan olmuş, orada böyümüşdür. Hər il yay aylarında ailəsini doğulduğu kəndə tətilə göndəridi. *999-cu ilin yay aylarında ailəsini yenə də Qəbələ rayonunun Bayramkoxa kəndinə atası evinə dincəlməyə göndərmişdi. Onlardan xəbər tutmaq üçün və həmin vaxtlarda yalnız bacısında telefon olduğu üçün tez-tez bacısı ilə telefon əlaqəsi saxlayırdı. Növbəti dəfə bacısına zəng edəndə, bacısı ona anasının vəziyyətinin yaxşı olmadığını bildirib və onu kəndə çağırıb. O kəndə gedəndə onu anası həyətdə qarşılayıb və oğlu Raminin halının birdən pisləşdiyini, qızdırmasının qaldığını, kənd həkiminə aparsalar da onu xilas etməyin mümkün olmadığını bildirib. Bundan sonra o, mərhum oğlunu elə kənddə dəfn edib.
7. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 bildirmişdir ki, Ərizəçi onun anasıdır, mərhum X7 isə onun qardaşı idi. Onlar həmişə yay aylarında Qəbələ rayonunun Bayramkoxa kəndinə babasıgilə tətilə gedirdilər. Təxminən *0-** yaşı olanda yay aylarında anası və mərhum qardaşı ilə birlikdə yenə də kəndə tətilə getmişdilər. Həmin vaxt o, qardaşının vəziyyətinın pisləşdiyinin və xəstəxanaya aparılmasının şahidi olmuş, lakin qardaşının xəstəxanadan qayıtığını görməmişdir. Sonralar onu qardaşının qəbrini ziyarətə aparmış və orada o, qardaşının rəhmətə getdiyini bilmişdir. Belə ki, uzun müddət qardaşının başqa yerdə olduğunu deyərək, ölümünü ondan gizlətmişlər.
İş materialları.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-*65/7-*0-773/24 nömrəli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölümünün qeydə alınması mümkün olmamışdır.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*7 “Bakı Baş Səhiyyə Mərkəzi” X*7 43 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, *20 nömrəli məktubdan görünür ki, X4 poliklinikaya müraciəti və ambulator kartı olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. *0. Qəbələ Rayon İcra Hakimiyyətinin Bayramkoxalı Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş *7.04.2024-cü il tarixli 5-59-*6/2-74/2024 nömrəli məktubdan görünür ki, kənd sakini X7 həqiqətən *2.08.*999-cu ildə vəfat etdikdən sonra kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıq qəbiri var və mövcuddur. **. X2 tərəfindən verilmiş 26.*2.*999-cu il tarixdə X6 verilmiş arayışdan görünür ki, 0*.04.*989-cu ildə anadan olmuş X7 ailəsi ilə birlikdə Qəbələ rayonu, Bayramkoxa kəndində atasının evinə qonaq gələrkən *2.08.*999-cu ildə Bayramkoxa kəndində ölmüş və həmin kənddə dəfn olunmuşdur.
İşin faktiki halları. *2. 0*.04.*989-cu il təvəllüdlü X7 Ərizəçi oğlu olmuşdur. X7 *2.08.*999-cu ildə vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.
Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*6. Ərizəçinin xahişindən görünür ki, o məhkəmədən oğlu X4 *2.08.*999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 *2.08.*999-cu il tarixdə səhhəti pisləşmiş və vəfat etmiş, lakin onun ölümü barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi ailə üzvü olmuş X4 ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. *9. Göründüyü kimi, X4 *2.08.*999-cu il tarixdə Qəbələ rayon, Bayramkoxalı kəndində şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 *2.08.*999-cu il tarixdə Qəbələ rayon, Bayramkoxalı kəndində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.04.*989-cu il təvəllüdlü X4 *2.08.*999-cu il tarixdə Qəbələ rayon, Bayramkoxalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva