Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2519/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi Yasinbala oğlunun iştirakı ilə, Ərizəçi Yasinbala oğlunun ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X6 maraqlı tərəf kimi Bakı şəhəri Maraqlı şəxs göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.12.1933-cü il təvəllüdlü X3 02.07.2020-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 rayonunda doğulmuşdur. Atası tənginəfəslikdən və ürək ağrılarından əziyyət çəkmişdir. 02.07.2020-ci il tarixində atasının səhhəti daha da pisləşərək, gecə saat 2 radələrində oğlu və həyat yoldaşının yanında dünyasını dəyişmişdir. 02.07.2020-ci il tarixində onu qohumlarının da iştirakı ilə Quba rayonu Pirvahid kəndinin ərazisindəki qəbirstanlıqda dəfn etmişlər .Atasının ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin 811-05/75 saylı 18.08.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Əlavə olaraq şifahi səkildə ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının vəfat etməsi faktının müəyyən edilməsi gələcəkdə vərəsəlik işinin açılması üçün lazımdır. Ona görə də, atası X3 02.07.2020-ci il tarixində ev şəraitində vəfat etmə faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi Yasinbala oğlu ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, atasının ev şəraitində öldüyünü, atasının ölümünün rəsmiləşdirilməsinin lazım olduğunu bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AЗ ******* № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Yasinbala oğlu xx xxx 1968-ci ildə anadan olmuşdur. X1r. İş materiallarında olan ******* saylı arayışdan görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2ayəndəliyinin tərtib etdiyi aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan 21.12.1933 təvəllüdlü X7 mart ayının əvvəllərində doğulduğu Quba rayonu, Pirvahid kəndində evi olan oğlu Ərizəçi Yasinbala oğlunun evinə gəlmişdir. Uzun müddət tənginəfəslikdən və ürək ağrılarından şikayət eden X7 02.07.2020-ci il tarixində gecə 02:00 radələrində oğlunun evində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl kəskin təngənəfəs olmuş, sinəsində kəskin ağrılar yaranmış və onu tər basmışdir. Vəfat ederkən onun yanında övladı və yaxın qohumları olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 04.02.2021-ci il tarixli, 115-№ li məktubundan görünür ki, Ərizəçi Yasinbala oğluna X3 ölümü haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq, ölüm faktını təsdiq edən tibbi səhadətnamənin təqdim edə bilmədiyinə görə ölüm haqqında akt qeydini tərtib etməyin qeyri mümkün olduğu bildirilmişdir. İş üzrə şahid kimi dindirilmiş X5 izahatında bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Mərhuma o, qulluq etmiş, 02.07.2020-ci ildə, gecə saat 1-2 radələrində Qubatov Yasinbala vəfat etmişdir. Həmin vaxtı, evdə o, həyat yoldaşı, oğlu və balaca qızı olmuşdur. İş üzrə şahid kimi dindirilmiş X14 izahatında bildirdi ki, 2020-ci il iyul ayının 2-də gecə saat 1 – 2 radələrində səsə ayılmış və babasının öldüyünü görmüşdür. İş materiallarına üzərində X8 21.12.1933-02.07.2020-ci il, ailəsindən xatirə sözləri yazılmış baş daşı olan məzarın fotoşəkli əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, X3 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur..... Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 02.07.2020-ci il tarixdə ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 21.12.1993-cü il təvəllüdlü X3 02.07.2020-ci il tarixdə, Quba rayonu Pirvahid kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2519/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2519/2021
31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver