Məhkəmə qərarları › İş №2(010)-2512/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2512/2021

28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2512/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri korlandığı üçün hal-hazırda nikahın pozulmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. (iş 2(010)-851/2021). Ailə qurduqdan sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəlləsi, ev 4, 115 ünvanda yerləşən mənzildə yaşamışdır. Birgə yaşadığı evdə qalmış cehiz əmlakını iddiaçılara vermələrini istəmişdir. Lakin onlar iddiaçının cehiz əmlakını iddiaçıya vermək istəmirlər. Buna görə də iddiaçı cehiz əmlakını həmin evdən götürə bilmir. Yaşadığı ünvan 1 ünvandakı mənzildə iddiaçıya məxsus əmlakları qalmışdır. Evdə olan iddiaçıya məxsus cehiz əmlaklar: mətbəx mebeli dəsti-2000 manat, televizor-5000 manat, çəhrayı qazan dəsti-600 manat, lüstür-50 manat, tozsoran- 350 manat, ütü altı-35 manat, ütü -30 manat, sok maşını-70 manat, ət maşını- 150 manat, tok çayniki-50 manat, qazan blender-40 manat, əl mikseri- 45 manat, soğan doğrayan-35 manat, taxt döşəyi- 100 manat, 4 ədəd yastıq- 150 manat, 2 ədəd yorğan -60 manat, dəst yemək ləvazimatı, 12 çəngəl, 12 qaşıq, 12 bıçaq, 12 çay qaşığı, 12 kiçik çəngəl-100 manat, 12 ədəd bokal, 1 ədəd qrafın -35 manat, 6 qaşlı bokal, 1 qrafın- 150 manat, 6 ədəd stopka – 20 manat, 6 ədəd xrustal stəkan – 50 manat, 1 fdəd meyvə qabı – 30 manat, 2 ədəd konfet qabı – 25 manat, 2 ədəd mürəbbə qabı-30 manat, 5 ədəd rəngli bokal- 30 manat, pərdə yataq otağı üçün-250 manat, mətbəx pərdəsi-70 manat, zibil vedrəsi-12 manat, gecə lampası(noçnik)-25 manat, vanna - 10 manat, qulplu qab- 5 manat, duz qabı, istiot qabı-5 manat, ədviyyat qabı dəst-25 manat, ədviyyat qabı 3-lü dəst-25 manat, makiyaj fırçası dəsti- 70 manat, kosmetika çantası- 45 manat, çanta 5 ədəd-130 manat, fen -300 manat, saç ütüsü-250 manat, yataq dəsti - 3800 manat, 2 ədəd şirniyyat qabı -55 manat, 2 ədəd Sous qabı- 55 manat, 2 ədəd Bulud - 55 manat, 24 böyük və 24 kiçik obednıy servis- 250 manat, 6 ədəd nəlbəki- 35 manat, 12 ədəd mürəbbə qabı-15 manat, 3 ədəd süfrə -300 manat, xalça balaca - 150 manat, 2 ədəd Xalça böyük (anasının hədiyyəsi)- 1500 manat, 2 pokrıval-560 manat, paltarlar, kosmetika, qızılılları: 2 ədəd üzük ( hədiyyə)- 800 manat, uşaq qolbağı -120 manat, sep klonlu-350 manat, komplekt -1000 manat, ümumilikdə 15 017 (on beş min on yeddi) manat dəyərində olan cehiz əmlakının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qzı 14 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizəsini verərək, məxsus cehiz əmlakı olan televizorun qiyməti 500 manat olsa da, səhvən 5000 manat kimi qeyd edildiyini bildirərək, məhkəmədə onun nəzərə almasını bildirmişdir. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraza əsasən cavabdeh iddia tələbini qismən qəbul edir. İddiaçının həyat tərzi ilə əlaqədar yaratdığı münaqişə nəticəsində 2019-cu il mart ayında çantalarını və özünə aid qızıl-zinyət əşyalarını yığışdırıb evdən getmişdir. Gedərkən uşağını götürmək əvəzinə özünə lazım olan əşyalarını aparmışdır. Ona gedərkən heç kim mane olmamışdır. İddaçı gedərkən özü ilə qızıl-zinyət əşyaları ilə bərabər kosmetikasını, pal-paltarını, digər əşyaları ərizədə göstərdiyi çantalara yığıb aparmışdır. Evdə nə çanta, nə fen, nə saç ütüsü, nə makiyaj fırçası, nə kosmetika yoxdur, özü ilə gətirərkən çantalara yığıb aparmışdır. Eyni zamanda cehiz siyahısında ümumiyyətlə sous qabı və bulud olmamışdır. Qalan əşyalar olduğu kimi mənzildə yerləşir, gəlib aparmasına etiraz etmir. Apardığı və olmayan əşyaların tələb edilməsinə, qızıl-zinyət əşyalarının tələb edilməsinə etiraz edir, ümumiyyətlə isə mövcud əşyaların qiymətlərini şişirdib tələb etməsinə etiraz edir. Təkcə siyahı üzrə 2-ci olan televizorun qiymətin 5000 manat yazıb, ancaq gətirdiyi televizorun dəyəri 1000 manat belə etmir, o, cümlədən digər əşyaların qiymətinə etiraz edir, sübut təqdim edilməsini tələb edir, əks təqdirdə mövcud əmlakların qiyməti ilə əlaqədar ekspertiza keçirilməsini xahiş edir. İddianın tələbinin qsimən təmin edilməsinə etiraz etmir. 21 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı etirazla razı olmadığını qeyd etmişdir. Bildirmişdir ki, evdən 1 dəst paltarla cıxmışdır, 29 yanvar 2020-ci ildə, qayıdanda onu evə qoymayıblar. Dayısı qızı ilə həkimə getmişdir. Noyabrın axırı dekabrın əvvəlləri yoldaşı ilə aralarında problemləri olmuşdur. Həkimə gedəndən sonra 3 ay dayısıgildə qalmışdır, həkim dedi ki, stresdən uzaqlaşmaq üçün evə qayıtmasın. Baldızına dedi ki, həkim evə gəlməyi məsləhət görmədi. 3 aydan sonra evə gedəndə onu evə buraxmadılar, və bildirdilər ki boşanma olacaq və uşaq iddiaçıya veriləcəkdir. Məhkəmə ərizəni geri qaytarmışdır, ünvan bəlli deyildi deyə, daha sonra dedilər ki, uşağın 1 yaşı olsun məhkəmə olacaq. Uşağın ad günündə onun yanına gedəndə, iddiaçıya evə girməyə icazə vermədilər, dayısı qızına əl qaldırdılar iddiaçını evdən qovdular. 29 yanvar 2020-ci ildə həkimə ilk dəfə getmiş, bilirdi ki, həkim ona deyəcək ki, evə qayıtmasın. Ona digər adamlar da demişdilər ki, zobu olduğuna görə əsəb, stres ona olmaz. Həkimə getməkdən əvvəldən bilirdi ki, evə qayıtmayacaq. Ətrafındakı insanlar, məsələn qonşular ona deyirdilər ki, həkim müalicə yazacaq və ona sakitçilik lazımdır. Qızıllarının şəkilləri yoxdur, ancaq komplektinin şəkli var. 2 ədəd üzük hədiyyə anası və cavabdehin bibisi tərəfindən verilmişdir. Uşaq qolbağını nənəsin qardaşının gəlini hədiyyə etmişdir. Seplə klonu nənəsinin qardaşı vermişdir. Komplekti qarşı tərəf toyda vermişdir. Cehizlərini qaytarmayıblar. Paltarlarını 2 gün qabaq icraçı ilə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ailə qurduqdan sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəlləsi, ev 4, 115 ünvanda yerləşən mənzildə yaşamış, birgə yaşadığı evindən gedəndə göz həkiminə getmək məqsədilə tərk etmiş, evə qayıtmayacağını həkimin yanında bilmiş, həkim müayinədən sonra ona ərlə birgə yaşadığı evində qalmamaq, başqa daha sakit yerdə qalmasını tövsiyyə etmiş, bu məqsədlə həkimə getdikdən sonra 3 ay bibisiqızının evində qalmış, bu müddətdən sonra qayıtmaq istəyəndə onu evə buraxmamışlar. Qızıl-zinyət əşyalarını öz şkafında saxlayırdı. Ərilə birgə yaşadığı üvanda cehiz əmlakları və qızıl-zinyət əşyaları qalmış, onların vermələrini istəmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlu iddiaya qismən etiraz edərək, cavabdeh tərəfindən verilmiş etirazında göstərilənlərə uyğun izahat verərək, iddianın qismən qəbul edilməsinə qeyd edərək, iddianın qismən təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu şəklində qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə etmiş 15 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Babayeva Aybəniz qızının müraciəti əsasında qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən araşdırma zamanı X1 izahat alınmış, o Aybənizin onun arvadının bibisi nəvəsi olduğunu, onunla birlikdə keçmiş gəlini Aysel də gəlib uşağın ad günü üçün uşağı görmək istədiklərin, buna etiraz etdiyini, buna səbəb isə Ayselin 7 aydır evdən çxıb getməsi, uşağın onların baxması olduğunu, heç kim döymədiyini, əksinə şərləndiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Qeyd olunmalıdır ki, iddiaçının cehiz əşyaları ilə bağlı tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının öz əmlakının qanunsuz və faktiki sahibliyində saxlayan cavabdehə yönəlmiş natura şəklində əmlakının geri qaytarılması müqavilədənkənar tələbi təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan cehiz əşyalarının, iddia ərizəsində göstərilmiş və cavabdeh tərəfindən verilmiş etirazında etiraf olunmuş cehiz əşyalarının mövcudluğu və onların iddiaçıya məxsus olması hər iki tərəfin, o cümlədən İddiaçı və Cavabdeh nümayəndəsinin izahatlarında, Cavabdeh verilmiş etirazında iddianın qismən etirafında, həmin izahatlarını və iddianın etirafını təsvir edən məhkəmə iclas protokollarında, təsdiq olunmaqla, işin mübahisəsiz hallarına aid olunmalıdır. Vindikasiya iddiasının ikinci və üçüncü komponentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə nikahları 06 avqust 2018-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” mərkəzindəki qeydiyyat şöbəsində 1820 saylı aktla qeydə alınmışdır. Birgə nikahdan 08.07.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. İddiaçının izahatına əsasən 29 yanvar 2020-ci il tarixdi cavabdehlə birgə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzili həkimə getmək məqsədilə tərk etmiş və həkimin göstərişi ilə əlaqədar evə qayıtmamış, 3 ay dayısıqızının evində yaşamış, sonrada qayıtmaq istəyəndə onu evə buraxmamışdırlar. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddianı qismən qəbul edir, iddia ərizəsində göstərilən paltarlar, kosmetika, qızılılları: 2 ədəd üzük ( hədiyyə), uşaq qolbağı, sep klonlu, komplekt kimi əşyaların iddiaçı tərəfindən özü ilə aparılmasını, qanlan şəyaların mövcudluğunu və cavabdehin yaşadığı evində olduğunu bildirir. İddiaçı tərəfindən klonlu sepin təsvir edən toydan fotoşəkil təqdim edilsə də öz izahatında cavabdehlə yaşadığı evi 29 yanvar 2020-ci il tarixdə tərk edərkən ona aid paltarların, kosmetikanın, qızıl-zinyət əşyalarının (2 ədəd üzük uşaq qolbağı, sep klonlu, komplekt) həm mövcudluğuna həm evi tərk edərkən özü ilə götürmək imkanın olmamasına, həm eyni zamanda hal-hazırda cavabdehin evində olmasına və əsassız və qanunsuz sahibliyində olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə 21 may 20221-ci il tarixli məhkəmə iclas protokolunda qeyd olunmuş iddiaçının izahatından aydın olur ki, qızıl-zinyət əşyaları özünün şkafında saxlamış, həkimə getməkdən əvvəl evə qayıtmayacağını və bir neçə ay dayısıgildə yaşayacağını qabaqcadan bilirdi. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlmək imkan verir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməli, mətbəx mebeli dəsti, televizor, çəhrayı qazan dəsti, lüstür, tozsoran, ütü altı, ütü, sok maşını, ət maşını, tok çayniki, qazan blender, əl mikseri, soğan doğrayan, taxt döşəyi, 4 ədəd yastıq, 2 ədəd yorğan, dəst yemək ləvazimatı, 12 çəngəl, 12 qaşıq, 12 bıçaq, 12 çay qaşığı, 12 kiçik çəngəl, 12 ədəd bokal, 1 ədəd qrafın, 6 qaşlı bokal, 1 qrafın, 6 ədəd stopka, 6 ədəd xrustal stəkan, 1 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd mürəbbə qabı, 5 ədəd rəngli bokal, pərdə yataq otağı üçün, mətbəx pərdəsi, zibil vedrəsi, gecə lampası(noçnik), vanna, qulplu qab, duz qabı, istiot qabı, ədviyyat qabı dəst, ədviyyat qabı 3-lü dəst, makiyaj fırçası dəsti, yataq dəsti, 2 ədəd şirniyyat qabı, 2 ədəd sous qabı, 2 ədəd Bulud, 24 böyük və 24 kiçik obednıy servis, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 3 ədəd süfrə, xalça balaca, 2 ədəd xalça böyük (anasının hədiyyəsi), 2 pokrıval olan cehiz əşyalarının Cavabdeh alınıb iddiaçı X8 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməsin. Mətbəx mebeli dəsti, televizor, çəhrayı qazan dəsti, lüstür, tozsoran, ütü altı, ütü, sok maşını, ət maşını, tok çayniki, qazan blender, əl mikseri, soğan doğrayan, taxt döşəyi, 4 ədəd yastıq, 2 ədəd yorğan, dəst yemək ləvazimatı, 12 çəngəl, 12 qaşıq, 12 bıçaq, 12 çay qaşığı, 12 kiçik çəngəl, 12 ədəd bokal, 1 ədəd qrafın, 6 qaşlı bokal, 1 qrafın, 6 ədəd stopka, 6 ədəd xrustal stəkan, 1 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd mürəbbə qabı, 5 ədəd rəngli bokal, pərdə yataq otağı üçün, mətbəx pərdəsi, zibil vedrəsi, gecə lampası (noçnik), vanna, qulplu qab, duz qabı, istiot qabı, ədviyyat qabı dəst, ədviyyat qabı 3-lü dəst, yataq dəsti, 2 ədəd şirniyyat qabı, 2 ədəd sous qabı, 2 ədəd bulud, 24 böyük və 24 kiçik obednıy servis, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 3 ədəd süfrə, xalça balaca, 2 ədəd xalça böyük (anasının hədiyyəsi), 2 pokrıval olan cehiz əşyaları Cavabdeh alınıb iddiaçı X8 verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar