Məhkəmə qərarları › İş №2(010)-2472/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2472/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2472/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 29.*9.*989-cu il təvəllüdlü X* 29.*2.2*24-cü ildə ölməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 29.*9.*989-cu ildə anadan olmuş birinci qrup anadangəlmə əlil qızı X8 ilə Sabunçu rayonunun X4 yaşayan digər qızı Cavadova Günelin evinə getmişlər. 29.*2.2*24-cü il tarixdə təxminən səhər saat 9 radələrində Ayseli oyandırmaq istəyəndə onu huşsuz vəziyyətdə görmüşdür. Dərhal Təcili yardıma zəng vurmuşlar, lakin təcili yardım gələnə qədər o dünyasını dəyişmişdir. 24 saylı Təcili və X7 stansiyasının işçiləri ölüm haqqında “Xəbərdarlıq vərəqəsi” tərtib edərək getmişlər. O, “Xəbərdarlıq vərəqəsi”ni ərazi üzrə poliklinikaya təqdim etmiş, lakin onlar tibbi kartı olmadığından ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişlər. Belə ki, şəhadətnamə olmadığı üçün Ədliyyə Nazirliyinin Suraxanı rayon qeydiyyat şöbəsi qızının ölüm faktını qeydiyyata almamışlar. Belə ki, mərhum övladı 29.*9.*989-cu il təvəllüdlü X2 Maştağa qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Qızının ölüm haqqında şəhadətnaməsinin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, lakin ərizə ilə müraciət edərək mülki işdə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır, vəfat etmiş 29.*9.*989-cu il təvəllüdlü X8 isə həmin bacısının qızıdır. Belə ki, 29.*2.2*24-cü ildə bacısı Ərizəçi ona zəng edərək qızının vəziyyətinin pis olduğunu bildirmişdir. Onlar təcili tibbi yardım çağırmışlar. Lakin onun özünün səhhətində problem olduğundan mərhumun vəfat etdiyi otağa girməyə icazə verməmişlər. Onun bacısının qızı mərhum X8 29.*2.2*24-cü ildə vəfat etmişdir və onu Maştağa qəsəbəsi ərazisində yerləşən qəbiristanlığında dəfn etmişlər. Digər şahid X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qayınanasıdır. 29.*2.2*24-cü ildə səhər Ərizəçi Ayselə nəsə olduğunu deyib təcili tibbi yardım çağırılmasını bildirdi. Daha sonra o təcili tibbi yardıma zəng vurmuş və onu qarşılamağa getmişdir. Təcili tibbi yardım gəldikdə artıq X* vəfat etdiyini bildirmişdir. X8 vəfat etdikdən sonra onu Maştağa qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış *3.*4.2*24-cü il tarixli məktubundan görünür ki, X* tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün, poliklinikada onun ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *6.*3.2*24-cü il tarixdə 3-*6-5/7-**-55*/24 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.**.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarına əlavə edilmiş Təcili və X7 Stansiyası tərəfindən verilmiş 29.*2.2*24cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X* adına 29.*2.2*24-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29.*8.*989-cu il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X8 ömürlük olaraq İ qrup əlildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş *4.*5.2*24-cü il tarixli arayışdan müəyyən olunur ki, X8 29.*2.2*24-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi, Pirşəhid qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 3*7.2.**-ci maddəsinə əsasən, məhkəmə 3*7.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 2**9-cu il tarixli, *3 saylı qərarının 9.-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 2**8-ci il tarixli *5 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3**-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, X* 29.*2.2*24-cü il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29.*9.*989-cu il təvəllüdlü X* 29.*2.2*24-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-22*, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 29.*9.*989-cu il təvəllüdlü X* 29.*2.2*24-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar