Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2847/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, X* iştirakı ilə Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X9) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, anası 04.*0.*929-cu ildə Bakı şəhərində anadan olmuş X3 *7 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X*0 *7 mart 2025-ci ildə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. O və qohumları anasını yaxınlıqdakı Əmircan qəsəbə qəbirsanlığında dəfn etmişlər. Anası ərazi üzrə poliklinikaya müraciət etmədiyindən anasının adına ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni dəfn müavinətinin alınması, vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşdirmə işləri aparmaq məqsədilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə 4 Saylı Bakı “Asan Xidmət” X6 müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər.
Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, anası X*0 *929-cu il tarixdə anadan olmuşdur. Anası, 2024-cü il noyabr ayında insult keçirmiş, həmin zamandan bəri tez-tez xəstənmişdir. *7.03.2025-ci il tarixdə gecə saatlarında vəfat etmişdir. Əmircan qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə ona dəfn müavinətinin alınması və onun mənzildən qeydiyyatdan çıxarılması üçün lazımdır.
4. Maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət X6 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə 50 ildən çoxdur ki, qonşudur. X7 həkim tərəfindən müalicələr yazılmışdı. Bu ilin mart ayında Ərizəçi onu çağıraraq anasının vəziyyətinin pis olduğunu bildirmişdir. Axşam X*2 çağırış icra edilsə də, X*3 gəlməmişdir. Onun qızdırması qalxmış və qan təzyiqi yüksəlmiş və insult keçirmişdi. Səhər tezdən X*0 vəfat etmişdir. Lakin o dəfndə iştirak etməmişdir.
6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşının xalasıdır. O, *7.03.2025-ci il tarixdə onun həyat yoldaşına zəng edərək X*2 çağırış etməsini bildirmişlər. Onun həyat yoldaşı X*2 zəng etmişdir. Onlar X*2 gedən zaman, orada həkim olmamışdır. Daha sonra evə gedərək, X3 halının yaxşı olmadığını görmüşlər. Onun qızdırması yüksək idi. X*3 gəlmiş və xəstəni müayinə etdikdən sonra onun qızdırmasının 39-40 dərəcəyə qədər yüksəldiyini bildirmişdir. Onlar gecə saat birə qədər orada olmuşlar və sonra evlərinə getmişlər. Səhər saat beşdə Ərizəçi ona zəng edərək, X3 artıq vəfat etdiyini bildirmişdir. Mərhumu Suraxanı rayon qəbirsanlığında dəfn etmişlər.
İş materialları.
7. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 04.*0.*929-cu ildə doğulmuşdur.
8. Suraxanı rayon VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.*956-cı ildə doğulmuşdur, anası X*0 və atası Malik Məmmədəli oğludur.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarxi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. *0. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 42 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəyə cavab olaraq, yazıb məlumat təqdim edilir ki, X*0 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə müraciət etməmişdir. Bununla əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina olunmuşdur. **. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsi tərəfindən №0*/M-76, 0*.04.2025-ci il tarixli Ərizəçi verilmiş arayışdan müəyyən olunur ki, mərhum anası X*0, *7.03.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbə qəbirsanlığında dəfn edilmişdir. *2. Azərbayvan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 42 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəyə cavab olaraq, yazıb məlumat təqdim edilir ki, X*0 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə müraciət etməmişdir. Bununla əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina olunmuşdur. *3. Təcili və X4 Stansiyası tərəfindən verilmiş *7.03.2025-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına *7.03.2025-ci il tarixində saat 05-də çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid aşkar olunmuşdur.
İşin faktiki halları.
*4. X*0 04.*0.*929-cu ildə doğulmuşdur. *7.03.2025-ci il tarixində saat 05:00 radələrində 04.*0.*929-cu il təvəllüdlü X*0, ünvan 2 ünvanında ölmüşdür. Təcili və X4 Stansiyası tərəfindən çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən ona baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasının dəfn müavinətinin alınması və pasport qeydiyyatından çıxarılma üçün zəruri olmasını əsaslandırmışdır.
Tətbiq edilən hüquq *5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*7. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *8. X*0 04.*0.*929-cu ildə doğulmuşdur. *7.03.2025-ci il tarixində saat 05:00 radələrində 04.*0.*929-cu il təvəllüdlü X*0, ünvan 2 ünvanında ölmüşdür. Təcili və X4 Stansiyası tərəfindən çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən ona baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamənin alınması dəfn xərci almaq və şəxsin pasport qeydiyyatından çıxarılması üçün zəruridir.
Məhkəmə xərcləri.
*9. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 04.*0.*929-cu il təvəllüdlü X3 *7.03.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin olunsun. 04.*0.*929-cu il təvəllüdlü X3 *7.03.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova