Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-266/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçıya məxsus ümumi dəyəri 3000 manat olan iki ədəd Coca Cola SDVC markalı soyuducunun Cavabdeh alınıb iddiaçıya qaytarılması. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə X9 arasında bağlanmış 05 fevral 2021-ci il tarixli alqı-satqı və 05.02.2021-ci il tarixli müqaviləyə əsasən X6 3 (üç) ədəd soyuducu (hər biri 1500 manat) dəyərində, cəmi 4500 (dörd min beş yüz) manat dəyərində soyuducu əvəzsiz istifadə üçün verilib və həmin soyuducular cavabdehin icarəyə götürdüyü, Cavabdeh məxsus olan və Hövsan qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən Dad marketdə yerləşdirilibdir. X2 həmin marketə görə ödəməli olan icarə haqqını ödəmədiyi üçün həmin marketdən uzaqlaşdırılıbdır. Hazırda «Dad» marketin sahibi olan, Cavabdeh iddiaçının əmlakı olan soyuducuları X4 marketə olan icarə haqqını ödəmədiyini əsas gətirib iddiaçıya qaytarmaqdan imtina edir. Həmin soyuduculardan biri götürülüb, lakin 3000 (üç min) manat dəyərində olan 2 soyuducunu heç bir qanuni əsas olmadan cavabdeh iddiaçıya qaytarılmaqdan qəti imtina edir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi X8 «iddia tələbinin dəqiqləşdirilməsi» barədə ərizə təqdim edərək, iki ədəd Coca Cola SDVC tip və modelli soyuducunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 31.01.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, X10 qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən Dad marketin yerləşdiyi obyektin icarəsinə görə 6.000 (altı min) manat, 480 (dörd yüz səksən) manat isə işığa görə borcu var. Xudu borcu bağlayandan sonra soyuducuları onun özünə qaytaracaqdır. İş materiallarına əlavə edilmiş: 05.02.2021-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı həmin müqavilədə müəyyən edilmiş normalara uyğun keyfiyyətdə qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə malları X1, X9 isə aldığı malların dəyərini müəyyən olunmuş qaydada və vaxtda ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı direktoru X7 ilə X9 arasında bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında 05.02.2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı müqavilə şərtlərinə əsasən mülkiyyətində olan üç ədəd Coca Cola SDVC tip və modelli, hər birinin qiyməti 1500 manat olan soyuducunu X6 əvəzsiz istifadəyə verir. Suraxanı rayon Pİ-nin 30 Polis Şöbəsinin 21.09.2021-ci il tarixli X5 ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinə əsasən mülki xarakterli mübahisələr məhkəmələr tərəfindən baxılıb həll edilir, onun məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Ərizəyə əsasən toplanmış sənədlər işə alınaraq saxlanılması üçün dəftərxanaya təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan üç ədəd Coca Cola SDVC tip və modelli, hər birinin qiyməti 1500 manat olan soyuducunu X6 əvəzsiz istifadəyə vermişdir. İddiaçı hazırki iddia ilə sözügedən soyuduculardan iki ədədinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir. 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın özünün sahibliyində olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə iclasında verilmiş izahatı ilə etiraf olunur ki, iddiaçı qaytarılmasını tələb etdiyi və sonuncuya mülkiyyət hüququ ilə məxsus olan iki ədəd Coca Cola SDVC tip və modelli soyuducu Cavabdeh istifadəsi və sahibliyindədir. Məhkəmə cavabdehin iddiaçıya məxsus qeyd olunan əşyaların onda olmasının etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdeh tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdılar. Məhkəmə bu halı da nəzərə alır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki- Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Məhkəmə həmçinin bu nəticəyə gəlir ki, iddia tələbində qeyd olunmuş 2 ədəd soyuducunun ümumi qiymətinin 3000 manat, yerləşdiyi yerin isə Hövsan qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən “Dad market” olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu hal işin mübahisəsiz halı kimi qəbul olunmalıdır. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iki ədəd Coca Cola SDVC tip və modelli soyuducunun hər birinin qiyməti 1500 manat, onların yerləşdiyi yer isə Hövsan qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən “Dad market” müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh iddiaçıya məxsus hər birinin dəyəri 1500 manat olmaqla Hövsan qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən “Dad market”də olan iki ədəd Coca Cola SDVC tipli və modelli soyuducu alınaraq İddiaçınə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus hər birinin dəyəri 1500 manat olmaqla Hövsan qəsəbəsi, Şüşəli bazar yolunda yerləşən “Dad market”də olan iki ədəd Coca Cola SDVC tipli və modelli soyuducu alınaraq İddiaçınə qaytarılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-266/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-266/2022
14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver