Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2612/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 "ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İbragirova Raniya Ashatovna "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qatnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi X1 "ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair 2(010)-2612/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəçi X1 ünvanı ünvan 1ə ərizəçi həmin ünvanda qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə ərizəçinin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Binəqədi rayonu ərazisində olduğu üçün ərizəçi X1 "ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 "ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair 2(010)- 2612/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2612/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2612/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver