Məhkəmə qərarları › İş №2(010)-2613/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2613/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2613/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəsinin təmin edilərək, anası 07.*0.*956-cı ildə Yevlax şəhərində anadan olmuş X4 *2.**.2024-ci il tarixdə Naftalan şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X8 *2.**.2024-ci ildə Naftalan şəhərində vəfat etmişdir. O və qohumları anasını Naftalan şəhəri Qasımbəli kənd qəbirstanlığında dəfn etmişlər. Bildirir ki, anası ərazi üzrə poliklinikaya müraciət etmədiyindən anasının adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün anasının ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilətəsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5ci bəndinəəsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından anasının ölümünün qeydə alınması mümkün olmamışdır." Qeyd edir ki, anasının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Şahid ifadələri

5. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, ərizəçinin bibisidir. X8 ölümündən əvvəl rayona getmək istədiyini bildirmişdir. *2.**.2024-cü il tarixdə Naftalan şəhərində vəfat etmişdir.

6. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X9 bildirdi ki, ərizəçinin xalası qızıdır. Hümmətova Sahibənin əvvəldən xəstəliyi var idi. *2.**.2024-cü il tarixdə Naftalan şəhərində vəfat etmişdir.

İş materialları

7. AZ-T seriyalı, 2873*6 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*990-cı il tarixdə anadan olmuşdur. X*, anası X7r

8. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*6 "Bakı Baş Səhiyyə Mərkəzi" X*6 42 Nömrəli Şəhər Poliklinikasının 08 aprel 2025-ci il tarixli, *8-*-*- 97/2-H-*0-42-7/2025 saylı məktubundan görünür ki, vətəndaş X3 vəfat edən anasının X4 ölüm haqqında tibbi sənədin istənilməsi haqqında müraciəti ilə bağlı xx.xx.2025-ci il tarixində daxil olmuş ərizəyə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.*0-cu maddəsinə əsasən 42 nömrəli Şəhər Poliklinikasında araşdırılaraq, baxılmışdır. Ərizədə qeyd edilən məsələ vəfat edən X4 42 nömrəli Şəhər Poliklinikasına ölüm səbəbi və vaxtın məlumatı gəlməyib. Vətəndaş V.N.Hümbətovanın poliklinikaya müraciəti xx.xx.2025-ci il tarixində olub. Müraciətin baxılmasının nəticəsi barədə yazıb məlumat verilir ki, yuxarıda qeyd olunan həmin səbəbə görə "Ölüm haqqında tibbi şəhadətnamə" təqdim edə bilməmişlər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*,*0.2003-cü il tarixii *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etmək tövsiyə edillmişdir. *0. Azərbaycan Respublikası Naftalan şəhər İcra hakimiyyəti Başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3* saylı arayışından görünür ki, həqiqətən mərhumə X8 *2.**.2024-cü il tarixdə Naftalan şəhərinin Qasımbəyli kəndində vəfat etmişdir və Naftalan şəhərinin Qasımbəyli kənd qəbristanlığında dəfn edilmişdir.

İşin faktiki halları

**. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin anası X8 *2.**.2024-cü il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə hesab edir ki, ərizəçinin anası X4 *2.**.2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun həyat yoldaşının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum həyat yoldaşının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.

Məhkəmənin gəldiyi nəticə *7. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07.*0.*956-cı ildə Yevlax şəhərində anadan olmuş X4 *2 noyabr 2024-cü il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. 07.*0.*956-cı ildə Yevlax şəhərində anadan olmuş X4 *2 noyabr 2024-cü il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar