Məhkəmə qərarları › İş №2(010)-2546/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2546/2024

04.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2546/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan “Renalut Clio” markalı, AZ 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi vəzifəsinin Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması, avtomobilin cərimə meydançasında qanunsuz saxlanmasına görə cavabdehdən *8.02.2022-ci il tarixdən başlayaraq hər gün üçün * manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, *8.02.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək, mülkiyyətində olan “Renalut” markalı, AZ 90-SU- 62* dövlət qeydiyyat nişanlı avtomobilə tərtib olunan və qərarsız cərimələrin idarə etmək üçün etibarnamə əsasında verdiyi X4 tətbiq edilməsi, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin *8.03.2023-cü il tarixli, 3- *3-54/2-A-3392/**/23 saylı cavab məktubunda bildirilmişdir ki, “mülkiyyətinizdə olan avtomaşın 3*.*2.202*-ci ildən 0*.04.2025-ci ilədək etibarnamə əsasında idarə edən X3 qeydiyyatda olduğu ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir və nəticəsi barədə onlar tərəfindən sizə əlavə məlumat veriləcəkdir”. O, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. 3*.07.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən mesaj göndərilərək xx.xx.2023-cü il tarixdə AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törədən şəxs X3 barəsində İXP5605433 nömrəli protokol tərtib edilərək, sürücülük hüququndan müəyyən müddətə məhrum edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətində olan avtomobil Suraxanı Rayon Polis İdarəsi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Bu səbəbdən Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsinin *8.09.2023-cü il tarixli, 3-*3-54/2- 20382/23 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan “Renalut Clio” markalı, 90SU62* dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməyən cərimə borclarının olması müəyyən olunmuşdur. Bu səbəbdən qeyd olunan nəqliyyat vasitəsi Suraxanı rayonunda cərimə meydançasına yerləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi üzərində olan cərimə borcları ödənilmədən həbsdən çıxarılması mümkün deyildir. Göstərilən səbəbdən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən avtomobili etibarnamə əsasında idarə edən şəxs barəsində inzibati protokol tərtib edilməklə cəzalandırılmışdır. Həmin səbəbdən də mülkiyyətçi olaraq onun tələbinin cavabdeh tərəfindən təmin edilməməsi qanunsuz və əsassızdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Şahbazov Pərvinə təxminən 202* – 2022-ci il tarixləri arasında etibarnamə vermişdir. Şahbazov Pərvin də məhz ona məxsus avtomobili etibarnamə əsasında idarə edərkən inzibati xəta törətmişdir. İnzibati xətanı kim törətmişdirsə, cərimələr ona yazılmalı və cərimələri də o ödəməlidir. Polis onu qanunsuz olaraq mülkiyyət hüququndan məhrum etmişdir. Şahbazov Pərvin tərəfindən törədilmiş inzibati xəta nəticəsində yaranmış müvafiq cərimələr özü tərəfindən ödənilməli, əgər ödənmirsə digər tədbirlər görülməli və tutma onun avtomobilinə yönəlməməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *8.03.2023-cü il tarixli, 3-*3-54/2-A-3392/**/23 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, müraciət araşdırılması üçün “Renault Clio” markalı, 90-SU-62* dövlət nömrə nişanlı avtomaşını 3*.*2.202*-ci ildən 0*.04.2025-ci ilədək etibarnamə əsasında idarə edən X3 qeydiyyatda olduğu ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, mülkiyyətində olan “Renault Clio” markalı, 90-SU- 62* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərtib olunan və qərarsız saxlanılan cərimələrin idarə etmək üçün etibarnamə əsasında verdiyi X4 tətbiq edilməsi, avtomobilin üzərinə qoyulan həbsin götürülməsi və cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, mülkiyyətində olan “Renault” markalı, 90- SU-62* dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış 3*.07.2023-cü il tarixli, 3-*3-46/2-282*4/2023 nömrəli məktubun surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlandığı müraciət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *8.09.2023cü il tarixli, 3-*3-54/2-20382/23 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, müraciət üzrə BDYPİ-nin X2 baxış keçirilərək “Renault Clio” markalı. 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməyən cərimə borclarının olması müəyyən olunmuş və bu səbəbdən qeyd olunan nəqliyyat vasitəsi Suraxanı rayonunda cərimə meydançasına yerləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin üzərində olan cərimə borcları ödənilmədən, həbsdən çıxarılması mümkün deyil. AD N seriyalı, 49*366 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Renault Clio” minik markalı, 90-SU-62* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətindədir. *7.08.20*9-*4.09.2023-cü il tarixləri aralığında tərtib olunmuş EQ*0**6*87, EQ*0070239, EQ9985463, EQ9879722, EQ9678244, EQ947*558, EQ9*06792 və s. nömrəli protokollardan müəyyən olunur ki, 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 müxtəlif vaxtlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində (327.*, 339.*-*, 339.*-*, 346.*, 469.3 və s.) nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində müxtəlif məbləğlərdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. *4.03.2024-cü il tarixli, *397003*99 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi Maddə 97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə *22.7. Barəsində bu Məcəllənin *22.*-ci, *24.5-ci və ya *24.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin *26.*-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Maddə *27. Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin *25.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddiaçı izahatında iddia tələbinin qanuni əsasının Mülki Məcəllənin *57.2-ci maddəsinin təşkil etdiyini bildirmişdir. Məhkəmə isə bununla razılaşmır. Belə ki, həmin maddənin tətbiq edilməsi üçün üç şərtin mövcud olması tələb olunur: *) iddiaçı tələb edilən əşyanın mülkiyyətçisi olmalıdır 2) tələb edilən əşya cavabdehin sahibliyində olmalıdır 3) cavabdehin tələb edilən əşya üzərində sahibliyi qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanılmasının hüquqi əsasını ödənilməyən cərimə borclarının olması təşkil edir. Belə ki, həmin nəqliyyat vasitəsinin üzərində olan cərimə borcları, həmçinin nəqliyyat vasitəsinin duracağa gətirilməsi və avtomobilin orada saxlanılması üçün müəyyənləşdirilmiş haqq ödənilmədən nəqliyyat vasitəsinin mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, həmin nəqliyyat vasitəsi qanuni əsaslarla cərimə meydançasına yerləşdirilmişdir. Həmçinin məhkəmə izah edir ki, törədilmiş inzibati xətalarla bağlı tətbiq edilmiş cərimələr və dəbbə pulu iddiaçı tərəfindən ödənildiyi təqdirdə nəqliyyat vasitəsi cərimə meydançasından çıxarılaraq ona qaytarılmalıdır. Daha sonra iddiaçı barəsində inzibati tənbeh tətbiq edilmiş edilmiş şəxsdən ödənilən cərimə və dəbbə pulunu geri tələb etmək hüququna malikdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu *00 manat məbləğində müəyyən edilmişdir. İddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli və ödənilməmiş 70 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli və ödənilməmiş 70 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ödənilməmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar