Məhkəmə qərarları › İş №2(010)-247/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-247/2025

09.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-247/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/18/2024-00586 saylı barışıq sazişinin təsdiq edilməsinə və 300 manat həcmində mediasiya xərclərinin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizənin baxılmamış saxlanılması və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Ərizəçi nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizənin baxılmamış saxlanılması və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 259. Ərizənin baxılmamış saxlanılmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 250.0.11. İddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçi tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə nəticəyə gələrkən məhkəmə maraqlı şəxsin hazırkı iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsi və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməməsini işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar