Məhkəmə qərarları › İş №2(010)-2512/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2512/2025

14.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2512/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış 13 yanvar 2025-ci il tarixli MŞB/6- 00056 nömrəli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs MMC-yə qarşı "Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış 13 yanvar 2025-ci il tarixli MŞB/6-00056 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(012)-2093/2025 nömrəli qərardadı ilə onun mediasiya prosesi nəticətində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadı bununla əsaslandırmışdır ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Ağdam rayonunun Seyidli kəndində qeydiyyatdadır. Onun məcburi köçkün haqqında vəsiqəsinin surətindən isə görünür ki, hazırda Bakı şəhəri, Suraxanı rayonunda müvəqqəti məskunlaşmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, ərizə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyil. Hesab edilir ki, ərizəçi Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2093/2025 nömrəli qərardadına əsasən, Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00056 nömrəli barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Belə ki, hazırdaki ərizəyə əlavə edilmiş Bakı 6 saylı Mediasiya Təşkilatın 13 yanvar 2015-ci il tarixli, MSB/6-00056 nömrəli barışıq sazişinə əsasən tərəflər kimi çıxış edən Ərizəçi və "xxxx" MMC aralarında olan əmək münasibətləri zamanı ödənilməmiş 7 (yeddi) aylıq borclu olan 11900 AZN (7ay x 1700 azn) məbləğində əmək haqqı borclunun olduğunu təsdiq və bəyan edir, razılaşmışlar. İkinci tərəf kini çıxış edən "xxxx" MMC 17 yanvar 2025-ci il tarixinə kimi birinci tərəf kimi çıxış edən X3 11900 AZN məbləğində borc əmək haqqını ödəməyi öhdəsinə götürür. Borclu "xxxx" MMC Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00056 nömrəli barışıq sazişinin icrasına xx.xx.2025-ci il tarixinə kimi Birinci tərəf kimi çıxış edən Ərizəçi tam şəkildə ödəməyi üzərinə götürən öhdəliyi hal-hazırdaki zamanadək icra etməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, 7 ay o, həmin şirkətdə sürücü işləmişdir. 3 nəfəri Qarayev, Razin və Xalqlar Dostluğundan götürüb iş yerinə, axşam da ünvanlarına aparırdı. Öz yanacağını istifadə edirdi. Əmək müqaviləsi var idi, o, sürücü kimi işləmişdir. 1700 manat maaş yazılmışdı, ümumiyyətlə maaşı verməyiblər. İşin düzələcəyini deyirdilər. Ərizəçi isə öz cibindən yanacaq istifadə edirdi. Onu tək tərəfli işdən çıxardılar. Məhkəmədən qabaq mediasiyaya getdilər, orada razılığa gəldilər, amma ödəmədilər. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı 6 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi ilə Maraqlı şəxs MMC arasında aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 2.1 Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs MMC aralarında olan əmək münasibətləri zamanı tərəfə ödənilməmiş 7 aylıq əmək haqqı borcu olan 11900 AZN (7 ay * 1700 azn) məbləğində əmək haqqı borcunun olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs MMC xx.xx.2025-ci il tarixinə kimi birinci tərəf kimi çıxış edən Ərizəçi 11900 AZN məbləğində borc əmək haqqını tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.3 Bu Sazişin 2.2-ci bəndi tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birlərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar.” Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 123943 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, Ərizəçi xx.xx.2005-ci il tarixdə Ağdam rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və ərizəçinin izahatından aydın olur ki, maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə əmək mübahisəsi ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərcləri. Ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında mediator X5 iştirakı ilə bağlanılmış MŞB/6-00056 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: “2.1Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs MMC aralarında olan əmək münasibətləri zamanı tərəfə ödənilməmiş 7 aylıq əmək haqqı borcu olan 11900 AZN (7 ay * 1700 azn) məbləğində əmək haqqı borcunun olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs MMC xx.xx.2025-ci il tarixinə kimi birinci tərəf kimi çıxış edən Ərizəçi 11900 AZN məbləğində borc əmək haqqını tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.3 Bu Sazişin 2.2-ci bəndi tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birlərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar.” Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar