Məhkəmə qərarları › İş №2(010)-27/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-27/2024

28.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-27/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “zəbt edilmiş evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. 1.İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsində iddiaçının inşa etdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən boşaldılaraq çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı ilə Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 1.5 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı yəni ki, ona (iddiaçıya) torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi tam qanuni formada onun istifadəsinə ayrıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 197 saylı İddiaçı adına X7 ərazisində 1.5 hektar topaq sahəsinin ayrılmasına dair RƏY verilmişdir. X10 saxlanılmış torpaqda icarə qaydasında sahibkarlıq və tikinti məqsədi ilə 99 (doxsan doqquz) il müddətinə torpaq sahəsinin seçilməsinə dair Komissiyanın sədri Abşeron rayon İcra Hakimiyyəti başçısı, komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri və onunla (iddiaçı ilə) Akt imzalanaraq möhürlənmişdir. Abşeron rayonu X2 Yerquruluşu Planından çıxarışda Miqyas 1:10 000 əks etdirilərək Natura və Xəritəyə keçirilmişdir. Torpaq sahəsinin İcarəvə verilməsi haqqında 18 İyun 2008-ci il tarixli 706 saylı Sərəncamına əsasən Torpaq İcarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü aşağıdakı ölçülərdə və koordinatlarda X11 kitabında 02 Sentyabr 2009-cu il tarixdə A№226666 nömrə ilə uçota alınmışdır. Ona məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və bu yaxınlarda onun tərəfindən öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evi cavabdeh tərəfindən özbaşına zəbt edilmişdir. Eyni zamanda torpaq sahəsinin 9 sota yaxın ərazisindən və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evindən cavabdeh heç bir qanuni əsas olmadan ailəsi ilə birlikdə istifadə edirlər. Dəfələrlə cavabdehin evdən çıxması üçün tələb qoyulsa da, məhəl qoymadan qapını açmır və hətta təhdit və söyüş ifadələr işlədərək ona hədə-qorxu gəlirlər. Hətta həyətində olan öz vəsaiti hesabına aldığı təmir tikinti avadanlıqlarını, o cümlədən Su çənlərini sataraq talamışlar. Cavabdeh şəxs eyni zamanda saxta sənəd hazırlayaraq o cümlədən əldə edərək ona məxsus başqa sahələri qanunsuz yolla əldə etmək istədiyi üçün Suraxanı RPİ-30-cu PB-də araşdırılma aparılmış və şəxsin qanunsuz əməlləri barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq hələ də, onun əmlakından qanunsuz hərəkətlər edərək özbaşınalıq edir və qeyri-qanuni yolla əmlakından istifadə edərək evdən çıxmırlar. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı ilə Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 1.5 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçıya məxsus olan iki mərtəbəli ev mövcuddur. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Pandemiyadan sonra iddiaçıya məlum olmuşdur ki, həmin fərdi yaşayış evi və torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bununla bağlı olaraq tərəflər arasında münaqişə yaranmış və 30-cu Polis Bölməsində araşdırma aparılmışdır. Hal-hazırda torpq sahəsi və fərdi yaşayış evi cavabdeh tərəfindən zəbt olunduğundan iddia tələbinin təmin olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı ilə Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 1.5 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Həmin sənədlər hal-hazırda qüvvədədir, ya yox bilinmir. Bundan əlavə o hazırkı məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və ona bununla bağlı akt tərtib edildiyini barədə məlumat verilmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, Suraxanı rayonu, Südçülük Sovxozunda yerləşən (39T X422881: Y4473852 nömrəli koordinatlar) yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan təxminən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Rüstəm adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi eləcə də, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Beləliklə hesab edir ki, Cavabdeh həmin torpaq sahəsinə dair heç bir sənədi mövcud olmasa da, iddiaçının da adına həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hesab edir ki, iddiaçı tərəfin subyektiv hüququ olmadığından iddia tələbi rədd olunmalıdır.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları.

6. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 706 №-li sərəncamın surətindən görünür ki, Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük K T M İ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,5 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəyin surətindən görünür ki, İddiaçı sahibkarlıq tikinti məqsədilə icarə qaydasında 1,5 hektar torpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X13 Fonduna aid olmaqla Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə 1,5 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın, hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etsin.

8. Aktın surətindən görünür ki, Əsədova X5 rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək icarə qaydasında 1,5 hektar torpaq sahəsi istədiyini, sahibkarlıq məqsədi arzusunda olduğunu bildirmişdir. İstənilən torpağa baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X13 Fondunda saxlanılmış torpaq sahəsi Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı 99 (doxsan doqquz) il müddətinə, sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etmir: Torpaqdan istifadə edilməmişdən əvvəl torpaq icarəsi haqqında Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli, 587-İQ №-li Qanununa müvafiq olaraq ilkin torpaqayırma sənədləri tərtib etdirilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etsin.

9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Abşeron rayonu Hövsan qəsəbəsində 15000.36 kv.m torpaq sahəsi Abşeron rayon İHBnın xx.xx.2008-ci il tarixli 706 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 706 nömrəli icarə müqaviləsi əsasında tərtib olunmuşdur.

10. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın kserosurətindən görünür ki, X1 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş Abşeron rayon Hövsan Südçülük KTMİ müəssisəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üstüstə düşür. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmir. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-/2-10/8125 mömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sahib Şərifovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-11538/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş X8 KTMİ müəssisəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir. Qərardadın dördüncü sualının cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmalıdır.

13. xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi-müfəttiş X3, aparıcı məsləhətçi X9 və məsləhətçi X4 iştirakı ilə aktı tərtib etmişlər, ona görə ki, Suraxanı rayonu, Südçülük Sovxozunda yerləşən (39T X422881: Y4473852 nömrəli koordinatlar) yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan təxminən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Rüstəm adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi eləcə də, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır.

İşin faktiki halları.

14. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 706 №-li sərəncamına əsasən Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük K T M İ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,5 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü barədə sənəd verilmiş və həmin torpaq sahəsi X11 kitabında qeydiyyata alınmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona icarə hüququ əsasında verilən torpaq sahəsində inşa olunan ev cavabdeh tərəfindən zəbt olunmuşdur. Daşınmaz əmlaka hüquq Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2.Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

17. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Maddə 22. İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Maddə 23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

18. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 706 №-li sərəncamına əsasən Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük K T M İ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,5 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü barədə sənəd verilmiş və həmin torpaq sahəsi X11 kitabında qeydiyyata alınmışdır.

21. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona məxsus torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və bu yaxınlarda onun tərəfindən öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evi cavabdeh tərəfindən özbaşına zəbt edilmişdir.

22. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin predmetini iddiaçıya ayrılmış torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması təşkil edir və həmin torpaq sahəsinin iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.

23. Təqdim olunmuş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sahib Şərifovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-11538/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş X8 KTMİ müəssisəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir.

24. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

25. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəf isə həmin torpaq sahəsinin ona ayrılması barədə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və məktubla ona cavab verilmişdir ki, xidmətin əməkdaşları tərəfindən araşdırma aparılan zaman sözü gedən ərazidə vətəndaş S. Əsədovanın icarəsində olan 1.5 hektar torpaq sahəsində əvvəlki illərdə naməlum şəxslər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsi faktı müəyyən edilmişdir.

26. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

27. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair sərəncam mövcuddur və həmin sərəncam əsasında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına 15000.36 kv.m torpaq sahəsi sahibkarlıq tikinti məqsədilə qeydiyyata alınmışdır.

28. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, o, icarəçi kimi həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək barədə qanuni gözləntiyə malikdir.

29. Məhkəmə hesab edir ki, cavabdeh tərəf mübahisəli torpaq sahəsini sovxoz tərəfindən verilmiş sənədlər əsasında aldığını və ona məxsus olduğunu iddia etsə də, həmin torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi təmin olunmalı və hazırkı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sahibkarlıq tikinti məqsədilə X11 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 15000.36 kv.m torpaq sahəsindən və fərdi yaşayış evindən (boşaldılmaqla) çıxarılmalı, iş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli və ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sahibkarlıq tikinti məqsədilə X11 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 15000.36 kv.m torpaq sahəsindən və fərdi yaşayış evindən (boşaldılmaqla) çıxarılsın. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar