Məhkəmə qərarları › İş №2(010)-268/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-268/2022

13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-268/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh3 vəkili Vəkil iştirakları ilə İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əmlaklarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq iddia tələbinin dəqiqləşirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, X6 və X1 iddia ərizəsində göstərilən cehiz əmlakıarının və çəkisi 32.3 qram əyarı 750 qiyməti 5200 manat olan bir ədəd 3.6 karatlı brilyant qaşlı ağ qızıldan qarnitur dəsti (üzük, sırğa, kolye, qolbağı), çəkisi 5.6 qram əyarı 750 qiyməti 1200 manat olan bir ədəd 1.4 karatlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6.4 qram əyarı 585 qiyməti 480 manat olan bir ədəd sep ayəti kürsü klonla, çəkisi 5.2 qram əyarı 585 qiyməti 420 manat olan bir ədəd italiyan istehsalı sırğa, çəkisi 5.8 qram əyarı 585 qiyməti 390 manat olan bir ədəd səfir qaşlı sadə üzük, çəkisi 14 qram əyarı 585 qiyməti 920 manat olan bir ədəd üstü ağ dairəvi formada olan sırğa üzük dəsti, çəkisi 4.8 qram əyarı 585 qiyməti 400 manat olan bir ədəd sadə qızıl üzük (qızıl-zinət əşyalarının) və ya həmin əşyalar olmadıqda əşyaların dəyərinin alınıb iddiaçıya (Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə 29.06.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus evə aparmışdır. Cavabdeh3la birgə nikahlarından övladları olmamışdır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin günahı üzündən ailədə olan normal münasibətlər pozulmuşdur. 22.06.2021-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində onunla Cavabdeh3 arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh3la ayrıldıqdan sonra özünə məxsus cehiz əşyalarını və qızıl-zinət əşyalarını evdən götürə bilməmişdir. Həmçinin hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün (alternativ həll edilməsi) Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Mediasiya Şurasına” müraciət edilmiş və “Mediasiya Şurası” tərəfindən mediasiya prosesinin aparılması üçün mediator təyin edilmişdir. Lakin cavabdehlər idarə ilkin mediasiya sessiyasına çağrılmasına baxmayaraq, ilkin mediasiya sesiyasında iştirak etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus əşyalar isə aşağıdakılardan ibarətdir: qiyməti 2600 manat olan yataq otağı dəsti, qiyməti 3500 manat olan qonaq otağı dəsti, qiyməti 530 manat olan 12 nəfərlik 81 ədəd Aura servis, qiyməti 155 manat olan 6 ədəd Nidelka bakal, qiyməti 80 manat olan 6 ədəd xrustal bakal, qiyməti 50 manat olan lepkalı konyak qabı, qiyməti 60 manat olan yarpaqlı kompot qabı çinar, qiyməti 80 manat olan 6 ədəd xrustal stəkan, qiyməti 110 manat olan meyvə qabı və güldan (üçü bir yerdə),qiyməti 100 manat olan konfet qabı və güldan bagema, qiyməti 35 manat olan 1 ədəd meyvə qabı stol üstü böyük, qiyməti 20 manat olan 1 ədəd xrustal meyvə qabı, qiyməti 30 manat olan 2 ədəd xrustal konfet qabı,qiyməti 40 manat olan 6 ədəd qaşlı çaşka nəlbəki dəsti, qiyməti 25 manat olan 6 nəfəılik tort boşqabı (bıçaqla), qiyməti 24 manat olan 24 ədəd gündəlik boşqab dəsti, qiyməti 10 manat olan 2 ədəd bulud boşqab, qiyməti 24 manat olan 12 nəfərlik stəkan nəlbəki, qiyməti 8 manat olan 12 ədəd limon qabı, qiyməti 6 manat olan 12 ədəd duz qabı, qiyməti 30 manat olan 2 ədəd böyük ləpə qabı, qiyməti 15 manat olan 2 ədəd kiçik ləpə qabı, qiyməti 12 manat olan 6 ədəd kiçik ləpə qabı, qiyməti 60 manat olan 2 ədəd hündür konfet qabı, qiyməti 30 manat olan 2 ədəd mürəbbə qabı, qiyməti 12 manat olan 6 ədəd qara rumka, qiyməti 25 manat olan 12 ədəd sok stəkanı, qiyməti 50 manat olan bagema lepkalı gül qabı, qiyməti 40 manat olan 6 ədəd lepkalı rumka, qiyməti 30 manat olan xrustal kompot qabı, qiyməti 120 manat olan sürməli qaşıq-bıçaq dəsti, qiyməti 30 manat olan 24 ədəd gündəlik qaşıq dəsti, qiyməti 12 manat olan 6 ədəd meyvə bıçaq dəsti, qiyməti 5 manat olan 6 ədəd kabab şişi, qiyməti 12 manat olan 2 ədəd aş süzən, qiyməti 25 manat olan 1ədəd böyük şirəli ləyən, qiyməti 60 manat olan 2 ədəd şirəli vedrə, qiyməti 24 manat olan 4 ədəd padnus, qiyməti 30 manat olan 1ədəd İran podnos, qiyməti 5 manat olan 2 ədəd kopron vedrə, qiməti 15 manat olan pol ağac dəsti, 15 manat olan pol vedrə dosti, 80 manat olan 5 ədəd şirəli qazan qırmızı xallı, 190 manat olan nikel qazan-tava dəsti böyük, 130 manat olan 4 ədəd şirəli qazan 1 ədəd tava dəm çayniki, 15 manat olan 1 ədəd şirəli böyük cəm 1 ədəd kiçik şirəli cəm, 10 manat olan1 ədəd şirəli qab, 6 manat olan 2 ədəd kapron ləyən, 12 manat olan 1 ədəd çörək qabı, 45 manat olan 1 ədəd ütü stolu, 40 manat olan 2 ədəd naçnik, 50 manat olan 1 ədəd ütü, 170 manat olan 1 ədəd 7L samovar, 30 manat olan 1 ədəd nikel çaynik, 20 manat olan 2 ədəd dəm çayniki, 30 manat olan 1 ədəd şirə çəkən maşın, 50 manat olan 1 ədəd kokteyl maşını, 170 manat olan 1 ədəd ət maşını, 170 manat olan 1 ədəd tozsoran, 570 manat olan 6kq samsung paltar yuyan maşın, 232 manat olan 2 ədəd lustur və 12 ədəd lambuşka, 600 manat olan 2 ədəd çexski lustur, 330 manat olan Yataq otağının tülü üstünün atlası altının ağı 2 maqnit, 300 manat olan Qonaq otağının tülü üstünün atlası altının 2 maqnit, 25 manat olan 1 ədəd stol üstü güldan, 15 manat olan 1 ədəd divar saatı, 12 manat olan 1 ədəd vanna kapron böyük, 160 manat olan soba böyük qara, 6 manat olan 1 ədəd paltar qabı, 24 manat olan 6 ədəd boşqab, 40 manat olan 1 ədəd ayaqqabı polkası, 15 manat olan kartof-soğan qabı, 3 manat olan çörək doğrayan taxta, 100 manat olan döşək üzü astarı və slikon balınc, 126 manat olan 2 nəfəlik yun döşək 21 kq, 350 manat olan 2 nəfəlik 4 ədəd yorğan, 60 manat olan 2 ədəd balınc, 70 manat olan 1 ədəd 2 nəfərlik tiqr adyal, 160 manat olan 2 ədəd pakrıval, 570 manat olan 2 ədəd gəvə, qiyməti 300 manat olan 5 ədəd skater, qiyməti 180 manat olan 12 ədəd məhraba, qiyməti 80 manat olan 5 ədəd qətibə, qiyməti 180 manat olan 5 dəst pastel, qiyməti 160 manat olan 1 dəst bəylik pastel, qiyməti 50 manat olan 1 ədəd böyük qətifə, qiyməti 24 manat olan 12 ədəd stəkan məhrabası, qiyməti 30 manat olan lampa gəlin üçün,qiyməti 180 manat olan cehizlik qaşıq çamadan dəsti, qiyməti 12 manat olan 1 ədəd soğan doğrayan, qiyməti 15 manat olan 1 ədəd salat düzəldən, qiyməti 20 manat olan 1 ədəd mikser, qiyməti 2 manat olan 2 ədəd kül qabı, qiyməti 24 manat olan 12 nəfəlik armudu stəkan-nəlbəki, qiyməti 6 manat olan 6 ədəd salat qabı,qiyməti 3 manat olan 1 ədəd balaca çörək qabı, qiyməti 4 manat olan 2 ədəd soyuducu üçün kapron qab, qiyməti 8 manat olan 3 ədəd süzgəc, qiyməti 20 manat olan 4 L- 3 günlükdə təndirin qazanı, qiyməti 10 manat olan 1 ədəd böyük aş qaşığı, çəkisi 32.3 qram əyarı 750 qiyməti 5200 manat olan bir ədəd 3.6 karatlı brilyant qaşlı ağ qızıldan qarnitur dəsti (üzük, sırğa, kolye, qolbağı), çəkisi 5.6 qram əyarı 750 qiyməti 1200 manat olan bir ədəd 1.4 karatlı brilyant qaşlı nişan üzüyü, çəkisi 6.4 qram əyarı 585 qiyməti 480 manat olan bir ədəd sep ayəti kürsü klonla, çəkisi 5.2 qram əyarı 585 qiyməti 420 manat olan bir ədəd italiyan istehsalı sırğa, çəkisi 5.8 qram əyarı 585 qiyməti 390 manat olan bir ədəd səfir qaşlı sadə üzük, çəkisi 14 qram əyarı 585 qiyməti 920 manat olan bir ədəd üstü ağ dairəvi formada olan sırğa üzük dəsti, çəkisi 4.8 qram əyarı 585 qiyməti 400 manat olan bir ədəd sadə qızıl üzüyün və cehiz əmlaklarının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus həmin adları sadalanan əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh3 ilə 29.06.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus evə aparmışdır. Birgə nikahlarından övladları yoxdur və nikahları 22.06.2021-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin günahı üzündən münasibətlər pozulmuşdur. 2020-ci ilin iyun ayında onlar arasında mübahisə yarandığından onun atasının dostu onu Sumqayıtda yerləşən evlərinə aparmış, oradan isə onu atası gəlib götürmüşdür. Toydan bir il sonra cavabdehin bibisi Sevda Qasımova ondan qızılları almış və onun qayınanasına vermişdir. Ona toy ərəfəsində bir dəst komplekt, bir nişan üzüyü, sarı qızıldan bir dəst sırğa və klonu ilə birlikdə boyunbağı vermişdilər. O sonradan evə qayıtsa da, qızıl-zinət əşyalarını ona qaytarmamışlar. Cavabdeh3la ayrıldıqdan sonra özünə məxsus cehiz əşyalarını və qızıl-zinət əşyalarını evdən götürə bilməmişdir. Ona məxsus qızıl-zinət əşyaları gəlin getdiyi vaxtdan Cavabdeh2 olmuşdur. Ona məxsus olan bütün cehiz əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır. Cavabdehlərdən ona məxsus olan qızıl-zinət və cehiz əşyalarını qaytarmalarını tələb etsə də, onlar buna razılıq vermirlər. İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh3 ilə iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı 29.06.2019-cu il tarixində nikaha daxil olmuşlar. İddiaçı gəlin köçdükdə ona məxsus olan cehiz əşyaları cavabdehə məxsus evə yığılmışdır. Tərəflərin birgə nikahdan övladları olmamış və 22.06.2021-ci il tarixdə nikahları pozulmuşdur. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı üçün alınan qızılların hamısı gəlin getdiyi gündən cavabdehin anasında olmuşdur. İddiaçı atasının evinə gələrkən qızıllar onun üzərində olmamış, cavabdehin bibisi qızılları ondan alaraq Qasımova Rəsmiyəyə vermişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iddianı qismən qəbul edərərək bildirmişdir ki, Cavabdeh3 onun oğludur və o, iddiaçı ilə 29.06.2019-cu il tarixdə ailə qurmuş, lakin onların nikahları cəmi 2 il davam etmişdir. İddiaçı onların yaşadığı evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə gətirmişdir. Hazırda həmin əşyalarının hamısı yerindədir və iddiaçı tərəfindən aparılmasına etiraz etmir. Lakin paltaryuyanı iddiaçı onun oğlu ilə birlikdə Sədərəkdə satmışdır. 1 ədəd güldanın və 2 ədəd lüstür barəsində isə məlumatı yoxdur. İddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının bir hissəsi onlar tərəfindən alınmışdır, digərləri isə qohumları tərəfindən toyda və nişanda hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarını Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı birinci dəfə evdən gedərkən baldızı alaraq saxlamaq üçün ona vermiş, Aygün qayıdanda isə yenidən özünə qaytarmışlar. Cavabdeh3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı ilə 29.06.2019-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş, lakin birgə nikahdan övladları olmamışdır. Onların nikahları 22.06.2021-ci il tarixdə pozulmuşdur. İddiaçının iddia ərizəsində və fotoşəkillərdə təqdim etdiyi qızıl-zinət əşyaları ona toy və nişan ərəfəsi zamanı alınmış və hədiyyə verilmişdir. Həmin qızıl-zinət əşyaları Mərkəzi Univermaqdan alınmışdır və komplekt üçün 2000 manat və nişan üzüyü üçün isə 800 manat ödənilmişdir. Qalan qızıllar isə bibiləri tərəfindən ona hədiyyə olunmuşdur. Lakin o evdən gedərkən həm paltarlarını, həm də qızıl-zinət əşyalarını götürmüşdür. Paltaryuyan isə iddiaçının razılığı ilə birgə nikah dövründə 370 manata satılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş mütəxəssis rəyi ilə razı deyildir, belə ki, qiymətlər şişirdilmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş üzrə şahid X7 ifadə verərək bildirmişdir ki, o Sumqayıt şəhərində yaşayır və Aygün xanımın atası ilə dostdur. O cavabdehi və onun ailəsini toydan sonra tanımışdır. Aygünün atası ona zəng vurmuşdur ki, qızının ailəsində problem yaranmış və bununla maraqlanmağı ona tapşırmışdır. O evdə mübahisə yarandığından Aygünü götürüb Sumqayıtdakı evlərinə aparmış, sonra Aygünün atası gələrək qızını aparmışdır. Səhərisi gün Aygün özünə məxsus pal-paltarları evdən götürmüş, lakin qızıl-zinət əşyalarını götürməmişdir. İş üzrə şahid X2 ifadə verərək bildirmişdir ki, Aygünü tanıyır və onun valideynləri ilə ailəvi dostdurlar. Aygünün valideynləri onlardan xahiş etmişdir ki, qızını o evdən götürərək öz evlərinə aparsınlar. Onlar gəlib Aygünü götürmüşlər, sonra Aygün yaşadığı evə gedərək ona məxsus olan paltarlarını götürmüşdür. Aygün yalnız özünə məxsus olan paltarları götürmüş, qalan heç nə götürməmişdir. Aygün bir gün onlarda qalmış və sonra atası gəlib onu götürmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli X5 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı arasında bağlanmış nikah tərəflərin 22.06.2022-ci il tarixli ərizəsi ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 № ilə qeyd edilmişdir nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Qasımov, qadına Əliquziyeva soyadı verilmişdir. iş materiallarına əlavə edilmiş ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı 14.09.2021-ci il tarixində keçirilnən ilkin mediasiya sessiyasında iştirak etmiş və mediassiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. İş materiallarına əlavə edilmiş 03.08.2021-ci il tarixli “QXM/249 nömrəli "xxxx" MMC tərəfindən qızıl – zinət əşyalarının 2021-ci il üçün bazar dəyərinin müəyyən edilməsi barədə Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına ünvanlanmış məktubdan müəyyən olunur ki, Qasımova (Əliquziyeva) Aygün Xəqani qızı tərəfindən təqdim olunmuş məlumatlar əsasında; ağ qızıl brilyant dəst (kolye, qolbaq, sırğa, üzük) 1 ədəd, 750 əyar 4000 manat; 1 ədəd ağ qızıl brilyant qaşlı üzük, 750 əyar 1300 manat; 1 ədəd qızıl sep klonla, 585 əyarlı 266 manat; 1 ədəd sırğa 585 əyarlı, 270 manat, 1 ədəd göy qaşlı üzük 585 əyarlı 250 manat; 1 ədəd sırğa üzük dəsti, 585 əyarlı 1000 manat; 1 ədəd kişi üçün üzük, 585 əyarlı 470 manat; 1 ədəd sarı qızıl üzük 585 əyarlı 405 manat olmaqla, cəmi 7,961 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 27.12.2021-ci il tarixli X10 438 nömrəli Lisenziyası və ********** saylı VÖEN-lə qızıl alqı-satqısı ilə məşğul olan X8 tərəfindən iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının vəkili Nümayəndə iştirakı ilə göstərilən qızıl-zinət əşyalarının şəkillərinə və video görüntülərinə baxaraq təxmini bazar qiymətinə dair vermiş olduğu mütəxəssis rəyindən müəyyən olunur ki, 1 ədəd qarnitur (üzük, sırğa, kolye, qolbağı) ağ qızıldan 750 əyarlı, 3.6 karatlı, çəkisi 32.3 qramlı, dəyəri 5200 manat; 1 ədəd ağ qızılda brilyant qaşlı nişan üzüyü 750 əyarlı, 1.4 karatlı, çəkisi 5.6 qram, dəyəri 1200 manat; 1 ədəd qızıl sep ayəti kürsü klonla, 585 əyarlı, çəkisi 6.4 qramlı, dəyəri 480 manat; 1 ədəd sırğa italya istehsalı 585 əyarlı, 5,2 qramlı, dəyəri 420 manat, bir ədəd səfir qaşlı üzük sadə 585 əyarlı, çəkisi 5,8 qramlı, 390 manat, bir ədəd dəst (sırğa, üzük) üstü ağ şarikli 585 əyarlı, çəkisi 14 qramlı, dəyəri 920 manat, 1 ədəd kişi üzüyü briliyant qaşlı 585 əyarlı, 0,30 karatlı, çəkisi 5,8 qramlı, dəyəri 450 manat; 1 ədəd üzük sadə qızıldan 585 əyarlı, çəkisi 4,8 qramlı, dəyəri 400 manat olmaqla, cəmi 9460 manat müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 2(010)-268/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 9/1023 nömrəli ekspertiza rəyindən görünür ki, göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7427,0 manat müəyyən edilmiş, zərgərlik məlumatlarının üzərində olan briliyant qaşların qiymətini müəyyən etmək üçün həmin briliyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də briliyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş tələbkar Qasımova (Əliquziyeva) Aygün Xəqani qızının və onun etibarnamə üzrə nümayəndəsi X4 və borclu Cavabdeh2 iştirakları ilə tərtib olunmuş 06.01.2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, təzə salınmış məhəllədə borclulara məxsus fərdi yaşayış evində məhkəmənin MTT (010)- 45/2022 saylı 17.12.2021-ci il icra vərəqəsinin icrası həyata keçirilərkən, baxış zamanı aşağıdakı əşyalar aşkar olunmadığından üzərinə həbs qoyulması mümkün olunmadı: yəni-1 ədəd 6 kq Samsung marklı paltaryuyan maşın; 1 ədəd stolüstü güldan, 2 ədəd lustur; zinət əşyaları qiyməti 1300 manat olan 750 əyarlı ağ qızıl brliyanat qaşlı nişan üzüyü; qiyməti 266 manat olan 585 əyarlı qızıl sep klon; qiyməti 270 manat olan 585 əyarlı sırğa; qiyməti 250 manat olan göy qaşlı üzük; qiyməti 1000 manat olan 585 əyarlı sırğa üzük dəsti və qiyməti 405 manat olan 585 əyarlı üzük sarı qızıl. İcra sənədində göstərilən əmlakların üzərinə həbs qoyularaq borclu Cavabdeh2 təhvil verilmiş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsi ilə məsuliyyəti izah olunmuşdur. İcra məmuru tərəfindən akt tərtib edilən zaman sadəcə aşkar edilməmiş qızıl-zinət və əmlakların siyahıya alınmaqla, qalan əmlakların sözügedən ünvanda aşkar edilməklə üzərinə həbs qoyulması, istər icra məmuru tərəfindən tərtib edilmiş 06.01.2022-ci il tarixli aktla, borclu Cavabdeh2 06.01.2022-ci il tarixdə alınmış İltizamla və cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus qızıl-zinət əşyalarının bir qismi cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi fotoşəkillərə baxış keçirilərkən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının toy mərasimində üzərində həqiqətən qızıl-zinət əşyalarının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı birinci dəfə evdən valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehlərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı evdən gedərkən cavabdehin bibisi tərəfindən qızıl-zinət əşyaları ondan alınaraq Cavabdeh2 verilmiş, lakin cavabdehlər tərəfindən həmin qızıl-zinət əşyalarının yenidən iddiaçıya qaytarılması barədə sübut təqdim olunmamışdır. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçıya toy ərəfəsində qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, həmin qızıl-zinət əşyaları -1 ədəd qarnitur (üzük, sırğa, kolye, qolbağ) ağ qızıl, 750 əyarlı, 3.6 karat, çəkisi 32.3 qram, 1 ədəd nişan üzüyü, ağ qızıl, 750 əyarlı, 1.4 karat, çəkisi 5.6 qram, 1 ədəd sep (ayətəl kürsü klonla) 585 əyarlı, çəkisi 6.4 qram, 1 cüt sırğa italiya istehsalı 585 əyarlı, çəkisi 5.2 qram, 1 ədəd safir qaşlı üzük sadə 585 əyarlı, çəkisi 5.8 qram, 1 ədəd dəst (sırğa üzük) üstü ağ dairəli 585 əyarlı, çəkisi 14 qram, 1 ədəd üzük sadə qızıldan 585 əyarlı, 4.8 qram dan ibarət qızıl- zinət əşyaları cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 7427 manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına ödənilməlidir. Həmçinin iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, təzə salınmış məhəllədə cavabdehlərə məxsus fərdi yaşayış evində yerləşən – 1 ədəd yataq otağı dəsti, 1 ədəd qonaq otağı dəsti, 12 nəfərlik 81 ədəd Aura servis, 6 ədəd Nidelka bakal, 6 ədəd xrustal bakal, lepkalı konyak qabı, yarpaqlı kompot qabı çinar, 6 ədəd xrustal stəkan, meyvə qabı və güldan (üçü bir yerdə), konfet qabı və güldan bagema, 1 ədəd meyvə qabı stol üstü böyük, 1 ədəd xrustal meyvə qabı, 2 ədəd xrustal konfet qabı, 6 ədəd qaşlı çaşka nəlbəki dəsti, 6 nəfərlik tort boşqabı (bıçaqla), 24 ədəd gündəlik boşqab dəsti, 2 ədəd bulud boşqab, 12 nəfərlik stəkan nəlbəki, 12 ədəd limon qabı, 12 ədəd duz qabı, 2 ədəd böyük ləpə qabı, 2 ədəd kiçik ləpə qabı, 6 ədəd kiçik ləpə qabı, 2 ədəd hündür konfet qabı, 2 ədəd mürəbbə qabı, 6 ədəd qara rumka, 12 ədəd sok stəkanı, bagema lepkalı gül qabı, 6 ədəd lepkalı rumka, xrustal kompot qabı, sürməli qaşıq-bıçaq dəsti, 24 ədəd gündəlik qaşıq dəsti, 6 ədəd meyvə bıçaq dəsti, 6 ədəd kabab şişi, 2 ədəd aş süzən, 1ədəd böyük şirəli ləyən, 2 ədəd şirəli vedrə, 4 ədəd padnus, 1ədəd İran istehsalı podnos, 2 ədəd kopron vedrə, pol ağac dəsti, pol vedrə dəsti, 5 ədəd şirəli qazan qırmızı xallı, nikel qazan-tava dəsti böyük, 4 ədəd şirəli qazan, 1 ədəd tava, dəm çayniki, 1 ədəd şirəli böyük cəm, 1 ədəd kiçik şirəli cəm, 1 ədəd şirəli qab, 2 ədəd kapron ləyən, 1 ədəd çörək qabı, 1 ədəd ütü stolu, 2 ədəd naçnik, 1 ədəd ütü, 1 ədəd 7 L samovar, 1 ədəd nikel çaynik, 2 ədəd dəm çayniki, 1 ədəd şirə çəkən maşın, 1 ədəd kokteyl maşını, 1 ədəd ət maşını, 1 ədəd tozsoran və 12 ədəd lampa, 2 ədəd çex istehsalı lustur, Yataq otağının tülü üstünün atlası altının ağı 2 maqnit, Qonaq otağının tülü üstünün atlası altının 2 maqnit, 1 ədəd divar saatı, 1 ədəd vanna kapron böyük, soba böyük qara, 1 ədəd paltar qabı, 6 ədəd boşqab, 1 ədəd ayaqqabı polkası, 1 ədəd kartof-soğan qabı, çörək doğrayan taxta, döşək üzü astarı və slikon balınc, 2 nəfəlik yun döşək 21 kq, 2 nəfəlik 4 ədəd yorğan, 2 ədəd balınc, 1 ədəd 2 nəfərlik xallı örtük, 2 ədəd pakrıval, 2 ədəd gəvə, 5 ədəd skater, 12 ədəd məhraba, 5 ədəd qətibə, 5 dəst pastel, 1 dəst bəylik pastel, 1 ədəd böyük qətifə, 12 ədəd stəkan məhrabası, lampa gəlin üçün, cehizlik qaşıq çamadan dəsti, 1 ədəd soğan doğrayan, 1 ədəd salat düzəldən, 1 ədəd mikser, 2 ədəd kül qabı, 12 nəfəlik armudu stəkan-nəlbəki, 6 ədəd salat qabı, 1 ədəd balaca çörək qabı, 2 ədəd soyuducu üçün kapron qab, 3 ədəd süzgəc, 4L- 3 günlükdə təndirin qazanı, 1 ədəd böyük aş qaşığından ibarət cehiz əmlakları Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, təzə salınmış məhəllədə cavabdehlərə məxsus fərdi yaşayış evində yerləşən – 1 ədəd yataq otağı dəsti, 1 ədəd qonaq otağı dəsti, 12 nəfərlik 81 ədəd Aura servis, 6 ədəd Nidelka bakal, 6 ədəd xrustal bakal, lepkalı konyak qabı, yarpaqlı kompot qabı çinar, 6 ədəd xrustal stəkan, meyvə qabı və güldan (üçü bir yerdə), konfet qabı və güldan bagema, 1 ədəd meyvə qabı stol üstü böyük, 1 ədəd xrustal meyvə qabı, 2 ədəd xrustal konfet qabı, 6 ədəd qaşlı çaşka nəlbəki dəsti, 6 nəfərlik tort boşqabı (bıçaqla), 24 ədəd gündəlik boşqab dəsti, 2 ədəd bulud boşqab, 12 nəfərlik stəkan nəlbəki, 12 ədəd limon qabı, 12 ədəd duz qabı, 2 ədəd böyük ləpə qabı, 2 ədəd kiçik ləpə qabı, 6 ədəd kiçik ləpə qabı, 2 ədəd hündür konfet qabı, 2 ədəd mürəbbə qabı, 6 ədəd qara rumka, 12 ədəd sok stəkanı, bagema lepkalı gül qabı, 6 ədəd lepkalı rumka, xrustal kompot qabı, sürməli qaşıq-bıçaq dəsti, 24 ədəd gündəlik qaşıq dəsti, 6 ədəd meyvə bıçaq dəsti, 6 ədəd kabab şişi, 2 ədəd aş süzən, 1ədəd böyük şirəli ləyən, 2 ədəd şirəli vedrə, 4 ədəd padnus, 1ədəd İran istehsalı podnos, 2 ədəd kopron vedrə, pol ağac dəsti, pol vedrə dəsti, 5 ədəd şirəli qazan qırmızı xallı, nikel qazan-tava dəsti böyük, 4 ədəd şirəli qazan, 1 ədəd tava, dəm çayniki, 1 ədəd şirəli böyük cəm, 1 ədəd kiçik şirəli cəm, 1 ədəd şirəli qab, 2 ədəd kapron ləyən, 1 ədəd çörək qabı, 1 ədəd ütü stolu, 2 ədəd naçnik, 1 ədəd ütü, 1 ədəd 7 L samovar, 1 ədəd nikel çaynik, 2 ədəd dəm çayniki, 1 ədəd şirə çəkən maşın, 1 ədəd kokteyl maşını, 1 ədəd ət maşını, 1 ədəd tozsoran və 12 ədəd lampa, 2 ədəd çex istehsalı lustur, Yataq otağının tülü üstünün atlası altının ağı 2 maqnit, Qonaq otağının tülü üstünün atlası altının 2 maqnit,1 ədəd divar saatı, 1 ədəd vanna kapron böyük, soba böyük qara, 1 ədəd paltar qabı, 6 ədəd boşqab, 1 ədəd ayaqqabı polkası, 1 ədəd kartofsoğan qabı, çörək doğrayan taxta, döşək üzü astarı və slikon balınc, 2 nəfəlik yun döşək 21 kq, 2 nəfəlik 4 ədəd yorğan, 2 ədəd balınc, 1 ədəd 2 nəfərlik xallı örtük, 2 ədəd pakrıval, 2 ədəd gəvə, 5 ədəd skater, 12 ədəd məhraba, 5 ədəd qətibə, 5 dəst pastel, 1 dəst bəylik pastel, 1 ədəd böyük qətifə, 12 ədəd stəkan məhrabası, lampa gəlin üçün, cehizlik qaşıq çamadan dəsti, 1 ədəd soğan doğrayan, 1 ədəd salat düzəldən, 1 ədəd mikser, 2 ədəd kül qabı, 12 nəfəlik armudu stəkan-nəlbəki, 6 ədəd salat qabı, 1 ədəd balaca çörək qabı, 2 ədəd soyuducu üçün kapron qab, 3 ədəd süzgəc, 4L- 3 günlükdə təndirin qazanı, 1 ədəd böyük aş qaşığından ibarət cehiz əmlakları Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına qaytarılsın. İddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına məxsus 1 ədəd qarnitur (üzük, sırğa, kolye, qolbağ) ağ qızıl, 750 əyarlı, 3.6 karat, çəkisi 32.3 qram,1 ədəd nişan üzüyü, ağ qızıl, 750 əyarlı, 1.4 karat, çəkisi 5.6 qram, 1 ədəd sep (ayətəl kürsü klonla) 585 əyarlı, çəkisi 6.4 qram, 1 cüt sırğa italiya istehsalı 585 əyarlı, çəkisi 5.2 qram,1 ədəd safir qaşlı üzük sadə 585 əyarlı, çəkisi 5.8 qram, 1 ədəd dəst (sırğa üzük) üstü ağ dairəli 585 əyarlı, çəkisi 14 qram, 1 ədəd üzük sadə qızıl 585 əyarlı, 4.8 qramdan ibarət qızıl-zinət əşyaları Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq iddiaçı Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına qaytarılsın. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 7427 (yeddi min dörd yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Qasımova (Əliquziyeva) Aygün Xəqani qızına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar