Məhkəmə qərarları › İş №2(010)-2544/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2544/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2544/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25.02.*990-cı ildə doğulmuş qızı X4 xx.xx.2009-cu ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X9 ilə nikahından 25.02.*990-cı ildə doğulmuş qızı X8 xx.xx.2009-cu ildə xəstəlik səbəbi ilə vəfat etmişdir. Həmin vaxt stress vəziyyətində olduğundan, sonradan isə müəyyən vaxt keçdiyi üçün qızının vəfatı haqqında ölüm haqqında şəhadətnamə almamışdır. Halhazırda qızı X4 ölüm haqqında şəhadətnaməsini ala bilmir, belə ki, Suraxanı rayon Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. 43 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə üçün müraciət etdikdə isə həmin poliklinika imtina etmişdir və arayış vermişdir ki, poliklinikada qızının ambulator kartası yoxdur, habelə sahə həkiminə müraciət edilməmişdir. Hazırda qızı X4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, vəfat etmiş qızı X* MR, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən torpaq sahəsinin paylı mülkiyyətçisi kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmişdir. O da həmin torpaq sahəsinin mülkiyyətçisidir, lakin vəfat etmiş qızı X4 adı çıxarışda göstərildiyi üçün torpaq sahəsini sata bilmir, çıxarışda göstərilən bütün şəxslər, o cümlədən vəfat etmiş qızı X4 razılığı olmalıdır. Lakin halhazırda həmin ölüm haqqında şəhadətnaməni əldə etmək hüququ pozulur. Ölüm faktı müəyyən edilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilmir.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. XV-ЖГ seriyalı, 329265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25.02.*990-cı il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır.

6. AR Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli arayışından görünür ki, X8 **.02.2009-cu il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.

7. 43 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, **4 nömrəli məktubundan görünür ki, X2 həkiminə müraciəti və ambulator kartı olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır.

8. Sabunçu Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 25.02.*990-cı il təvəllüdlü X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

9. İş materiallarında olan qəbir daşının fotoşəkilindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. *0. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilən X*0 bildirdi ki, ərizəçinin qonşusudur. Onun qızı Günay həmin tarixdə vəfat etmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçinin qonşusudur. Günay onun qızıdır və həmin tarixdə vəfat etmişdir.

İşin faktiki halları

*2. İş materialları ilə müəyyən edilir ki, 25.02.*990-cı il təvəllüdlü X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*6. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *7. Məhkəmə hesab edir ki, 25.02.*990-cı il təvəllüdlü X4 02.02.*990-cı il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qızının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum qızının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.

Məhkəmənin gəldiyi nəticə

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.02.*990-cı il təvəllüdlü X4 02.02.*990-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. 25.02.*990-cı il təvəllüdlü X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar