Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2718/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 09.06.1986-cı il təvəllüdlü X3 17.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X6 09.06.1986-cı il tarixind Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. 1988-ci ildə öz ata torpaqlarından deportasiya edilmiş və Bakı şəhərinə pənah gətirmişlər. Həmin vaxtdan Bakı şəhərində yaşamışlar. Eyni zamanda, oğlu vaxtilə narkotik maddə aludəsi olmuş və dəfələrlə müalicə kursu keçmişdir. Lakin bu asılılıq ondan tam götürülməmiş və o, yenidən bu pis vərdişə qurşanmışdır. Nəticəsidir ki, 17.02.2021-ci il tarixində narkotik maddənin təsirindən halı pisləşmiş və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək yaşadığı mənzildə (tibb müəssisəsindən kənar) dünyasını dəyişmişdir. Qohumların iştirakı ilə onu dəfn etmişlər. Oğlu vəfat edəndən sonra onun ölümünü təsdiqləyən ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 219-05/75 saylı, 26.02.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən onun barəsində akt qeydini tərtib etmək qeyri-mümkündür. Əlavə olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsi məqsədəmüvafiqdir.Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Məhz bu səbəbdən oğlu X3 17.02.2021-ci il tarixində Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. Eyni zamanda, oğlunun vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə etdi ki, oğlu X1 narkotik maddə aludəsi olduğuna görə bir müddət Maştağa xəstəxanasında müalicə almışdır. İyirmi gün müalicədən sonra evə buraxılmış, evə gəldikdən on gün sonra vəfat etmişdir. Öldüyü vaxt evdə heç kim olmamışdır. Anası ona zəng etmiş, telefona cavab vermədiyini görüb narahat olub oğlu ilə birlikdə evə getmişdir. Qapını döysələr də açan olmadığından qapını sındırıb içəri girmişlər. Faiqin divanda özündən getdiyini görəndər sonra təcili yardım çağırmışlar. Onun dəfnində qohumlarla birlikdə iştirak etmişdir. Mərhum iki azyaşlı uşağı qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlə şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə müraciət edərək işə Şöbənin nümayəndəsinin iştirakçısı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 26.02.2021-ci il tarixli, 219-05/75 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 71 nömrəli arayışdan görünür ki, X6 17.02.2021-ci il tarixdə vəfat etmiş, Əmircan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. BŞT və TTYS 11 saylı Bölməsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17.02.2021-ci il tarixli çağırış əsasında saat 17:35-də ünvana çatmışlar və xəstə X3 həkimə qədər öldüyünü müəyyən etmişlər. Bir ədəd fotoşəkildən görünür ki, qəbir daşının üzərində “X6. 09.06.1986 – 17.02.2021” yazılmışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 qeyd etmişdir ki, X1 onun qonşusu olmuşdur. Faiqin narkotikdən istifadə etdiyini eşitmişdir. Ərizəçiı isə qonşusunun atası kimi tanımışdır. Təxminən üç ay əvvəl Faiqin evindən səs-küy gəldiyini eşitmiş, evə yaxınlaşdıqda kimlərinsə qışqıraraq Faiqin adını çağırdığını eşitmişdir. Evə girdikdə Faiqin divanda keçindiyini görmüşdür. Ondan sonra təcili yardım gəlmiş, xəstənin öldüyünü demiş və bununla bağlı sənəd vermişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 qeyd etmişdir ki, Ərizəçi onun xalasının keçmiş əridir. X1 isə xalası oğlu olmuşdur. Faiq narkotik maddə istifadəçisi olmuş və buna görə müalicə almışdır. Bu ilin fevral ayının 17-də xalası zəng edərək oğlu Faiqin rəhmətə getdiyini demişdir. Bundan sonra, Faiqin evinə - xalasının yanına getmiş, təcili yardım gəldiyini görmüşdür. Təcili yardım işçiləri Faiqin öldüyünü müəyyən etdikdən sonra sənəd vermişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi oğlu X6 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölmüş, Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bütün bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, qəbiristanlığın yerləşdiyi qəsəbənin bələdiyyəsi tərəfindən verilmiş arayış, təcili tibbi yardım stansiyası həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, qəbir daşının fotoşəkli kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən oğlu X3 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X3 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, 17.02.2021-ci il tarixdə ərizəçinin oğlunun ölümü ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq verilmişdir. Onun dəfni müvafiq qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.06.1986-cı ildə Ermənistan, Kalininoda doğulmuş X3 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2718/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2718/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver