Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2676/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən oğlu 28.09.*99*-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 30.*2.*992-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 28.08.*99*-ci il təvəllüdlü oğlu X4 30.*2.*992-ci il tarixdə ölmüşdür. Ölümündən sonra oğlu X4 anasının ailə üzvlərinin yaşadıqları Sumqayıt şəhərində Corat qəsəbəsinin qəbiristanlığında vəfat etmiş yaxınlarının qəbirlərinin yanında dəfn edilmişdir. Lakin, həmin vaxt həm müharibə dövrü olduğundan, həm də müəyyən subyektiv səbəblərdən vəfat etmiş oğlunun ölümünü təsdiq edən sənəd alınmamışdır. Halbuki, adı çəkilən oğlu qeyd edilən tarixdə Bakı şəhərində X** Xəstəxanasının Hematologiya şöbəsində müalicə olunurdu və həmin xəstəxanada da vəfat etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Lakin, bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*2 “Respublika Pediatriya Mərkəzi” X*2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 267- */2025 nömrəli məktubda adı çəkilən xəstəxananın *5.05.2024-cü il tarixdə “Respublika Pediatriya Mərkəzi” X*0 strukturuna daxil olduğu, xəstəxananın arxiv qeydiyyat kitablarının təhvil verilmədiyi, heç bir müvafiq sənədin tapılmadığı və bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsinin müəssisənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Həmçinin, 28.09.*99*-ci il təvəllüdlü oğlu X2 ölümü ilə bağlı qeydlə əlaqədar etdiyi həmin dövrdə yaşadığı yer üzrə müraciətlərə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli arayış və məktub verilərək vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparıldığı və ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmiş, bu səbəbdən 28.09.*99*-ci il təvəllüdlü oğlu X2 ölməsi faktının müəyyən edilməsi üçün aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığına görə vəfat etmiş oğlu hal-hazırda həyatda olan övladı kimi sənədlərdə qalmaqdadır ki, bu hal gələcəkdə digər övladları üçün onun hüquq varisləri kimi müəyyən çətinliklər yarada bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən 28.09.*99*-ci il təvəllüdlü oğlu X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ona görə də, 28.09.*99*-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mərhum oğlunun anası 2025-ci ilin fevral ayında olmüşdür. Onun mülkiyyətində olan mənzil və torpaq sahəsi miras əmak kimi vərəsələr tərəfindən qəbul edilərkən, oğlu Anar Kərimovun adı da sistemdə görünür. Halbku, oğlu *992-ci ildə ölmüşdür. Bu da mirasın qəbulunda problemlər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, ərizəçi onun mərhum əmisi qızının əri olub. Onların həmişə gediş-gəlişləri olub. Təxminən *992-ci il də onların azyaşlı oğlu xəstəlikdən dünyasını dəyişdi. Uşağı onların ailə üzvlərinin dəfn olunduğu Sumqayıt şəhər Çorat qəbirstanlığında dəfn etdilər. Həmin hissədə onun (həmçinin ərizəçinin) nənəsi, əmisi də dəfn olunub. O şəxsən uşağın dəfnində iştirak edib.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısının mərhum Zülfiyyə Kərimovanın əri olub. Onların Anar adİı bir oğulları doğulmuşdu. Lakin uşaq tez bİr zamanda xəstəlikdən dünyasını dəyişdi. Onu bilir ki, bacısı uşağın müalicəsi üçün xəstəxanda yatdı. Lakin mülaicələr heş bir nəticə vemədi. Uşağı onların ailə üzvlərinin dəfn olunduğu Sumqayıt şəhər Çorat qəbirstanlığında dəfn etdilər. Həmin hissədə onun onun bacısı (ölən uşağın anası) anası, atası də dəfn olunub. O şəxsən uşağın dəfnində iştirak edib.
İş materialları.
7. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, 28.09.*99*-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*2 “Respublika Pediatriya Mərkəzi” X*2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 28.09.*99*-ci il təvəllüdlü X3 ölümü ilə bağlı arxiv materialları araşdırılmış, lakin xəstəlik tarixçəsi və arxiv kitabları tapılmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.*2.20*6-cı il tarixli, *00 nömrəli əmrinə əsasən xəstəlik tarixinin saxlanma müddətinin 25 il müəyyən edilməsi, X** Xəstəxanasının *5.05.2024-cü il tarixdə “Respublika Pediatriya Mərkəzi” X*0 strukturuna daxil olması, arxiv qeydiyyat kitablarının təhvil verilməməsi səbəbindən heç bir müvafiq sənədin tapılmaması və ölüm haqqında şəhadətnamənin (forma *06) verilməsinin müəssisənin səlahiyyətləri xaricində olması qeyd edilmişdir. *0. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *0.03.2025-ci il tarixli cavab məktubundan görünür ki, 28.09.*99*-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında uşağın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkan xaricində olduğu qeyd edilmişdir. **. Sumqayıt Şəhər Corat Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 43 nömrəli arayışdan görünür ki, 28.09.*99*-ci il təvəllüdlü X4 30.*2.*992-ci il tarixdə vəfat etmiş və həmin tarixdə Corat qəbiristanlığında dəfn edilmişdir.
İşin faktiki halları.
*2. Ərizəçi mərhum oğlu 28.09.*99*-cı il təvəllüdlü X3 30.*2.*992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin oğlunun ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi iddianı müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdirlər.
Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum oğlu 28.09.*99*-ci il təvəllüdlü X3 30.*2.*992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 28.09.*99*-ci il təvəllüdlü X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdirlər. *9. Göründüyü kimi ərizəçinin oğlu 28.09.*99*-ci il təvəllüdlü X3 30.*2.*992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.09.*99*-ci il təvəllüdlü X3 30.*2.*992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 28.09.*99*-ci il təvəllüdlü X3 30.*2.*992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva