Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2704/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 02 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 10.12.2020-ci il tarixdə ölməsi faktının təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 10.12.2020-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq, ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnamənin təqdim edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmişdir. 09 mart 2021-ci il tarixli məktubla Maraqlı şəxs bildirmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, mərhum həyat yoldaşı X2 10.12.2020-ci il tarixdə ölməsi faktının təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum həyat yoldaşı X2 10.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 verdiyi izahatında, Ərizəçi bacısı olduğunu və onun yoldaşı X2 10 dekabr saat 23:00 və 00:00 aralığında halının pisləşdiyini, bacısının ona bu barədə telefonla məlumat verdiyini, yaşadığı evlərinə çatanda bacısının yoldaşının artıq rəhmətə getdiyini və onu Tərtər rayonu Qaraağacı kəndində dəfn etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 verdiyi izahatında, rəhmətə getmiş X2 dayısı olduğunu, 10 dekabr saat 03:00 və yaxud 04:00 aralığında halının pisləşdiyini, yaşadığı evələrinə dayısının artıq rəhmətə getdiyini və onu Tərtər rayonu Qaraağacı kəndində dəfn etdiklərini bildirmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli 147-05/75 nömrəli məktubu ilə Maraqlı şəxsndə Ərizəçi 10.12.2020-cı il tarixdə vəfat etmiş yoldaşı X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X7 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 09.03.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Mülki iş materiallarında olan Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli 454 nömrəli arayışa əsasən, X7 10.12.2021-ci il tarixdə vəfat etmiş və Tərtər rayonu Qaraağacı kəndində dəfn olunmuşdur. Dəfn mərasimində Tərtər rayonu Qaraağacı kənd sakinləri X6 və X8 iştirak etmişdir. Mülki iş materiallarında olan BŞT və TTYS-nin 22 saylı bölməsi tərəfindən verilmiş 10.12.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında 10.12.2020-ci il tarixdə, saat 02:52-də X7 vəfat etmişdir. Mülki iş materiallarında olan Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş 18 yanvar 2003-cü il tarixli, İİ-AZ seriyalı 044161 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 və X1 18 yanvar 2003-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 yanvar 2003-cü il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Ərə Qədirov soyadı, arvada Qədirova soyadı verilmişdir. Mülki iş materiallarında olan X4 məxsus AZE seriyalı 14585391 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X7 25.07.1971-ci ildə Tərtər rayonu, Qaraağacı kəndində anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi Ərizəçi əri 25.07.1971-ci il təvəllüdlü X7 10.12.2020-cı il tarixdə ünvan 3 ünvanında vəfat etmiş və Tərtər rayonu, Qaraağacı kəndində dəfn edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi əri 25.07.1971-ci il təvəllüdlü X7 10.12.2020-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi yoldaşı 25.07.1971-ci il təvəllüdlü X7 10.12.2020-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2704/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2704/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver