Məhkəmə qərarları › İş №2(010)-2784/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2784/2021

25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2784/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 03.04.1995-ci il tarixində Bakı şəhərində qara ciyər serurozu xəstəliyi nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 02.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası X7 03.04.1995-ci il tarixdə Bakı şəhərində qaraciyər serrozu xəstəliyi səbəbindən ölmüş və Culfa rayonu, Gülüstan kəndində dəfn olunmuşdur. Həmin vaxtlar ölkədə vəziyyətin qeyri-stabil olması səbəbindən lazımı sənədləşmə işləri aparılmamışdır. Hal-hazırda atasının ölüm faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, atası X4 ölümünün qeydə alınması ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, həmin Qeydiyyat şöbəsi tərəfindən cavab olaraq ona ünvanlanmış 13.04.2021-ci il tarixli məktubda ölüm haqqında həkim arayışının olmaması səbəbindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Həmin vaxt əsgərlikdə olduğu üçün lazımi sənədləri ala bilməmiş, lakin dəfndə özü iştirak etmişdir. Hazırda Naxçıvanda mülkləri var və onu satmaq və ya bağışlamaq üçün ölüm kağızı tələb olunur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi qardaşı, Azad Məmmədov isə atasıdır. Atası 1995-ci ildə qaraciyər serrozu xəstəliyindən Bakıda ölmüş və Culfa rayonu, Gülüstan kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Azad onun yoldaşı idi. Azad xəstə olduğu üçün Bakıya gətirilmiş və 03.04.1995-də Bakıda ölmüş, lakin vəfat etdikdən sonra Culfa rayonu, Gülüstan kəndinə aparılmış və orada dəfn edilmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Culfa rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 və X1 arasında 25 sentyabr 1966-cı ildə nikah bağlanmışdır. Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Gülüstan kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illər təsərrüfatbaşına kitabda X4 vəfat etdiyi qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 13.04.2021-ci il tarixli, 131-05/26 №-li cavab məktubundan görünür ki, X7 barədə "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 10.04.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası" - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X4 03 aprel 1995-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X4 03 aprel 1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar