Məhkəmə qərarları › İş №2(010)-2711/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2711/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2711/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 20.06.*977ci il təvəllüdlü əmisi X** xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək 20.06.*977-ci il təvəllüdlü X** xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, ərizəçinin X9 ilə əmisi X*9 doğma qardaşdırlar və onların ataları X*6 anaları isə X5 olmuşdur. Ərizəçinin X9 *3.*0.*994-cü ildə vəfat etmişdir. Onun sağlığında da, ölümündən sonra da əmisi X*9 onlarla birlikdə yaşamışdır. Onun özünün ailəsi olmadığına görə ona həmişə ərizəçi baxmışdır. Ərizəçinin əmisi X*9 xx.xx.2022-ci ildə vəfat etmişdir və Hövsan qəbiristanlığında ərizəçinin atasının yanında dəfn olunmuşdur. Orxan əmisini qohumlarının iştirakı ilə dəfn etmiş və dəfn xərclərini çəkmişdir. Onun əmisi X** xx.xx.2022-ci ildə səhhəti pisləşdikdə evə təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardım həkimi gələnə qədər vəfat etmişdir, bu barədə Təcili və X*5 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Orxanın əmisi X*9 həmin arayış əsasında dəfn edilmişdir, bundan sonra tibb müəssisəsinə - 23 nömrəli Şəhər poliklinikasına tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Dəfn müavinətinin alınması, qeydiyyatdan çıxarılma məsələsinin həll edilməsi və digər sənədləşdirmə işləri üçün xx.xx.2022-ci ildə vəfat etmiş əmisinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Onun ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid X*3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur. 20.06.*977-ci il tarixdə anadan olmuş X4 əmisi olub və o xx.xx.2022-ci ildə xəstəlikdən vəfat etmişdir. X2 ailəsi olmamış və o Ərizəçilə birlikdə yaşamışdır. Mərhum xəstə olanda ona Ərizəçi baxmış və vəfat etdikdən sonra da onun dəfn mərasimi də Orxan tərəfindən həyata keçirilmişdir. O Mehmanın yas mərasimində iştirak etmiş və onu Hövsan Qəbirstanlığında dəfn etmişlər. Digər şahid X*4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur, X*9 isə Orxanın əmisi idi. X2 ailəsi olmamış və o Ərizəçilə birlikdə yaşamışdır. X7 xx.xx.2022-ci ildə xəstəlikdən vəfat etmişdir. Həmin dəfn mərasimində iştirak etmiş və onu Hövsan Qəbirstanlığında dəfn etmişlər. iş materiallarına əlavə edilmiş AZ *557035 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 0*.09.*964-cü ildə Bakı şəhərində anadan olmuşdur. X8, anası X*r. iş materiallarına əlavə edilmiş V-ЖГ 30042* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*9 20.06.*977-ci ildə Bakı şəhərində anadan olmuşdur. X8, anası X3r. İş materiallarına əlavə edilmiş 23.02.*995-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 *3.*0.*994-cü il tarixdə ölmüşdür. iş materiallarına əlavə edilmiş 08.02.*995-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*994-cü ildə Bakı şəhərində anadan olmuşdur. X9, anası X6r. İş materiallarına əlavə edilmiş Təcili və X*5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixində X** adına ünvan 1 ünvanına çağırış olmuş və kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X** ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X*9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” -nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feltşer arayışı il) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi, yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X** xx.xx.2022-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.06.*977-ci il təvəllüdlü X** xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 20.06.*977-ci il təvəllüdlü X** xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar