Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2515/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı X1 və onun vəkili X3, Cavabdeh vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağları adlanan ərazidə yerləşən tikili evdə saxlanılan ona məxsus mebel dəsti- 7000 manat, 1 ədəd divan ,2 kreslo- 600 manat, yataq otağı mebeli (1 əd.taxt,1əd.tryumo,1əd. şifoner)- 2500 manat, gecə lanmpası 2 ədəd- 100 manat, qonaq otağı mebel dəsti (stol, stullar, qorka, künc mebeli)- 1100 manat, televizor- 450 manat, televizor altlığı-150 manat , Soyuducu- 750 manat, ət maşını- 100 manat, şirəçəkən maşını- 100 manat, ütü- 70 manat, mikser-90 manat, toster- 50 manat, ləpə çəkən-30 manat, çaynik 3 ədəd- 28 manat, fincan dəsti 2 dəst- 30 manat, xalça 3 ədəd-600 manat, çay servisi, nahar servis- 400 manat, 12 nəfərlik yemək dəsti-100 manat, 12 ədəd xrustal stəkan -30 manat, 12 ədəd nəlbəki- 20 manat, 6 ədəd balaca nəlbəki-15 manat, 12 ədəd rozetka -10 manat, 1dəst 5 litrlik Tefal qazan -200 manat, 1 dəst 5 litrlik nikel qazan-150 manat, çuğun qazan dəsti 4 litrlik- 80 manat, bəzək əşyaları- 200 manat, xrustal iri Vaza- 30 manat, 6lıq şirniyyat qabı- 20 manat, xrustal külqabı -20 manat, xrustal qənddan 2 ədəd-30 manat, adi qənddan -10 manat, qaşıq dəsti çemodanda-150 manat, bıçaq 6 ədəd- 15 manat, servant qabları- 600 manat, böyük künc güldan -40 manat, Şüşə qab qacaq dəsti-20 manat, şirniyyat qabı 2 ədəd-20 manat, 1ədəd böyük çaynik və fincan dəsti-25 manat, kompot üçün qrafin dəsti- 30 manat, çuğun ləyən-15 manat, çuğun vedrə- 10 manat, 9 ədəd süfrə-200 manat, 9 dəst çarpayı dəsti -180 manat, örtük– 300 manat, 1 ədəd pərdə - 90 manat, 1 ədəd çıl-çıraq-150 manat, taxt odeyalı 1 ədəd qalın- 100 manat, 2 ədəd təkli odeyal-70 manat, 2 yay odeyalı-50 manat, 6 ədəd dəmir asılıqan -15 manat, 12 ədəd çay dəsmalı- 60 manat, 36 ədəd dəsmal- 250 manat, 15 ədəd böyük dəsmal- 150 manat, taxt üçün nazik odeyal- 30 manat, qızıl komplekt briliantlı (sep,qolbağ,üzük,sırğa)- 5000 manat, nişan üzüyü- 700 manat, tək qaş briliant üzük – 500 manat, qədim üzük -200 manat, qızıl sırğa - 300 manat, 2 cüt sırğalar- 300 manat -cəmi 24643 (iyirmi dörd altı yüz qırx üç) manat dəyərində əşyaları və tərəfindən ödənilmiş 30 manat dövlət rüsümunun əmlaklarının Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ailə qurduqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağları adlanan ərazidə 5 otaqdan ibarət 1 mərtəbəli qanunsuz tikilmiş evdə yaşamışlar. Cavabdeh ilə arasında olan nikah Suraxanı rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(010)-472/2019 saylı qətnaməsi pozulmuşdur. O, cavabdehdən birgə yaşadığı evdə qalmış cehiz əmlakını ona verməsini tələb etsə də, cavabdeh onun cehiz əmlakını ona verməkdən imtina edir. Buna görə də o cehiz əmlakını həmin evdən götürə bilmir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağları adlanan ərazidə qanunsuz tikili evdə ona məxsus aşağıda göstərilən əmlakları qalmışdır. Odur ki, o cavabdehə məxsus ünvan 2də ona məxsus ünvanındakı saxlanılan iddia tələbində göstərilən əşyalarının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X6 izahatında bildirdi ki, iddia tələblərinin qismən, yəni iddianın təmin etmə tədbiri kimi çıxarılmış qərardad əsasında cavabdehin evində müəyyən olunan və Cavabdeh evində saxlanılan əşyaların qaytarılması hissədə təmin olunmasına cavabdehin etirazının olmadığını, qızıl zinət əşyalarının isə iddiaçı X2 evdən gedərkən özü ilə apardığından həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında nikah 18 mart 2019-cu il qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında etirafı, eləcə də məhkəmə tərəfindən iddianın təmin etmə tədbirinə dair 2(010)-2515/21 saylı qərardadı əsasında Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş aktdan müəyyən olunur ki, iddiaçı qaytarılmasını tələb etdiyi və sonuncuya mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanındakı dəyəri 1100 manat olan qonaq otağı mebel dəsti (stol və stullar, Qorka), dəyəri 100 manat olan şirəçəkən maşını, dəyəri 90 manat olan mikser, dəyəri 50 manat olan toster, dəyəri 30 manat olan ləpə çəkən, dəyəri 28 manat olan 3 ədəd çaynik, dəyəri 30 manat olan 2 dəst fincan, dəyəri 400 manat olan çay və nahar servisləri, dəyəri 100 manat olan 12 nəfərlik yemək dəsti, dəyəri 15 manat olan 6 ədəd balaca nəlbəki, dəyəri 10 manat olan 12 ədəd rozetka, dəyəri 150 manat olan 1 dəst 5 litrlik nikel qazan, dəyəri 80 manat olan çuğun qazan dəsti (4 litrlik), dəyəri 30 manat olan xrustal iri vaza, dəyəri 20 manat olan 6-lıq şirniyyat qabı, dəyəri 20 manat olan xrustal külqabı, dəyəri 20 manat olan 2 ədəd xrustal qənddan, dəyəri 10 manat olan adi qənddan, dəyəri 15 manat olan 6 ədəd bıçaq, dəyəri 600 manat olan servant qabları, dəyəri 20 manat olan 2 ədəd şirniyyat qabı, dəyəri 25 manat olan 1 ədəd böyük çaynik və fincan dəsti, dəyəri 15 manat olan çuğun ləyən, dəyəri 10 manat olan çuğun vedrə, dəyəri 100 manat olan 4 ədəd süfrə, dəyəri 180 manat olan 5 dəst çarpayı dəsti, dəyəri 300 manat olan örtük, dəyəri 90 manat olan 1 ədəd pərdə, dəyəri 100 manat olan 1 ədəd taxt odeyalı, dəyəri 70 manat olan 2 ədəd təkli odeyal, dəyəri 50 manat olan yay odeyalı, dəyəri 15 manat olan 6 ədəd dəmir asılıqan, dəyəri 60 manat olan 12 ədəd çay dəsmalı, dəyəri 30 manat olan taxt üçün nazik odeyal onun (cavabdehin) istifadəsi və sahibliyindədir. Məhkəmə iddiaçıya məxsus olan qeyd olunan əşyaların cavabdehdə olmasına dair cavabdehin nümayəndəsinin etirafını nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdehlər tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdılar. Qızıl zinət əşyalarının tələb olunması ilə bağlı iddia tələbini araşdıraraq məhkəmə açağıdakı nəticəyə gəlir. İlk növbədə qeyd olunmalıdır ki, vindikasiya iddia tələbinin yuxarıda qeyd olunmuş maddənin dispozisiya şərtləri baxımından (Mülki Məcəllənin 157.2-ci maddəsi) cavabdehin nümayəndəsinin qızıl komplekt briliantlı dəstin (sep, qolbağ, üzük, sırğa) və nişan üzüyünün iddiaçıya hədiyyə şəkilində bağışlandığını etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyaların mövcüdluğu ilə bağlı faktın sübut etmə vəzifəsindən azaddır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şərafəddin qızı cavabdehlə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübut etmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanldığı yerdən aparılması ilə bağlı sübut etmə vəzifəsini cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin nümyəndəsi iddiaçının evi tərk etdiyi zaman qızıl-zinət əşyalarını aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf bu halları bildirdiklərində ardıcıl olmuşdur ki, bu da onun bildirdiklərinin inandırıcılığını artırır. Məhkəmə bu halı da nəzərə alır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki- Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Bu baxımdan İddiaçı qızıl zinət əşyalarının hansı qiymətə dəyərləndiyini təsdiq edən 25 may 2021-ci il tarixli ƏEM/M61-520/21 saylı “Əmlak Ekspert Mərkəzi”nin mütəxəssisi tərəfindən verilmiş fotoşəkillər əsasında mütəxəssis rəyi ilə qızıl-briliantlı dəstin (sep, qolbağ, üzük, sırğa) dəyəri 1950 manat, nişan üzüyünün dəyəri 550 manat təşkil edir. Bu baxımdan məhkəmə qeyd edilən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəmə məhz yuxarıda qeyd olunan mütəxəsis rəyinin nəticələrini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, yuxarıda təsvir olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhz iddiaçı tələb etdiyi əşyaların dəyəri barədə sübut təqdim etməlidir. İddiaçı tələbində qeyd etdiyi qızıl zinət əşyaların dəyərini yüksə tərəfindən belə bir sübut təqdim edilmədiyindən həmin əşyaların dəyəri mütəxəssis rəyində qeyd olunan dəyərə uyğun olaraq müəyyən edilməlidir. Bununla belə yuxarıda qeyd olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı tələbində qeyd olunan tək qaş brilliantlı üzüyün, qədim üzüyün, anasının qızıl sırğanın, ananın hədiyyəsi olan 2 cüt sırğanın ona hədiyyə edildiyini, cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən: dəyəri 1100 manat olan qonaq otağı mebel dəsti (stol və stullar, Qorka), dəyəri 100 manat olan şirəçəkən maşını, dəyəri 90 manat olan mikser, dəyəri 50 manat olan toster, dəyəri 30 manat olan ləpə çəkən, dəyəri 28 manat olan 3 ədəd çaynik, dəyəri 30 manat olan 2 dəst fincan, dəyəri 400 manat olan çay və nahar servisləri, dəyəri 100 manat olan 12 nəfərlik yemək dəsti, dəyəri 15 manat olan 6 ədəd balaca nəlbəki, dəyəri 10 manat olan 12 ədəd rozetka, dəyəri 150 manat olan 1 dəst 5 litrlik nikel qazan, dəyəri 80 manat olan çuğun qazan dəsti (4 litrlik), dəyəri 30 manat olan xrustal iri vaza, dəyəri 20 manat olan 6-lıq şirniyyat qabı, dəyəri 20 manat olan xrustal külqabı, dəyəri 20 manat olan 2 ədəd xrustal qənddan, dəyəri 10 manat olan adi qənddan, dəyəri 15 manat olan 6 ədəd bıçaq, dəyəri 600 manat olan servant qabları, dəyəri 20 manat olan 2 ədəd şirniyyat qabı, dəyəri 25 manat olan 1 ədəd böyük çaynik və fincan dəsti, dəyəri 15 manat olan çuğun ləyən, dəyəri 10 manat olan çuğun vedrə, dəyəri 100 manat olan 4 ədəd süfrə, dəyəri 180 manat olan 5 dəst çarpayı dəsti, dəyəri 300 manat olan örtük, dəyəri 90 manat olan 1 ədəd pərdə, dəyəri 100 manat olan 1 ədəd taxt odeyalı, dəyəri 70 manat olan 2 ədəd təkli odeyal, dəyəri 50 manat olan yay odeyalı, dəyəri 15 manat olan 6 ədəd dəmir asılıqan, dəyəri 60 manat olan 12 ədəd çay dəsmalı, dəyəri 30 manat olan taxt üçün nazik odeyal, eləcə də dəyəri 1950 manat olan qızıl-briliantlı dəst (sep, qolbağ, üzük, sırğa), dəyəri 550 manat olan nişan üzüyü Cavabdeh alınaraq iddiaçıya verilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən Hövsan qəsəbəsi, Hövsan bağları adlanan ərazidə tikili ev ünvanında yerləşən: dəyəri 1100 manat olan qonaq otağı mebel dəsti (stol və stullar, Qorka), dəyəri 100 manat olan şirəçəkən maşını, dəyəri 90 manat olan mikser, dəyəri 50 manat olan toster, dəyəri 30 manat olan ləpə çəkən, dəyəri 28 manat olan 3 ədəd çaynik, dəyəri 30 manat olan 2 dəst fincan, dəyəri 400 manat olan çay və nahar servisləri, dəyəri 100 manat olan 12 nəfərlik yemək dəsti, dəyəri 15 manat olan 6 ədəd balaca nəlbəki, dəyəri 10 manat olan 12 ədəd rozetka, dəyəri 150 manat olan 1 dəst 5 litrlik nikel qazan, dəyəri 80 manat olan çuğun qazan dəsti (4 litrlik), dəyəri 30 manat olan xrustal iri vaza, dəyəri 20 manat olan 6-lıq şirniyyat qabı, dəyəri 20 manat olan xrustal külqabı, dəyəri 20 manat olan 2 ədəd xrustal qənddan, dəyəri 10 manat olan adi qənddan, dəyəri 15 manat olan 6 ədəd bıçaq, dəyəri 600 manat olan servant qabları, dəyəri 20 manat olan 2 ədəd şirniyyat qabı, dəyəri 25 manat olan 1 ədəd böyük çaynik və fincan dəsti, dəyəri 15 manat olan çuğun ləyən, dəyəri 10 manat olan çuğun vedrə, dəyəri 100 manat olan 4 ədəd süfrə, dəyəri 180 manat olan 5 dəst çarpayı dəsti, dəyəri 300 manat olan örtük, dəyəri 90 manat olan 1 ədəd pərdə, dəyəri 100 manat olan 1 ədəd taxt odeyalı, dəyəri 70 manat olan 2 ədəd təkli odeyal, dəyəri 50 manat olan yay odeyalı, dəyəri 15 manat olan 6 ədəd dəmir asılıqan, dəyəri 60 manat olan 12 ədəd çay dəsmalı, dəyəri 30 manat olan taxt üçün nazik odeyal, eləcə də dəyəri 1950 manat olan qızıl-briliantlı dəst (sep, qolbağ, üzük, sırğa), dəyəri 550 manat olan nişan üzüyü, dəyəri 600 manat olan tək qaş briliantlı üzük, dəyəri 500 manat nişan üzüyü və ya həmin əmlaklar olmadığı halda həmin əşyaların pulla ifadə olunan dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2515/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2515/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver