Məhkəmə qərarları › İş №2(010)-2633/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2633/2020

04.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2633/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı vəkilləri və nümayəndələri Vəkil və X9, cavabdehlərin vəkili və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızıl-zinət əşyalarının, qız və oğlan toyunun albomlarının qaytarilmasi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızıl-zinət əşyalarının, qız və oğlan toyunun albomlarının qaytarılmasi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, geyim və özünə hədiyyə olunmuş qızıl-zinyət əşylarını naturada və ya onların dəyərini təşkil edən 12.315 (on iki min üç yüz on beş) manat, iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun, qız və oğlan toyunun albomlarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, geyim və özünə hədiyyə olunmuş qızıl-zinyət əşylarını naturada və ya onların dəyərini təşkil edən 13.215 (on üç min iki yüz on beş) manat, iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun, qız və oğlan toyunun albomlarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat vermiş Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-709/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 1 saylı Bakı "ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 14 dekabr 201ö-cu il tarixli, 3380 nömrəli nikah pozulmuşdur. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “Q” massivindəki 18 saylı evin 8-ci mənzilinə gəlin köçmüş, o cümlədən valideynlərinin ona verdikləri cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçı ilə cavabdeh qısa müddətdə ailə kimi birgə yaşamış, iddiaçı gəlin getdiyi ilk gündən ailəsi ilə əlaqə kəsilməklə telefonu Orxan tərəfindən əlindən alınmışdır. İddiaçı ilk dəfə həyat yoldaşı Orxan tərəfindən xx.xx.2019-cu il tarixdə döyülmüş, belə ki, həmin tarixdə qardaşı Elvin Orxana zəng vuraraq nə səbəbdən telefonunun söndürüldüyünü və iddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Qardaşı ona alınacaq paltaryuyanın və soyuducunun ölçülərinin anasına bildirməsini xahiş etmişdir. İddiaçı qardaşı ilə danışdıqdan sonra öz telefonunu yandırıb anasına mesaj yazmaq istəyəndə Orxan buna imkan verməmiş və iddiaçını vəhşicəsinə döymüş, qapını da üzünə bağlayıb getmişdir. İddiaçı iş telefonu ilə ailəsinə əlaqə saxlayıb döyülməsi barədə məlumat vermişdir. Orxan gedəndən təxminən 30 dəqiqə sonra anası gəlmiş, sonra iddiaçını yaşadıqları evə aparmışdır. Böyüklər arasında danışıqdan sonra onlar dekabrın 20-i axşam təkrar evə qayıtmış, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 ertəsi günkü mübahisəni təkrar bəhanə edərək iddiaçını döymüşdür. Valideynləri isə yenə oğlanlarına haqq qazandırmışlar. Bu hadisələrdən sonra xx.xx.2019-cu il tarixdə qaynanası və qaynatası evə gəlib bildirdilər ki, yaşadıqları həyətdə pula görə mənzillərindən birində bir nəfərin başını kəsiblər, etibarlı olması üçün qızılları ona verməsini istəmişdir. iddiaçı da etiraz etməyərək qızıl-zinət əşyalarını qaynanası X7 vermişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçı maaşı verilənə qədər Orxandan yol pulu istəmiş, o isə əvəzində iddiaçıya bildirmişdir ki, ona maaş düşmür, aldiği 300 manat əmək haqqını anası alacaqdır. Bunu deyib Orxan iddiaçını təkrar döyməyə başlamışdır. Orxan təkrarən iddiaçını döymüş, iddiaçı bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. İddiaçı qaynanası Cavabdeh2 ilə birlikdə "Nömrə 1 Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətində bir yerdə işləmiş, iddiaçını da o həmin bağçadan bəyənib oğluna almışdır. İddiaçı ərinə evinə getmək istədiyini bildirdikdə, dedi ki, sabah çağırarsan gəlib onu apararlar. Səhər iddiaçının atası gələrək taksi ilə onu evinə aparmış, xx.xx.2019cu il tarixdə iddiaçının halı pisləşdiyi üçün təcili tibbi yardıma müraciət etməli olmuş, müayinə zamanı ona "başın səthi travması, bədənin müxtəlif nahiyyələrini əhatə edən digər müştərək səthi travması” diaqnozu qoyulmuşdur. İddiaçı evi tərk edərkən cehiz əşyaları, geyim paltarları və şəxsi əşyaları da cavabdehin yaşadığı evdə qalmış, dəfələrlə tələb etsə də cavabdeh cehiz əşyalarını, geyim və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Bu əşyalar sonunucu dəfə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “Q” massivində yerləşən ev 18, mənzil 8-də qalmışdır. İddiaçının nə həyat yoldaşı, nə də ki ailə üzvləri onunla maraqlanmamışlar. Polisə müraciət etdikdən cehiz əşyaları qaytarılsada geyim və qızıl-zinət əşyaları qaytarılmamışdır. Cehiz əşyaları xx.xx.2020-cil tarixdə “Ucuz” yükdaşıma şirkəti tərəfindən daşınmış və bu barədə təhviltəslim aktı tərtib olunmuşdur. İddiaçının Cavabdeh1 ilə yaşadığı evdə əmlakları –Boz kostyum şalvar pencək (manqodan alınıb baldızı Günellə birlikdə) - 250 AZN; Ağ uzunqol saroçka kofta (Ganclik Mallda baldızı ilə birlikdə “Manqo”dan alınıb) 130 AZN; Qara klassik şalvar (Ganclik Malldan baldızı ilə birlikdə İpəkyoldan alınıb) - 120 manat; Zərli boz qısaqol kofta (Baldızı Günellə birlikdə alınıb) - 50 AZN; Palto xardal rəngli (Amaor boutiquedən baldızı Günellə birlikdə alınıb) - 80 AZN; Qəhvəyi rəngli mini yubka (Amaor boutiquedən baldızı Günellə birlikdə alınıb) - 35 AZN; Qara düz model yubka (Baldızı Günellə birlikdə alınıb) - 30 manat; Sapaşki qara vilur (Baldızı Günellə birlikdə eccetric bakudan alınıb) - 80 AZN; Qırmızı rəngli kablok stilletto (izabel ayaqqabı evindən qaynanası alıb) - 70 AZN; Qara vilur stiletto kablok (Baldızı ilə birlikdə Papatya ayaqqabı evindən alınıb) - 30 AZN; Boz rəngli kablok stilleto (Baldızı ilə birlikdə Papatya ayaqqabı evindən alınıb)-30 AZN; Xardal rəng vadalaska (Amor boutiquedən Baldızı Günellə birlikdə alınıb) - 40 AZN; Yaşıl və qara rəngli qarışıq don - 100 manat (Qız toyunda xonçada gətirilib); Qara klac çanta (Baldızı Günellə birlikdə alınıb) - 50 AZN; Ağ çanta - (Qız toyunda xonçada qaynanası gətirib) - 30 AZN; Yaşıl və pudra rəngli vadalaska 2 ədəd - 40 AZN; Mavi və boz güllü kofta 2 ədəd - 40 AZN; Pudra rəng uzun nişan paltarı - 250 AZN (Princessa boutiquedən Günel, qaynanası və o, birlikdə almışdır); Pudra rəng uzunqol kofta - 20 AZN; Qırmızı kofta - 20 AZN; Kəlağayı (Nargiz Malldan alınıb) - 60 AZN; Spartivni dəsti qara-qırmızı rəng - 50 AZN (qız toyunda xonçada gətirilib); Qara spartivni şalvar - 20 AZN (qız toyunda xonçada gətirilib); Boz spartivni şalvar köynək - 50 AZN (xalası verib toydan sonra); Qırmızı spartivni şalvar köynək - 50 AZN (nənəsi Ofeliya verib); Güllü spativni dəsti - 50 AZN (dayısının yoldaşı Gülü verib); tünd göy ev geyimi, şalvar kofta - 40 AZN (qız toyunda xonçada gətirilib); Açıq çəhrayı yumşaq ev geyimi-50 AZN (qaynanası Türkiyədən Penti firmasında almışdı); Mayka bric ev geyimi - 30 AZN (qaynanası Türkiyədən Penti firmasından almışdı); Uzunqol kofta,şalvar gecə geyimi-50 AZN (qaynanam Türkiyədən Penti firmasından alm); Qırmızı gecə geyimi - 50 AZN (qız toyunda xonça gətirilmişdi); Ağ gecə geyimi - 70 AZN (qız toyunda xonça gətirilmişdi); Braun hava feni - 40 AZN; Daraq fen - 1 ədəd - 30 AZN; Ağ hamam xalatı və hamam dəstləri - 100 AZN; Kapron kalqotka- 2 ədəd- 20 AZN; Qara mayka - 2 ədəd - 20 AZN; Corablar 7 ədəd - 20 AZN; Ağ mayka - 2 ədəd - 20 AZN; Kapron corablar - 10 ədəd - 50 AZN; Damaşnik - 4 ədəd - 40 AZN; Əl, bədən, üz, ayaq kremləri (aroma collection) - 100 manat AZN; Miss fransız oliver ətir yeni - 1 ədəd 40 AZN; Üz baxım makyaj silmək üçün kremlər- 50 AZN; Tonal krem (topface-instyle)- 20 AZN; Ten palet. dodaq boyası, fırça - 60 AZN; Saç buran - 20 AZN; Çəhrayı rəngli şərf- 1 ədəd 20 AZN; Qız və oğlunun toyunun albomu; iddiaçıya hədiyyə olunmuş qızıl-zinyət əşyaları -Komplekt sırğa, üzük, sep, qolbaq, ağ qızıl brilliant 50 qram, əyarı 750 - 5.000 AZN; Nişan üzüyü ağ qızıl brilliant 13 qram əyarı 750 - 1200 AZN; Ağ qızıl üzük (nənənin hədiyyəsi) 8 qram əyarı 750 - 1.000 AZN; Boyunbağı sarı qızıl (tros qaynatanın hədiyyəsi) 20 qram əyarı 582 - 1500 AZN; Qolbaq sarı qızıldan (ad günü hədiyyəsi 7 qram əyarı 585- 400 AZN; Ağ qızıldan briliant qaşlı nişan üzüyü 6 qram əyarı 750- 500 manat; ağ qəhvəyi rəngli tüklü gödəkçə 500 manat; güzgü (gəlinin yanında aparılan)- 100 manat; 300 (üç yüz) aldığı əmək haqqı pulu cavabdeh tərəfindən götürülmüş və iddiaçıya qaytarılmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X17 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi qismində izahat vermiş X12 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının güya cavabdeh tərəfindən döyülməsi tamamilə uydurmadır, çünki bunu təsdiq edən heç bir fakt mövcüd deyil. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində həmin şikayətlər araşdırılmış və heç bir döymə faktı olmadığından cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı güya geyim əşyalarını və qızı-zinət əşyalarını cavabdehin yaşadığı evdə qoyduğunu bildirir. Halbuki iddiaçıya məxsus qızı-zinət əşyalarının hamısı, geyim əşyalarının isə böyük qismi özü ilə götürülüb aparılmışdır. İddiaçı cehiz əşyalarını xx xxxxxx 2020-ci il tarixində evdən yükdaşıma xidməti vasitəsi ilə gələrək götürmüş və bununla bağlı müvafiq təhvil-təslim aktı tərtib edilmişdir. İddia ərizəsində qeyd olunan qızızinət əşyalarının heç biri cavabdehlərdə deyil. Məhkəməyə təqdim olunmuş etiraz ərizəsində qeyd edildiyi kimi geyim əşyalarının siyahısına əsasən 3, 5, 6, 7, 8, 12, 16,18, 19, 20, 21, 22, 23, 27, 29, 31, 32 ,34, 35, 37, 38, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48-ci sırada göstərilmiş əşyalar cavabdehlərin mənzilində qalsa da, həmin siyahıda qeyd olunan digər əşyalar, o cümlədən qızıl zinət əşyaları iddiaçının özüvə valideynləri ıərəfindən aparılmışdır. Qızıl zinət əşyalarına gəldikdə isə cavabdehin ailəsi tərəfindən iddiaçıya hədiyyə şəkilində ağ qızıldan hazırlanmış 585 əyarlı və brilliant qaşlısırğa, üzük, sep, qolbaqdan ibarət komplekt iddia ərizəsində qeyd olunduğu kimi 5000 manata deyil, 1600 manata alınmışdır. Lakin həmin komplekt, eləcə də cavabdehin ailəsi tərəfindən 150 manata alınaraq iddiaçıya hədiyyə kimi verilmiş nişan üzüyü, eləcə də sonuncuya məxsus olmuş və siyahıda iddiaçıya nənəsi tərəfindən hədiyyə olunmuş, əslində isə qızıldan olmyan və dəyəri təxminən 80 manat olan əşya iddiaçı tərəfindən aparılmışdır. Bununla belə iddia ərizəində qeyd olunmuş sarı qızıldan boyunbağı və qolbaq ümumiyyətli mövcüd olmamışdır. Siyahıda sonuncu əşya kimi qeyd olunan ağ qızıldan olan nişan üzüyü isə əslində Cavabdeh1 idiaçı tərəfindən hədiyə kimi verilsə də, hal-hazırda cavabdehin sahibliyi və istifadəsində deyil. Bu isə ona dəlkalət edir ki, iddiaçı onu da özü ilə aparmışdır. Belə olduğu halda iddiaçının iddia ərizəsində tərtib olunmuş geyim əşyalarının siyahısına əsasən 3, 5, 6, 7, 8, 12, 16,18, 19, 20, 21, 22, 23, 27, 29, 31, 32 ,34, 35 ,37, 38, 40, 41, 42, 43,44, 45, 46,47 ,48-ci sırada göstərilmiş əşyaların iddiaçıya qaytarılması qismində iddianın təmin olunmasını, qalan hissədə isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, iddiaçının xalasının yoldaşıdır. Minarə ilə Cavabdeh1 el adəti ilə toyu olmuşdur. Uşaqlar evlənməmişdən əvvəl cavabdeh tərəf deyirdi ki, oğlanın imkanı əladır, iki evi var. Bir gün Minarəgilə gedəndə sonuncu döyüldüyünü ona etiraf etmişdir. Həmin vaxt Minarə ev paltarı - xalatda olmuşdur. Minarənin cehiz əşyalarının cavabdehlərin evindən aparılmasında o da iştirak etmiş, lakin həmin əşyalar arasında qızıl olmmış və onu qaytarmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Bir gün qonşu kimi tanıdığı X18 qəsəbəsində yerləşən bir evə aparmışdır. Bir müddət keçmiş Elçin Hüseynov qızı ilə düşüb onun maşınına minmişlər. Həmin vaxt o, fikir vermişdir ki, qızın əynində yüngül ev paltarı olmuşdur. Qız avtomaşına oturanda isə gözünün altında qara olduğuna fikir vermişdir. Məhkəmə iclasında şahid qismndə dindirilən X10 ifadəsində göstərdi ki, ayın 29-u qızı Minarə ona zəng etmiş və o da Minarənin atasını yollamışdır ki, gedib qızını gətirsin. Minarəni cehiz əşyalarını götürməyə gedəndə qaynanası onun qızılların verməmişdir. O, qızın qaynanasına səsli mesaj yollamışdır ki, qızın qızıllarını qaytarsın, o isə cavabında qaytaracağını bidirsə də hazıra kimi vədinə əməl etməmişdir. Məhkəmə iclasında dindirilən şahid X15 ifadəsində şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadəsini dinləyib, iddia ərizəsini, cavabdehin ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X11 arasında nikah xx.xx.2019-cu il tarixdə qeyd edlmişdir. İş materiallarına əlavə edilmiş “Ucuz Yükdaşıma” yekun təyinatı üzrə ünvanına çatdırılmasına dair Hüseynov Elçin, Mütəllimov Elxan, fəhlələr Ruslan, Orxan və Elmirin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görunur ki, yataq 2 ədəd dolab, yataq, sandıqca, termo, qonaq 1 ədəd, 6 stul, 1 ədəd stol, vitrin, televizor, kamot, tv altı, künc divanı, lüstur 3 ədəd pərdə 3 ədəd dolça 2 ədəd bahalı dekar xalça, , qazan dəsti qutusu 3 ədəd, 11 ədəd xrustal serviz, qab-qacaq daşınmışdır. İş materiallarına əlavə edilmiş Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bakı şəhər Təcili və Təxrəsalınmaz Tibbi yardım stansiyası Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 11:12-də “103” xidmətinə Suraxanı rayonu, R.Göyüşov küçəsi, ev 199 ünvanından Minarınin (28 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 22 saylı bölmənin həkimi Əzim Əzimov icra edərək, xəstə X8 (28 yaş) “başın səthi travması bədənin müxtəlif nahiyyələrini əhatə edən digər müştərək səthi travması” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon PB-nin təhqiqatçısı polis mayoru X3 xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X4 şikayət ərizəsi RPİ-nin 31-ci PB-nə daxil olmuşdur. Həmin qərara əsasən, toplanmış material üzrə cinayət işinin başlanıması rədd edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qızıl-zinət əşyalaranın dəyəri – 1 Dəst (1 cüt sırğa, qolbağ, sep, üzük, ağ qızıl) 1 dəst 50 qram 750 əyarlı 5000 manat; üzük (alyans 1 qaşlı) 1 ədəd 13 qram 750 əyarlı 1200 manat; üzük (ağ qızıl) 1 ədəd 8 qram 750 əyarlı 800 manat; boyunbağı (tros) 1 ədəd 20 qram 585 əyarlı 1500 manat; qolbağ 1 ədəd 7 qram 585 əyarlı 400 manat; üzük (ağ qızıl briliant qaşlı) 1 ədəd 6 qram 750 əyarlı 600 manat olmaqla cəmi 9500 manat təşkil edir. Beləliklə də , məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, X1 Cavabdeh1 ilə xx xxxxxx 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və bundan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını cavcabdehlərlə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivində yerləşən 18 saylı evin 8 saylı mənzildə yerləşdirmişdir. X1 ilə Cavabdeh1 arasında nikah münasibətlərinə xitam verilmiş və iddiaçı 2019-cu ilin dekabr ayında ata evinə qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz X1nın üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 tərəfindən imzalanaraq nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsi, eləcə də həmin etirazda qeyd olunan xüsusatlara uyğun gələn cavabdehlərin nümayəndəsi tərəfindən məhkəmə iclasında verilmiş izahatı ilə etiraf olunur ki, iddiaçı qaytarılmasını tələb etdiyi və sonuncuya mülkiyyət hüququ ilə məxsus olan “Ganclik Mall” Ticarət Mərkəzindən baldızı ilə birlikdə alınmış qara klassik şalvar, “Amaor” butiqdən baldızı Günellə birlikdə alınmış xardal rəngli palto və qəhvəyi rəngli mini yubka, baldızı Günellə birlikdə alınmış qara düz modelli yubka və qara “sapojki”, “Amaor” butiqdən baldızı Günellə birlikdə alınmış Xardal rəng vodolazka, yaşıl və pudra rəngli vodolazka, Princessa butiqdən Günel və qaynanası ilə aldığı pudra rəngli uzun nişan paltarı, pudra rəngli uzunqol kofta, qırmızı kofta, “Nargiz” Malldan alınmış kəlağayı, qız toyunda xonçada gətirilmiş qara-qırmızı rəngli idman forması dəsti və idman şalvarı, tünd göy ev geyimi, şalvar və kofta, Türkiyədən “Penti” firmasından qaynanası tərəfindən alınmış mayka və bric ev geyimi, qız toyunda xonçada gətirilmiş qırmızı və aq gecə geyimləri, 1 ədəd daraqfen, ağ hamam xalatı və hamam dəstləri, 2 ədəd qara mayka, 7 ədəd corab, 10 ədəd kopron corab, 4 ədəd domaşnik, Əl, bədən, üz, ayaq kremləri (aroma collection), 1 ədəd ətir “Miss oliver”, baxım makyaj silmək üçün kremlər, tonal krem (topface-instyle), “Ten palet” dodaq boyası, fırça, saç buran, çəhrayı rəngli şərf cavabdehin istifadəsi və sahibliyindədir. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus qeyd olunan əşyaların onda olmasının etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdeh tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdılar. Beləliklə də, iddia tələbi münasibətdə məhkəmə qeyd edir ki, tərəflər iddia ərizəsində göstərilən cehiz əşyalarının hansı miqdarda, çeşiddə olması, eləcə də onların nikahdan əvvəl iddiaçıya hədiyyə verilməsi və bununla da ona məxsus olması barədə barədə mübahisə etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə ilk növbədə cavabdehin iddiaçıya məxsus cehiz kimi gətirdiyi əşyaların onda olmasının etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, iddia təmin olunmalı və qeyd edilən cehiz əşyaları iddiaçıya qaytarılmalıdılar. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfin X1na hədiyyə şəkilində ağ qızıldan hazırlanmış 585 əyarlı və brilliant qaşlısırğa, üzük, sep, qolbaqdan ibarət komplekt və nişan üzüyü, eləcə də sonuncuya məxsus olmuş, iddia ərizəsində nənəsi tərəfindən iddiaçıya hədiyyə olunmuş üzüyün mövcüdluğunu etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azaddır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X1 cavabdehlərlə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübut etmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanldığı yerdən aparılması ilə bağlı sübut etmə vəzifəsini cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf bu halları bildirdiklərində ardıcıl olmuşdur ki, bu da onun bildirdiklərinin inandırıcılığını artırır. Beləliklə də, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, ağ qızıldan hazırlanmış 585 əyarlı və brilliant qaşlısırğa, üzük, sep, qolbaqdan ibarət komplekt və nişan üzüyü, eləcə də nənəsi tərəfindən iddiaçıya hədiyyə olunmuş bir ədəd üzüyün tələb edilməsinə dair hissədə iddia əsalı olduğuna görə təmin edilməlidir. Məhkəmə bu halı da nəzərə alır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki- Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Əşyaların qiymətini müəyyən edərkən məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə icraatı zamanı qızılların qiymətini iddia ərizəsində göstərilən məbləğdən aşağı qiymət olduğunu bildirmişdir. Lakin iddiaçının bu dediklərinə şübhə ilə yanaşaraq və eyni zamanda cavabdehin bununla bağlı məhkəməyə “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli hesabatı təqdim edilmişdir. Həmin hesabatın nəticələrinə görə ağ qızıldan olan 1 cüt sırğa, qolbağ, sep və üzükdən ibarət olan, çəkisi 50 qram 750 əyarlı 1 dəstin qiyməti 5000 manat, 1 ədəd çəkisi 13 qram olan 750 əyarlı nişan üzüyünün qiyməti 1200 manat, 1 ədəd çəkisi 8 qram olan 750 əyarlı üzüyün qiyməti 800 manat təşkil etdiyindən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya məxsus həmin qızıl-zinət əşyalar naturada iddiaçıya qaytarılmalı, bu, mümkün olmadıqda isə onların dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla belə yuxarıda qeyd olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı sarı qızıldan olan boyunbağı və qolbağın ona hədiyyə edildiyini, cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ağ qızıldan olan qiyməti 500 manat təşkil edən nişan üzüyü (qızıl-zinyət əşyalarının siyahısında 6-cı) barədə tələb araşdırılarkən müəyyən olundu ki, həmin üzük iddiaçının ailəsi tərəfindən nişan mərasimi zamanı Cavabdeh1 hədiyyə kimi verilmiş əşyadır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 181.1-ci və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Qeyd olunan qanunvericilik aktı normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qızıl nişan üzüyü cavabdehə bağışlanmaqla sonuncunun sahibliyinə keçdiyi andan onun mülkiyyəti hesab edilir. Bu isə ona dəlalət edir ki, qeyd olunan nişan üzüyü X1nın mülkiyyəti hesab edilmədiyindən həmin hissədə təmin edilməməsini mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticə hesab edir. Belə ki, həmin qızıl zinət əşyalarının mövcud olmasını təsdiq etmək üçün iddiaçı yalnız bir şahidin ifadəsini, eləcə də iddia ərizəsinə əlavə olunmuş gül üzüyunun fotoşəkilini təqdim etmişdir. Lakin məhkəmə qeyd edir ki, həmin şahid iddiaçının anası olduğuna görə sonuncunun ifadəsi digər sübutlarla təsdiq olunduğu halda mötəbər sübut kimi qiymətləndirilə bilərdi. Ancaq məhkəmə araşdırması ilə bu hal baş vermədiyindən, təqdim olunmuş fotoşəkillə bağlı ilə isə iddiaçı ilə şahid biri-birinə zidd xüsusatları bildirdiklərindən məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağ qızıldan olan çəkisi 50 qram 750 əyarlı 1 cüt sırğa, qolbağ, sep, üzükdən ibarət dəst və ya onun dəyəri kimi 5000 manat; çəkisi 13 qram olan 750 əyarlı 1 ədəd “alyans” tipli üzük və ya onun dəyəri kimi 1200 manat, 1 ədəd çəkisi 8 qram 750 əyarlı ağ qızıldan bir ədəd üzük və ya onun dəyəri kimi 800 manat, həmçinin geyim əşyalarının siyahısına əsasən – dəyəri 120 manat olan qara klassik şalvar, dəyəri 80 manat olan xardal rəngli palto, dəyəri 35 manat olan qəhvəyi rəngli mini yubka, dəyəri 30 manat olan qara düz modelli yubka, dəyəri 80 manat olan qara uzunboğaz çəkmə (sapojki), dəyəri 40 manat olan xardal rəngli vodolazka, dəyəri 40 manat olan yaşıl və pudra rəngli vodolazka, dəyəri 250 manat olan pudra rəngli uzun nişan paltarı, dəyəri 20 manat olan pudra rəngli uzunqol kofta, dəyəri 60 manat olan kəlağayı, dəyəri 50 manat olan qara-qırmızı rəngli idman forması dəsti və dəyəri 20 manat olan idman şalvarı, dəyəri 40 manat olan tünd göy ev geyimi, şalvar və kofta, dəyəri 30 manat olan mayka və bric ev geyimi, dəyəri 50 manat olan qırmızı gecə geyimi, dəyəri 70 manat olan aq gecə geyimi, dəyəri 30 manat olan 1 ədəd daraq-fen, dəyəri 100 manat olan ağ hamam xalatı və hamam dəstləri, dəyəri 20 manat olan 2 ədəd qara mayka, dəyəri 20 manat 7 ədəd corab, dəyəri 50 manat olan 10 ədəd kopron corab, dəyəri 40 manat olan 4 ədəd çəkələk, dəyəri 100 manat olan əl, bədən, üz, ayaq kremləri (aroma collection), dəyəri 40 manat olan 1 ədəd ətir “Miss oliver”, dəyəri 50 manat olan makyaj silmək üçün kremlər, tonal krem (topface-instyle), dəyəri 60 manat olan “Ten palet” dodaq boyası, fırça, saç buran, çəhrayı rəngli şərf və ya həmin əşyalar olmadığı halda onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 40 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar