Məhkəmə qərarları › İş №2(010)-2703/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2703/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2703/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 0*.05.*957-ci il tarixdə doğulmuş mərhum atası X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 0*.05.*957-ci il tarixdə doğulmuş atası X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Həsənbəy Zərdabi küçəsində yerləşən yaşadığı evdə rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra onlar onu Abşeron rayonunda yerləşən qəbiristanlıqda dəfn etmişlər. Atası rəhmətə getdikdən sonra o, atasına ölüm haqqında şəhadətnamə almaq üçün atasının qeydiyyatda olduğu Nəsimi rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onun əlində əsaslı sənədlər olmadığı üçün bundan imtina edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi ona evlə bağlı və digər sənədləşmələri etmək üçün vacibdir. Atasının ölüm faktını şahidlər, Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 saylı arayış da təsdiq edə bilər. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, atası X5 ölümündən əvvəlki 5-6 ildə xəstə olmuş, son * ildə vəziyyəti daha da ağırlaşmış, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən bir neçə gün sonra, xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsində ona bildirmişlər ki, əvvəlcə atasının qeydiyyatda olduğu poliklinikadan atasının ölümünü təsdiq edən tibbi sənəd almalıdır. Bundan sonra atasının qeydiyyatda olduğu *9 saylı Nəsimi rayon poliklinikasına yaxınlaşmışdır. Poliklinikada ona deyilmişdir ki, atasının adına həmin poliklinikada “kartoçka” açılsa da 2007-ci ildə polklinikada baş verən su basma nəticəsində həmin sənəd yararsız vəziyyətə düşmüşdür. Həmin vaxtdan bəri atası heç vaxt poliklinikaya müraciət etmədiyindən ona yeni “kartoçka” da açılmamışdır. O, atasının xəstəliyi ilə bağlı bütün sənədləri təqdim etsə də onun ölümü haqqında şəhadətnamə alması mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Şöbənin iş yükünün çoxluğunun nəzərə alınmasını, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 saylı arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ölən günə qədər oğlu ilə birgə yaşamışdır. Dəfnə çəkilən xərc onun oğlu Ərizəçi tərəfindən ödənilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Abşeron M.R.X tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təcili və təxirəsalınmaz tibbi yardım stansiyası xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli çağırış əsasında saat 20:35-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Həsənbəy Zərdabi küçəsinə çatmışlar və X2 meyitini müəyyən etmişlər. Şahid ifadəsi. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 bildirmişdir ki, Ərizəçi iş yoldaşıdır. X* isə ərizəçinin atası kimi tanımışdır. Onun bir çox xəstəliyi olmuş, 2022-ci ilin aprel ayının 23-ü rəhmətə getmişdir. Mərhumun dəfnində, eləcə də 3, 7 və 40 mərasimlərinin hamısında iştirak etmişdir. Yas mərasimində başqa iş yoldaşları, eyni zamanda rəhbərlikdən də iştirak edənlər olmuşdur. İşin faktiki halları. Ərizəçi atası X5 xx.xx.2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ölmüş, Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu barədə müvafiq qəsəbə bələdiyyəsi tərəfindən arayış verilmişdir. Bundan başqa, onun öldüyü gün - xx.xx.2022-ci il tarixdə meyitinə baxış keçirən təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən ölüm faktı təsdiq edilmiş, ölüm haqqında müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Eyni zamanda, məhkəmə iclasında ifadəsi dinlənilən şahid ərizəçinin atasının xx.xx.2022-ci il tarixdə ölümünə və sonra dəfninə şahid olduğunu təsdiq etmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

Ərizəçinin xahişindən görünür ki, ərizəçi məhkəmədən atası X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər müvafiq təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir. Göründüyü kimi, ərizəçinin atası X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi iş materialları və şahid ifadəsi ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 0*.05.*957-ci il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 0*.05.*957-ci il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar