Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2590/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi 2*.0*.*970-ci ildə Bakı şəhərində anadan olmuş qardaşı X3 *5 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçinin qardaşı X4 *5.02.2025-ci il tarixdə saat *9:36 radələrində yaşadığı mənzildə halı pisləşərək vəfat etmişdir. Şəkər xəstəliyindən əziyyət çəkirmiş. Təcili tibbi yardım briqadası çağırılsa da, təcili tibbi yardım gələnə qədər qardaşı evdə vəfat etmişdir. Qardaşı polikilinikada qeydiyyatda olmadığı üçün ona ölüm haqqında T-*06 nömrəli tibbi şəhadətnamə ala billməmişdir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qardaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ərizəçi və X4 hər ikisi əmisidir. Əmisi İsmayıl 3-4 ay bundan öncə vəfat etmişdir. Evləri Biləcəridə yerləşirdi. Elə həmin evdə vəfat edib. Şəkər xəstəsi idi. Əmisinin dəfnində özü şəxsən iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, X4 *5 fevral 2025-ci il tarixiində axşam saatlarında evində vəfat etmişdir. O, səhəri gün həmin ünvana gedən zaman hələ torpağa basdırılmamışdı. Axşam Rövşəndən soruşmuşdur ki, lazımdırsa indi gəlsin. Türkan qəbirstanlığından dəfn etmişlər. Dəfn mərasimində iştirak edib. 5 il idi ki, əlaqəsi yox idi. Amma boyunda şiş olduğunu bilirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasınün ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, *5 fevral 2025-ci il tarixdə saat *9:36-da ünvan 1 ünvanına X3 adına çağırış olmuş və çağırışa gələn həkim, həkimə qədər ölüm kişi cinsli meyit aşkar etmişdir. Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-*6-8*8-485- *5/25 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən qardaşının ölümünün qeydə alınması ilə bağlı xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü i! tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. 03.02.*970-ci il tarixli AZ №*885035 saylı Bakı şəhər Narimanov ZAQS tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən göürünür ki, X4 2*.0*.*970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhər Xəzər rayon Türkan Bələdiyyəsinin 45 saylı *2.03.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi qardaşı X* üzümçülük sovxozu qəbiristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X4 – 2*.0*.*970-ci ildə Bakı şəhərində anadan olmuş və *5.02.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi qardaşı X3 ölümü haqqında şəhadətnamə almaq üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin qardaşı X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 2*.0*.*970-ci ildə Bakı şəhərində anadan olmuş X3 *5 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2*.0*.*970-ci ildə Bakı şəhərində anadan olmuş X3 *5 fevral 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2590/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2590/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver