Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2782/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (Maraqlı şəxs) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (Maraqlı şəxs) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.12.1955-ci il təvəllüdlü X2 12.01.2007-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, anası - 16.12.1955-ci il təvəllüdlü X1 vaxtlar onun və ailə üzvləri ilə birlikdə, Yeni Ramana, Bünyatzadə küçəsi 4 A ünvanında yaşayırdı. Artıq uzun müddət idi ki, anası “Xərçəng” xəstəliyindən əziyyət çəkirdi və xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. 12.01.2007-ci il tarixdə anasının qəfil halı pisləşdi. Onlar təcili Yardıma zəng vursa da, həkim gələnə kimi anası X6 12.01.2007-ci il tarixdə artıq vəfat etmişdi. Anası vəfat edərkən özü, qardaşları - X4, X7 və həyat yoldaşı Hacıyevə Aynurə onun yanında olmuşdur. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anası X2 ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, anası X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsinin arayışında ona anası X3 ölümünün qeydə alınmadığı bildirilmişdir. Anasının ölümü haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə anasının ölümünün qeyd edilmə faktı müəyyən olunmalıdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, maraqlı şəxs məhkəməyə rəsmi məktub ünvanlayaraq həmin işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, ərizəçi onun qaynanası olmuşdur. Qaynanası uzun müddət idi ki, xəstə idi. Həmin gün hamı evdə idi. Qaynanasının halı pisləşəndə elə başa düşmüşlər ki, ürəyi gedib. Təcili yardım çağırdıqdan sonra həkim gəlib bildirmişdir ki, qadın vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. Vəfat edən anasıdır. Özü səhər evə gedəndə anası ondan su istəmiş, o da gətirib vermişdir. Özü çay içməyə gedib qayıdarkən görmüşdür ki, anası vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən 05.08.2017-ci il tarixli arayışından müəyyən olunur ki, X2 barəsində 12.01.2007-ci ildə aid olan ölüm faktı qeydi aşkar olunmadıö arxiv məlumatları 2004-2010-cu illər Bakı şəhəri Maraqlı şəxs üzrə yoxlanılmışdır. Təcili və təxirsəsalınmaz X5 13.01.2007-ci il tarixli arayışdan görünür ki, 12.01.2007-ci ildə saat 11:24-də Bünyatzadə küçəsi, ev 12 ünvanına X2 adına çağırış daxil olmuş və çağırışa gələn həkim “qadın cinsinə mənsub meyit” aşkar etmişdir. 4 saylı Bakı Asan Xidmət mərkəzi Qediyyat şöbəsi tərəfindən 19.04.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən 01.11.1982-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi 12.X.1982-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası X9 Bakı şəhərində yaşadığı –Bünyatzadə küçəsi 12 ünvanda 12.01.2007-ci il tarixdə vəfat etmişdir. Tərəflərindən Təcili yardıma anasının adına çağırış edilmiş, lakin tibbi yardım həkimləri gələnə qədər anası vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin anasının ölümü barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə anasının ölümü barədə şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 12.01.2007-ci il tarixdə ölüm faktı müəyyən edilməli və bu barədə, Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.12.1955-ci ildə Bakı şəhərində anadan olmuş X2 12.01.2007-ci il tarixdə Bakı şəhərində şəhərində ölməsi faktı müəyyən edilsin və bu barədə, Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2782/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2782/2021
18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver