Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2771/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 06.0*.2025-ci il tarixdə ölüm faktının müəyyən olunması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. anası X7 06.0*.2025-ci ildə vəfat etmişdir. Anası insult keçirtmişdir. Anası onun yaşadığı Bakı şəhəri, Yeni Yasamal rayonu,bina 7,mənzil 224 ünvanına səhhəti ilə gəlmiş və o ünvandada vəfat etmişdir. Özlərini itirdiklərindən təcili yardıma müraciət etməmişlər. Anasını Əmircan qəsəbə qəbiristanlığında dəfn etmişilər. Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona aşağıdakı məzmunda cavab verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsində sizin 06.0*.2025-ci il tarixdə Bakı şəhərində vəfat edən ananız X4 ölümünün qeydə alınması barədə ərizənizə baxilmişdir. Bildirilir ki,ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınması mümkün olmamışdır.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
Şahid ifadələri
5. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən Şahid Nizami oğlu bildirdi ki, ərizəçinin əridir. X7 Bakı şəhəri, Yeni Yasamal rayonu,bina 7,mənzil 224 ünvanında vəfat etmişdir.
6. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, ərizəçinin xalasıdır. X7 Bakı şəhəri, Yeni Yasamal rayonu,bina 7,mənzil 224 ünvanında vəfat etmişdir.
İş materialları
7. 327752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.*988-cı il tarixdə anadan olmuşdur. X*, anası X6r
8. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*2 "Bakı Baş Səhiyyə Mərkəzi" X*2 42 Nömrəli Şəhər Poliklinikasının 08 fevral 2025-ci il tarixli, *8-*-*- 97/3-82/2025 saylı məktubundan görünür ki, ölən X4 qeydiyyatı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev ** olub, amma yaşayıb Binə qəsəbəsində Yasamal rayonu, bina 7, mənzil 224, qızıının evində 06.0*.2025-ci il tarixdə rəhmətə gedib. Poliklinikaya isə *9.0*.2025-ci il tarixdə müraciət edib.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış **.02.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*,*0.2003-cü il tarixii *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etmək tövsiyə edillmişdir. *0. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin **.02.2025-ci il tarixli, 37 saylı arayışından görünür ki, mərhumə X7 06.0*.2025-ci il tarixdə vəfat etmişdir və Əmircan qəsəbə qəbristanlığında dəfn edilmişdir.
İşin faktiki halları
**. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin anası X7 06.0*.2025-ci il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə hesab edir ki, ərizəçinin anası *0.07.*956-cı il təvəllüdlü X4 06.0*.2025ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum anasının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmənin gəldiyi nəticə
*7. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.07.*956-cı ildə anadan olan X4 06 yanvar 2025-ci il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. *0.07.*956-cı ildə anadan olan X4 06 yanvar 2025-ci il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov