Məhkəmə qərarları › İş №2(010)-269/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-269/2022

23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-269/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxslər X4, X14, X15, X8 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə və üçüncü şəxslər X5, X21, X22, X16, X39, X35, X17, X40, X36 qarşı miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar tərəfindən mirasın qəbul edilmə müddətinin buraxılmasını üzrlü hesab edərək, müddəti bərpa edilməsini və iddiaçıların adına X2ndan miras qalmış və mərhum X9 miras qalmış əmlaka qanun üzrə və faktiki olaraq vərəsə kimi vərəsəlik hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 ünvanında yerləşən evə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 faktiki vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, X6 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evin 4/5 hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair X10 cavabdehlər X21, X18, X22, onlara və maraqlı şəxs Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdehlər X30, X26, X1 Mehriban Nurəddin qızına və Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi və atalarından miras qalmış evə mnasibətdə qanun üzrə vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddiaları təmin olunmuş hissədə ləğv edilmiş, iddiaçıların vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən verilmiş 28.12.2017-ci il tarixli, 719 saylı məktubundan görünür ki, X23 düşən paya iddiaçılar vərəsədir. Bundan sonra o Bakı şəhəri 10 saylı Notariat Ofisinə yazılı qaydada ərizə ilə müraciət edərək vərəsə kimi tanınmaları və şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisi 15 iyul 2021-ci il tarixli 378 saylı məktubla cavab verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsini qüvvədə saxlayan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli 2(102)-7221/19 saylı qərarı notariat ofısinə göndərilsə də, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinin əsilləri və ya notariat qaydasında təsdiq edilmiş surətləri notariat ofisinə təqdim edildikdən sonra məsələ dərhal həllini tapacaqdır və cavabdeh miras əmlakın vərəsələr arasında hansı hissədə bölüşdürülməsi barədə məlumat olmadığı üçün şəhadətnaməni rəsmiləşdirmək mümkün deyildir. Halbuki, Bakı Apelyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 6 ÜŞ-1515/19 saylı məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və Bakı Apelyasiya Məhkəməsinin onun müraciətinə cavab olaraq 08 oktyabr 2020-ci il tarixli 6 ÜŞ-12803/20 saylı məktubundan görünür ki, həmin qətnamə qüvvəyə minmiş və 12 dekabr 2018-ci il tarixdə məlumat üçün cavabdehə göndərilmişdir. Buna baxmayaraq miras əmlakı əldə etməkləri mümkün olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli miras əmlakı faktiki qəbul edən şəxslər İddiaçı1, İddiaçı2 və İddiaçı3 olmuşdur. X10, X30, X26 və X31 isə mirası faktiki qəbul etməmiş, qanun üzrə vərəsələr olsalar da, mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətləri buraxmışlar. Beləliklə də, həmin preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi iddiaçıların faktiki vərəsə olmaları faktı təsdiq olunmuşdur. X2 onun qaynatası olmuş və 14.01.2015-ci il tarixdə ölmüşdür. Onun arvadı X45 25.08.2013-cü il tarixdə ölmüşdür. Onun həyat yoldaşı X32 06.09.2016cı ildə ölmüşdür. O ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evdə yaşamış və həmin ev onların müstəsna istifadəsində və sahibliyində olmuşdur. Hazıra kimi də fasiləsiz olaraq həmin evdə yaşayırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı3 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(010)-3447/2018 saylı qətnaməsinə əsasən, ilkin və qarşılıqlı iddialar qismən təmin olunaraq X6 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında bölüşdürülmüş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X11 1/35 hissədə, X15 1/35 hissədə və X4 1/35 hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X14 1/10 hissədə, X19 1/10 hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş, Vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 10 saylı notariat kontoruna həvalə edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilkin və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı X4, qarşılıqlı idia üzrə iddiaçılar X14, X11 və X15 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Bundan sonra hazırkı iddiaçılar vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olaraq Bakı şəhəri 10 saylı Notariat Ofisinə müraciət etsələr də, notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir.Səbəbini isə onunla əsaslandırmışdır ki, guya Suraxanı rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qətnamələri iddiaçılar və onların vəkili Vəkil tərəfindən notariat ofisinə təqdim edilməmişdir. Həmin qətnamələr dəfələrlə notariat orqanına verilsə də, notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. X2 14.01.2015-ci il tarixdə ölmüşdür. Onun oğlu X32 mübahisəli ünvanda ailə üzvləri ilə birlikdə yaşamış və 06.09.2016-cı ildə ölmüşdür. Hazırda isə həmin ünvanda X19 həyat yoldaşı və onun qızları yaşayır. Həmin miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda yalnız iddiaçıların faktiki vərəsə olmalarını və buna görə də miras qalmış əmlaka münasibətdə iddiaçıların faktiki vərəsə kimi tanınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X10 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona, X21, X18, X22, İddiaçı1, İddiaçı3, İddiaçı2, maraqlı şəxs Bakı şəhəri 10 saylı notariat kontoruna qarşı iddia ilə müraciət edərək mirasın qəbul olunması müddətin buraxılmasının üzrlü hesab edərək, bərpa olunmasına, atası X6 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evin 4/5 hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3447/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, atası X6 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında bu qaydada bölünmüşdür: 1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evə münasibətdə X11 1/35 (otuz beşdə bir) hissədə, X15 1/35 (otuz beşdə bir) hissədə və onun 1/35 (otuz beşdə bir) hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş; 2. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X14 1/10 (onda bir) hissədə, X19 1/10 (onda bir) hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş və vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 10 saylı notariat kontoruna həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3447/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 narazı olduğu üçün iş üzrə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11839/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk və qarşılıqlı iddiaların təmin olunmuş hissədə ləğv edilmiş, ilk iddia üzrə onun, qarşılıqlı iddia üzrə X14, X11 və X15 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilməsi qət edilmişdir. O, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11839/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə kassasiya şikayətini vermək istəmiş, lakin müddət buraxıldığına görə buraxılmış müdətin bərpası barədə vəsatətlə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərardadı ilə verdiyi vəsatət təmin edilməmişdir. 09.09.2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11839/2018 saylı, 22 avqust 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7211/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 avqust 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda o atasının birinci növbə vərəsəsəsidir. Belə ki, atası həmin həyətdə iki ev tikmiş və evlərdən birini qardaşına və onun ailə üzvlərinə vermiş, digər evdə isə onun atası anası ilə birgə yaşamışdır. Lakin atasının vəfatından sonra qardaşı həmin evlər arasında olan bölgünü sökərək öz evinə birləşdirmişdir. Onun atasına məxsus evlə qardaşına məxsus evlər ayrı ayrıdır. Qeyd olunanların nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X30 etiraz ərizəsi təqdim edərək və ona uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs X31 etiraz ərizəsi təqdim edərək və ona uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs X27 etiraz ərizəsi təqdim edərək və ona eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 24.01.1996-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X24 özünə məxsus olan bütün əmlakını,o cümlədən Suraxanı qəsəbəsi, 1-ci ünvanda yerləşən yaşayış mənzilini X21 və X23 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 11.06.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən, X24 ona məxsus olan ünvan 3 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X36 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(010)-3447/2018 saylı qətnaməsinə əsasən, ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, X6 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında bölüşdürülmüş: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X11 1/35 hissədə, X15 1/35 hissədə və X4 1/35 hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X14 1/10 hissədə, X19 1/10 hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş, Vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 10 saylı notariat kontoruna həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən, cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmişdir və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı X4, qarşılıqlı idia üzrə iddiaçılar X14, X11 və X15 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 806558 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 06.09.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən göndərilən 29.10.2021-ci il tarixli 592 nömrəli sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qətnamələri iddiaçılar və onların vəkili Vəkil tərəfindən notariat ofisinə təqdim edilməmişdir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnaməni rəsmiləşdirə bilməmişdirlər. Qeyd olunur ki, iddiaçılar miras əmlakı faktiki qəbul ediblər, yəni miras əmlakın yerləşdiyi ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X44 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli fərdi yaşayış evinin 1/7 hissədə X28, 1/7 hissədə X17, 1/7 hissədə X40, 2/7 hissədə X36 məxsusdur və X7 adına 2/7 hissədə açıq qalır. 0.06476 ha torpaq sahəsi istifadədədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X44 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli ev 1/8 hissədə X17, 1/8 hissədə X40, 2/8 hissədə X36, 1/8 hissədə X41, 1/8 hissədə X28 məxsusdur və X7 adına 2/8 hissədə açıq qalır. 0.06476 ha torpaq sahəsi istifadədədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X44 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən göndərilmiş 10.12.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 1/7 hissəsi X25, 1/7 hissəsi X12, 2/7 hissəsi X7, 2/7 hissəsi X33, 1/7 hissəsi X37, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6H saylı fərdi yaşayış evi X29, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6Q saylı fərdi yaşayış evi X42 mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Bu Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X13 məxsus olmuş və o 14.01.2015-ci il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən olan X32 öz ailə üzvləri ilə birlikdə (hazırkı iddiaçılarla) həmin ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. X3 06.09.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X19 ölümündən sonra həmin ünvanda yaşayaraq faktiki olaraq miras əmlakı qəbul etmişlər. İddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət edilsə də, məhkəmə qətnamələrinin əsllərinin və ya notariat qaydasında təsdiq edilmiş surətlərinin notariat orqana təqdim edildikdən sonra məsələnin dərhal həllinin tapacağı bildirilmişdir. İddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi nə notariat orqanı, nə də üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Hazırda isə iddiaçılar tərəfindən irəli sürülmüş tələb miras əmlaka faktiki vərəsə kimi tanınmaları ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Məhkəmə tərəfindən yalnız mirasın qəbul edilməsi və vərəsəliyin açılma yeri hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən oluna bilər ki, bu faktın müəyyən olunması barədə qəbul edilmiş qətnamə heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıların miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınmaları digər vərəsələrin hüquqlarını pozduğundan və belə bir faktın müəyyən edilməsi MPM-nin tələblərinə zidd olduğundan iddiaçılar tərəfindən faktiki vərəsə kimi tanınmaları faktı ilə bağlı iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə və üçüncü şəxslər X5, X21, X22, X16, X39, X35, X17, X40, X36 qarşı miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar