Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-252/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə İddiaçı X6 iştirakı ilə İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququnun tanınması yaxud həmin hüququn kompensasiya ilə əvəz olunması, qiyməti 900 manat olan “onluq” kulonu ilə boyunbağı, qiyməti 200 manat olan qırmızı təkqaş üzük, qiyməti 150 manat, çəkisi 3 qram “Paxlava” formalı qırmızı üzük, qiyməti 400 manat olan boyunbağı və qolbağ, qiyməti 500 manat “Gül” formal dəst, qiyməti 200 manat olan nişan üzüyü, qiyməti 300 manat olan sırğa dəstini və ya həmin əşyalar olmadığı halda onların dəyərinin (cəmi 2600 manat), eləcə də qiyməti 700 manat olan 2 qapılı soyuducu, qiyməti 840 manat olan “Hisense” markalı televizoru, qiyməti 50 manat olan ətçəkən maşını, qiyməti 40 manat olan sokçəkən maşını, qiyməti 50 manat olan ütü, qiyməti 600 manat olan “Samsunq” markalı paltaryuyan maşını, qiyməti 200 manat olan “Lady” markalı tozsoranın, qiyməti 35 manat olan ventilyatorun, qiyməti 900 manat olan stol-stul dəstinin, qiyməti 100 manat olan şahmat stolunun, qiyməti 200 manat olan mətbəx mebelinin, qiyməti 200 manat olan 2 ədəd xalçanın, qiyməti 60 manat olan balaca sandıq, qiyməti 200 manat olan 4 ədəd döşək, qiyməti 100 manat olan 2 ədəd yorğan, qiyməti 200 manat olan 6 ədəd odeyal, qiyməti 330 manat olan 11 ədəd balış, qiyməti 50 manat olan 1 ədəd sintefon yorğan, qiyməti 150 manat olan 2 ədəd örtük və 1 ədəd odeyal, qiyməti 50 manat olan “Çin” çaynik dəsti, qiyməti 70 manat olan kofe dəsti, qiyməti 30 manat olan ədviyyat qabları, qiyməti 60 manat olan mürəbbə qabı, qiyməti 60 manat olan 6 ədəd çaşkalı çaynik dəsti, ümumi dəyəri 500 manat olan gündılik işlədilən kasa, boşqab, stəkan, vedrə, vanna, qaşıq, bıçaq, qazan dəstləri, ümumi dəyəri 300 manat olan pərdə dəstləri, ümumi dəyəri 800 manat olan uşaq şkafı və uşaq əşyaları, qiyməti 400 manat 54 hissə yemək dəsti, qiyməti 1500 manat olan xrustal qab naborları və dəstləri və ya onların ümumilkidə dəyəri 8765 manat pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququnun tanınması hissədə tələbin ümumi iddia tələblərindən çıxarılmasını və son nəticədə əmlak və qızıl zinət əşyaları və ya onların dəyərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahuş etmişdir. Bundan sonra iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsi və artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının ümumi dəyərinin 3180 manat təşkil etməsi barədə qətnamə çıxarılmasını xahuş etmişdir. İddiaçı X6 vəkili və nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı X11 cavabdehlə 07 iyul 2006-cı ildə nikaha daxil olmuş və birgə nikahdan Qasımov İdris (19.04.2006-cı il təvəllüdlü) və Qasımova Elnurə(27.12.2010-cu il təvəllüdlü) adlı iki övladları dünyaya gəmişdir. Onlar nikaha daxil olarkən cehiz əşyalarının bir çoxunun əvəzində iddiaçı X11 və onun aiəlsi cavabdehlərə pul vermişdilər ki, özlərinə aid bir evləri olsun. Cavabdeh isə dəfələrlə yeni evlər inşa etdirərək satmış və nəticədə həmin vəsaiti dövr etdirirək özlərinə yaşayış şəraiti təmin etmişlər. Belə ki, sonuncu evi sənədsiz olsa da qaynanası Cavabdeh1 (kommunal xətlər onun adınadır) istifadəsində olan torpaq sahəsində tikdirmişlər. Təqribən 100 kv metr sahəsi olan 3 otaqlı yaşayış evinin orta hesabla bazar dəyəri 40 000 manat ətrafındadır. Odur ki, o 3180 manat dəyərində olan qızıl-zinət əşyalarını olmadığı təqdirdə onun dəyərinin və (2 qapılı soyuducu-700 manat dəyərində, Televizor hisense markalı smart- 840 manat dəyərində, ətçəkən maşın-50 manat dəyərində, şirəçəkən maşın-40 manat dəyərində, ütü- 50 manat dəyərində, paltaryuyan Samsung markalı-600 manat dəyərində, tozsoran lady markalı-200 manat dəyərində, sərinləndirici-35 manat dəyərində, stol-stul dəsti-900 manat dəyərində, şahmat stolu-100 manat dəyərində, mətbəxt mebeli-200 manat dəyərində, xalça 2 ədəd-200 manat dəyərində, balaca sandıq-60 manat dəyərində, 4 ədəd döşək-200 manat dəyərində, 2 ədəd yorğan-100 manat dəyərində, 6 ədəd adyal- 200 manat dəyərində, 11 ədəd balış-330 manat dəyərində, 1 ədəd sintefon yorğan-50 manat dəyərində, 2 ədəd örtük və 1 ədəd adyal dəsti-150 manat dəyərində, Çini çaynik dəsti -50 manat dəyərində, 2 kofe dəsti-70 manat dəyərində, ədviyyat qabları dəsti-30 manat dəyərində, mürəbbə qabı-60 manat dəyərində, 6 çaşkalı çaynik dəsti-60 manat dəyərində, gündəlik işlədilən kasa, boşqab, stakan, vedrə, vanna, qaşıq, bıçaq, qazan dəstləri-500 manat dəyərində, Pərdə dəstləri-300 manat dəyərində, uşaq şkafı və uşaq əşyaları-800 manat dəyərində, 54 hissə yemək dəsti-400 manat dəyərində,xrustal qab naborları və dəstləri-1500 manat dəyərində) Ümumi dəyəri 8765 manat olan sadalanan cehiz əşyalarının əşyalar olmadığı təqdirdə dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş edir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi qismində izahat vermiş onun vəkili X14 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı X11 Cavabdeh2 ilə 07.06.2006-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 19.04.2006-cı il təvəllüdlü İdris və 27.12.2010-cu il təvəllüdlü Elnurə adlı övladları doğulmuşlar. Birgə nikah dövründə Cavabdeh2 ilə birgə təsərrüfat apararaq Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində yerləşən 115 saylı sənədsiz olan bir ev tikmişlər və 2014-2020-ci illərdə həmin evdə yaşamışlar. İddia ərizəsində qeyd olunan və cehiz kimi ona hədiyyə edilmiş əmlaklar və qızıl zinət əşyaları həmin evdə qalmışlar və iddiaçı onları geri ala bilmir. Həmin əmlaklar iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur, lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin əmlakdan istifadə edə bilmir. Bunlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə görə iddiaçı həmin əmlakların ona qaytarılması, bu mümkün olmadığı halda isə həmin əmlakların hər birinin dəyərinin cavabdehlərdən onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. 26 noyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi qızıl zinət əşyaları iddiaçıya bu və ya digər şəkildə toydan əvvəl, eləcə də toydan sonra hədiyyə kimi verilmişdir. Lakin həmin qızıllar verildiyi vaxtdan iddiaçının sahibliyi və istifadəsində olmuş və sonuncu tək və sərbəst şəkildə yaşadığı evi tərk edərək valideynlərinin evinə qayıtdığı zaman onları özü ilə aparmışdır. Belə olan halda bu hissədə iddia tələbi əsassızdır. Digər əmlaklara gəldikdə isə, qeyd olunan əşyalar mövcüd olaraq onların (cavabdehlərin) evində saxlansa da, bu əşyaların hamısı iddiaçıya toydan əvvəl hədiyyə kimi verilməmişdir. Belə ki, bunlardan stol-stul, televizor, paltar yuyan maşını onun tərəfindən alınmış və oğlunun ailəsinə vermişdir. Hətta həmin əşyaların bəzilərinə görə kredit ödənişlərini həyata keçirir. Belə olan halda həmin əşyaların iddiaçıya qaytarılması barədə iddiası əsassızdır. 26 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi qızıl zinət əşyaları iddiaçıya bu və ya digər şəkildə toydan əvvəl, eləcə də toydan sonra hədiyyə kimi verilmişdir. Lakin iddiaçı valideynlərinin evinə qayıtdıqdan sonra həmin əşyaları özü ilə aparmışdır. Belə olan halda bu hissədə iddia tələbi əsassızdır. Digər əmlaklara gəldikdə isə, qeyd olunan əşyalar mövcüd olaraq onların (cavabdehlərin) evindədilər, lakin bu əşyalardan stol-stul, ətçəkən maşın, ventelyator, soyuducu, tozsoran və pərdə onun anası və onun özü tərəfindən birgə nikah dövründə alınmışdır. Belə olan halda həmin əşyaların iddiaçıya qaytarılması barədə iddiası əsassızdır. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq sonuncular məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X2 Duyğun Soltağa oğlu ilə 07 iyul 2006-cı ildə nikah münasibətlərinə daxil olmuş, nikah münasibətlərindən iki övladları doğulmuş və iddiaçı cavabdehlərlə birlikdə ünvan 2 ünvanın yaxınlığında yerləşən özbaşına tikili hesab edilən evdə 2020-ci ilin iyun ayına kimi yaşayıb birgə təsərrüfat aparmışlar. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmə araşdırılması zamanı təqdim olunmuş Masallı rayon Polis Şöbəsinin 10 iyul 2020-ci il tarixli qərarın sürətindən görünür ki, 02 iyul 2020-ci il tarixdə Masallı rayon Eminli kənd sakini X6 ərizə ilə müraciəti əsasında araşdırma zamanı Masallı MTE və PA şöbəsinin 413 saylı 04 iyul 2020-ci il tarixli rəyi ilə X3 gickah nahiyyəsinin sıyrığı və sol bud nahiyyəsinin qançırları müəyyən olunmuş və həmin xəsarətlərin törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz iddiaçı X1 üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər iştirak etdikləri məhkəmə iclasında iddia tələbində göstərilən və qiyməti 840 manat olan “Hisense” markalı televizoru, qiyməti 50 manat olan ətçəkən maşını, qiyməti 40 manat olan sokçəkən maşını, qiyməti 50 manat olan ütü, qiyməti 600 manat olan “Samsunq” markalı paltaryuyan maşını, qiyməti 200 manat olan “Lady” markalı tozsoranın, qiyməti 35 manat olan ventilyatorun, qiyməti 900 manat olan stol-stul dəstinin, qiyməti 100 manat olan şahmat stolunun, qiyməti 200 manat olan mətbəx mebelinin, qiyməti 200 manat olan 2 ədəd xalçanın, qiyməti 60 manat olan balaca sandıq, qiyməti 200 manat olan 4 ədəd döşək, qiyməti 100 manat olan 2 ədəd yorğan, qiyməti 200 manat olan 6 ədəd odeyal, qiyməti 330 manat olan 11 ədəd balış, qiyməti 50 manat olan 1 ədəd sintefon yorğan, qiyməti 150 manat olan 2 ədəd örtük və 1 ədəd odeyal, qiyməti 50 manat olan “Çin” çaynik dəsti, qiyməti 70 manat olan kofe dəsti, qiyməti 30 manat olan ədviyyat qabları, qiyməti 60 manat olan mürəbbə qabı, qiyməti 60 manat olan 6 ədəd çaşkalı çaynik dəsti, ümumi dəyəri 500 manat olan gündılik işlədilən kasa, boşqab, stəkan, vedrə, vanna, qaşıq, bıçaq, qazan dəstləri, ümumi dəyəri 300 manat olan pərdə dəstləri, ümumi dəyəri 800 manat olan uşaq şkafı və uşaq əşyaları, qiyməti 400 manat 54 hissə yemək dəsti, qiyməti 1500 manat olan xrustal qab naborları və dəstləri istifadələri və sahibliyində olmasını etiraf etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, iddiaçı həmin əşyaların mövcüdluğu ilə bağlı faktın sübut etmə vəzifəsindən azaddır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər həmin əşyalardan bir qisminin birgə nikah dövründə əldə edildiyini, bununla da iddiaçıya məxsus olmadığını bildirsələr də bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda cavabdehlər tərəfindən mövcüdluğu etiraf edilmiş əşyaların iddiaçıya qaytarılması hissədə iddianı əsaslı hesab edir. Eyni ilə məhkəmə qızıl zinyət əşyalarının tələb olunması hissədə iddia tələblərini əsaslı hesab edərək bir daha qeyd edir ki, vindikasiya iddia tələbinin yuxarıda qeyd olunmuş maddənin dispozisiya şərtləri baxımından (Mülki Məcəllənin 157.2-ci maddəsi) cavabdehlərin iddia tələbində qeyd olunmuş qızıl zinət əşyaların iddiaçıya şəkilində bağışlandığını etiraf etmələrini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyaların mövcüdluğu ilə bağlı da faktın sübut etmə vəzifəsindən azaddır. Bu baxımdan məhkəməm qeyd etməyi zəruri hesab edir ki, tələb olunan qızıl-zinət əşyalarının cavabdehlərin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Bununla bağlı cavabdehlər iddiaçının evdən hər hansı təzyiq altında və ya məcburiyyət qarşısında getmədiyini bildirsələr də, işin materiallarında olan Masallı rayon Polis şöbəsinin qərarından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 tərəfindən döyülüb evdən qovulması ilə bağlı şikayət etmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçının evdən getmə şəraiti və getmə məqsədi nəzərə alındığında onun qızıl-zinyət əşyalarını götürüb özü ilə aparması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaytarılmalı olan əşyaların dəyəri barədə tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş qiymətlərin qeyd edilməsini qanunauyğun hesab edir. Bu baxımdan iddiaçı və cavabdeh qızıl zinət əşyalarının hansı qiymətə dəyərləndiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyinə görə məhkəmə əşyaların fotoşəkilləri təsvir olunan qızıl-zinət əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə mülki işə “xxxx” MMC-dən mütəxəssis (Rövşən Talıbzadə) cəlb olunmuşdur. “xxxx” MMC tərəfindən məhkəməyə ƏEM/N 67-397/21 saylı mütəxəssis rəyi daxil olmuşdur. “xxxx”nin mütəxəssisi X10 məhkəmə iclasında qeyd olunan rəyi müdafiə edərək izah etmişdir ki, onlara təqdim olunmuş ə fotoşəkillər nəzərdən keçirildikdən sonra mütəxəssis rəyləri belə olmuşdur ki, qızıl-zinət əşyalaranın dəyəri –1 qızıl onluq çəki 8,6 qram əyar 850 qiymət 950 manat, qırmızı tək qaş üzük çəkisi 3,5 qram əyar 583 qiyməti 280 AZN, paxlava formalı üzük əyar 583, çəki 3,5 qram, qiymət 280 manat boyunbağı və qolbaq çəki 5 qram, əyar 583 qiymət 430 manat, gülformalı dəst çəki 8 qram əyar 583 qiymət 640 manat, nişan üzüyü əyar 583 çəki 3 qram qiymət 250 AZN, 1 cüt sırğa əyar 583 çəki 4 qram qiymət 350 manat təşkil edir. Bu baxımdan məhkəmə qeyd edilən və mövcüdluğu mübahisələndirilməyən qızılzinət əşyalarının dəyəri ilə bağlı məhkəmə mütəxəsis rəyinin nəticələrini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, yuxarıda təsvir olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhz iddiaçı tələb etdiyi əşyaların dəyəri barədə sübut təqdim etməlidir. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim edilmədiyi halda mütəxəssis rəyində qeyd olunan ən aşağı dəyərə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə iş materiallarında olan “xxxx” MMC-nin arayışından görünür ki, verilmiş mütəxəssis rəyi üzrə xidmət haqqı 80 manat təşkil edir. Belə olan halda iddia təmin edildiyinə görə mütəxəssis rəyinə görə xidmət haqqı 80 manatı cavabdehlərə aid edilməli və qeyd olunan məbləğ cavabdehlərdən tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN : **********, hesab №” AN: AZ30GUNA********************, Bank: GunayBank ASC. VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD 505594, SWİFT: GUNAAZ22) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və X4 ümümi dəyəri 1 qızıl onluq çəki 8,6 qram əyar 850 qiymət 950 manat, qırmızı tək qaş üzük çəkisi 3,5 qram əyar 583 qiyməti 280 AZN, paxlava formalı üzük əyar 583, çəki 3,5 qram, qiymət 280 manat boyunbağı və qolbaq çəki 5 qram, əyar 583 qiymət 430 manat, gülformalı dəst çəki 8 qram əyar 583 qiymət 640 manat, nişan üzüyü əyar 583 çəki 3 qram qiymət 250 AZN, 1 cüt sırğa əyar 583 çəki 4 qram qiymət 350 manat Ümumi dəyəri 8765 olanTelevizor hisense markalı smart-840 manat dəyərində, ətçəkən maşın-50 manat dəyərində, şirəçəkən maşın-40 manat dəyərində, ütü- 50 manat dəyərində, paltaryuyan Samsung markalı-600 manat dəyərində, tozsoran lady markalı-200 manat dəyərində, sərinləndirici-35 manat dəyərində, stol-stul dəsti-900 manat dəyərində, şahmat stolu-100 manat dəyərində, mətbəxt mebeli-200 manat dəyərində, xalça 2 ədəd- 200 manat dəyərində, balaca sandıq-60 manat dəyərində, 4 ədəd döşək-200 manat dəyərində, 2 ədəd yorğan-100 manat dəyərində, 6 ədəd adyal-200 manat dəyərində, 11 ədəd balış-330 manat dəyərində, 1 ədəd sintefon yorğan-50 manat dəyərində, 2 ədəd örtük və 1 ədəd adyal dəsti-150 manat dəyərində, Çini çaynik dəsti -50 manat dəyərində, 2 kofe dəsti-70 manat dəyərində, ədviyyat qabları dəsti-30 manat dəyərində, mürəbbə qabı- 60 manat dəyərində, 6 çaşkalı çaynik dəsti-60 manat dəyərində, gündəlik işlədilən kasa, boşqab, stakan, vedrə, vanna, qaşıq, bıçaq, qazan dəstləri-500 manat dəyərində, Pərdə dəstləri-300 manat dəyərində, uşaq şkafı və uşaq əşyaları-800 manat dəyərində, 54 hissə yemək dəsti-400 manat dəyərində,xrustal qab naborları və dəstləri-1500 manat dəyərində) və ya həmin əşyalar olmadığı halda onların dəyəri alınaraq X8 qaytarılsın. İş üzrə keçirilmiş mütəxəssis rəyinə görə xidmət haqqı üçün 80 manat cavabdehlərdən tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN : **********, hesab №” AN: AZ30GUNA********************, Bank: GunayBank ASC. VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-252/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-252/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver