Məhkəmə qərarları › İş №2(010)-2513/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2513/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2513/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası *4.08.*939cu il təvəllüdlü X* *0.03.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə və qətnamənin icrasını Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, ərizəçinin atasıı X2 *4.08.*939-cu il tarixdə anadan olmuş, Atası M.M.İsmayılov yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, “A” Y/S, S.S.Əliyev küçəsi, ev *97 ünvanında *0.03.2024-cü il tarixdə, saat 09:23 radələrində vəfat edib. BŞT və TTYS ** saylı bölməsinin həkimi R.Bağırov tərəfindən *0.03.2024-cü il tarixdə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ona bildirilmişdir ki, ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə ərazi üzrə 24 saylı Şəhər Poliklinikasına müraciət edilməli və oradan alınacaq sənəd əsasında ölüm haqqında şəhadətnamənin alınması üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət edilməlidir. Poliklinikaya müraciət etdikdə, ona bildirdilər ki, atası X* xəstəlik kitabçası itirildiyindən, onun ölümü haqqında tibbi şəhadətnamə verə bilməyəcəklər. Bundan sonra, o, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə atasının ölümünün qeydə alınması barədə ərizə ilə müraciət etmiş, Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona ildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin olmadığından atası M.İsmayılovun ölümünün qeydə alınması mümkün deyil. Poliklinika tərəfindən ona atası M.İsmayılovun ölümü haqqında tibbi şəhadətnamə verilmədiyindən, Suraxanı rayon Qeydiyyat Şöbəsində ölüm faktını qeydə aldırararaq, onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Atası Bakı şəhəri, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2024-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdır. X4 *0.03.2024-cü il tarixdə vəfat etmişdir. Atası yaşlı insan idi, *4.08.*939-cu il təvəllüdlüdür. Qardaşı vəfat edəndən sonra atası özünü yaxşı hiss etmirdi, yemək yemirdi. Özü rayonda olanda ona bildirmişlər ki, atası rəhmətə gedib, o da təcili qardaşı evinə gəlmişdir. Atası ölən günə qədər qardaşının evində yaşayırdı. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qapı qonşudur, o, S.Əliyev küçəsi, *97A-da yaşayır. Özü 2006-cı ildən orada yaşayır. Elçinin atası martın ayının təxminən *0-da vəfat etmişdir. Səhər evdən çıxanda qapıların önündə qonşular yığılmışdı, yaxınlaşıb soruşanda dedilər ki, İsa dayı vəfat edib. Qonşusu həmin ünvanda *0-** il olar ki yaşayır. İşə getdiyinə görə mərhumun dəfn mərasimində iştirak etməyib, lakin axşam saatlarında özü, atası mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Ərizəçi ünvanlanmış məktubdan görünür ki, *0.03.2024-cü il tarixdə vəfat edən atasının X* ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X* ölümünün qeydə alınması mümkün olmamışdır. 29.03.*963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçixx.xx.*963-cü ildə doğulmuş, valideynləri X2 və X6r. Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasının *0.03.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, *0.03.2024-cü il tarixdə Suraxanı rayonu,Y.Ramana, S.Əliyev *97-də X* adına çağırış olmuş və çağırışa gələn həkim «həkimə qədər kişi cinsli meyit» aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası *4.08.*939-cu il təvəllüdlü X2 *0.03.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atası X* ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin atası X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *4.08.*939-cu il təvəllüdlü X* *0.03.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *4.08.*939-cu il təvəllüdlü X* *0.03.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar