Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2601/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf kimi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsini göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, arvadı X1 xx.xx.2020-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, arvadı X3 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək kərpic zavod yolu ünvanında yerləşən mənzildə qəflətən vəfat etmişdir. Arvadı vəfat edən zaman Təcili Tibbi yardım çağırmışlar və onlar sonuncunun vəfat etməsini təsdiqləmişlər. Lakin, Tacili Tibbi yardım əməkdaşları arvadının ölümü ilə bağlı bizə heç bir tibbi arayış verməmişlər. X2 Müşviqabad qəsəsbə qəbiristanlığında dəfn etmişlər. Ölüm faktını qohum- qonşular şahid kimi təsdiq edə bilərlər. Arvadı üçün “Ölüm haqqında” şəhadətnaməni almaq üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişlər, lakin, “Ölüm haqqında” şəhadətnaməni ala bilməmişlər. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Onun arvadının ciddi xəstəliyi olmamış, lakin beyindaxili təzyiqdən əziyyət çəkmişdir. Hazırda arvadı vəfat etdiyindən gələcəkdə uşaqlarının sosial təminatı üçün yardım almaq, eləcə də onların təhsili ilə yarana biləcək problemlərini aradan qaldırmaq məqsədi ilə ona arvadının ölümünü təsdiq edən “Ölüm haqqında” şəhadətnamə almaq vacibdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, arvadının ev şəraitində öldüyünü bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, ərizəçinin və mərhum X1 qonşusu olmuşdur. 13 mart tarixində mərhumun oğlu onlara gələrək anasının yıxıldığını bildirmişdir. O, sonuncuların evinə getdikdə mərhum X1 qıcolma keçirdiyini və özündə olmadığını bildirmişdir. X13 yardıma zəng etmişlər, lakin, Fəxriyyə Niftalıyeva vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, o, ərizəçinin və mərhum X1 qonşusu olmuşdur. 13 mart tarixində, saat təxminən 4-5 radələrində o, ərizəçinin evində səs-küy eşitmiş və ora getmişdir. Ora getdikdə Fəxriyyə Niftalıyevanın öldüyünü görmüşdür. Sonradan bilmişdir ki, Təcili Tibbi yardım maşını gəlsə də mərhumu xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, ərizəçinin qardaşıdır. Mart ayının 13-ü ona zəng edib, Fəxriyyə Niftalıyevanın qıcolma keçirdiyini bildirmişlər. O, gedəndə sonuncu artıq vəfat etmişdir. Fəxriyyə Niftalıyeva uzun müddət beyindaxili qıcolmadan əziyyət çəkmişdir. Hesab edir ki, ölümü də qıcolma səbəb olmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 17047452 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X3 xx xxxxxx 1974-cü ildə Tovuz rayonu, Cilovdarlı kəndində doğulmuşdur. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 384608 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Şəmsalı oğlu ilə X5 xx xxxxxx 1993-cü ildə nikaha daxil olmuşlar. Arvada Niftalıyeva soyadı verilmişdir. Bakı şəhər Təcili və X7 Stansiyasının xx xxxx 2020-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Aşağı Güzdək kərpic zavod yolu ünvanında yerləşən mənzildə X1 adına çağırış daxil olmuş, həkimə qədər ölüm (qadın cinsli) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 550-05/75 № li məktubundan görünür ki, Ərizəçi X1 ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, X1 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1974-cü ildə Tovuz rayonu Cilovdarlı kəndində doğulmuş X1 xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2601/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2601/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver