Məhkəmə qərarları › İş №2(010)-2646/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2646/2024

01.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2646/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən birinci tərəf olduğu (Ərizəçi) ikinci tərəf olan Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2024- 00716, xx.xx.2024cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixində ailə münasibətlərinə daxil olaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı xx.xx.2022-cı il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri mümkündür. Hal-hazırda nikahları formal xarakter daşıyır. Halhazırda rəsmi olaraq nikahda olsalar da, maraqlı şəxslə faktiki nikah münasibətlərinə xitam verilmiş və onunla bir ünvanda yaşamır. Odur ki, alimentin tutulması və uşaqların onun himayəsində qalması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etməli olmuşdur. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə “Mediasiya haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən saziş imzalandıqdan sonra ikinci tərəf birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 birinci tərəfin (ananın) himayəsində qalmasına razı olması, saziş imzalandıqdan sonra ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ayın 10na qədər hər uşağa hər ay 235 azn olmaqla cəmi 470 azn alimentin ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razı olması və aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi bank hesabına (kaıtına) ödəniləcəyi məqsəd ilə ikinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razı olması, saziş imzalandıqdan sonra onun tərəfindən ikinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləği gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razı olması məzmunda barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş olsa da, saziş maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmir. Sazişin bağlanmasından 20 gündən də çox müddət keçməsinə baxmayaraq maraqlı şəxs alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də barışıq sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər növbəti ayın 1dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN alimerıt ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini İkinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə İkinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-dək Birinci tərəf: Ərizəçi (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs oğlu Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmağını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət X2 bağlanmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1988 N-li ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbadov, arvada Əhmədova soyadı verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf birgə nikahdan doğulmuş uşaqların anasının yanında qalmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulmasına razıdır. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Ödənilməmiş 50 (əlli) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər növbəti ayın 1dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 235 (iki yüz otuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN alimerıt ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini İkinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə İkinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-dək Birinci tərəf: Ərizəçi (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs oğlu Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmağını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.” Ödənilmiş - 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilməmiş - 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar