Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2848/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2*.08.*948-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. O və digər qohumları atasını yaxınlıqdakı Maştağa qəsəbəsində yerləşən “Pirşəhid” qəbiristanlığında dəfn etmişlər. Atası ərazi üzrə poliklinikaya müraciət etmədiyindən atasının adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün atasının ölümü haqqında şəhadətnaməsi lazım olduğundan bu məqsədlə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından atanız X4 ölümünün qeydə alınması mümkün olmamışdır”. Atasının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2*.08.*948-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun dostudur. Aprel ayının 09-u səhər tezdən dostu ona zəng edərək atasının vəfat etdiyini bildirmiş, o da dostunun çağırışı ilə yanına getmişdir. Daha sonra ərizəçinin mərhum atasının müəyyən dəfn işlərini həyata keçirdikdən sonra Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Mərhumun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi onun dostudur. Aprel ayının 09-u səhər Cəmil ona zəng edərək atasının vəfat etdiyini bildirmişdir. Onlar birlikdə Zığ qəsəbəsinə gedərək mərhumu ordan götürmüşdür. Ərizəçinin mərhum atası ilə birlikdə yaşayıb-yaşamaması ona məlum deyildir. Mərhumu Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar AZE seriyalı, *3534348 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 2*.08.*948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 “X*4” X*6 tərəfindən ərizəçiyə ünvanlanmış 2*.04.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev *9, mənzil 93 ünvanında yaşayan, 2*.08.*948-ci il təvəllüdlü X* “E-Təbib” portalının məlumatına əsasən mərkəzə heç bir müraciətinin olmadığı bildirilmişdir. Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən *6.04.2025-ci il tarixdə verilmiş 222 nömrəli arayışdan müəyyən olunur ki, X7 xx.xx.2005-ci il tarixdə vəfat etmiş (TTTYM xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən) və Maştağa qəsəbəsi ərazisində yerləşən “Pirşəhid” qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış *9.04.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş 02 ədəd fotoşəkildən üzərində “X7 2*.08.*948 – xx.xx.2025” yazıları əks olunan qəbir daşı görünür. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 “Respublika Təcili və X9 Mərkəzi” X*6 tərəfindən *9.06.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 06:38-də “Respublika Təcili və X9 Mərkəzi” X*5 Mərkəzi Çağrı Xidmətinə (*03) ünvan 4 ünvanında Ələskər adlı şəxsin (77 yaş) adına “rəhmətə gedib” səbəbi ilə çağırış daxil olmuş, çağırışı Xətai TTTYS-nin * saylı bölməsinin həkimi Ellada Qardaşova icra edərək ünvanda X6 (77 yaş) məxsus meyit ilə rastlaşmış və “həkimə qədər kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Həmçinin, hadisə barədə 35-ci polis bölməsinə kapitan Məmmədova məlumat verilmişdir. “Bakı şəhəri Təcili və X9 Stansiyası” X*6 tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il, saat 05:55də çağırış üzrə ünvan 6 ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə gələrək həkimə qədər ölüm (kişi cinsli meyit) faktını aşkar etmişlər. xx.xx.2025-ci il tarixli, *78329496* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum atasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən *6.04.2025-ci il tarixdə verilmiş 222 nömrəli arayışda X4 xx.xx.2005-ci il tarixdə vəfat etməsi qeyd olunsa da, məhkəmə sorğusu ilə əldə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 “Respublika Təcili və X9 Mərkəzi” X*6 tərəfindən *9.06.2025-ci il tarixdə verilmiş cavab məktubunda xx.xx.2025-ci il tarixdə, saat 06:38-də Çağrı Xidmətinə ünvan 4 ünvanında Ələskər adlı şəxsin adına “rəhmətə gedib” səbəbi ilə çağırış edilməsi, həmin çağırış əsasında bölmənin həkiminin ünvana gedərək X6 məxsus meyit ilə rastlaşması və “həkimə qədər kişi cinsli meyit” diaqnozu qoyulması halı müəyyən edilmişdir. Həmçinin ərizəçi izahatında və şahidlər məhkəməyə verdikləri ifadələrində də mərhumun məhz 09 aprel 2024-cü il tarixdə səhər saatlarında vəfat etməsini təsdiq etmişdir. Belə olan halda, məhkəmə bələdiyyə tərəfindən verilmiş arayışda mərhumun ölüm tarixinin “xx.xx.2025-ci il” kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı 2*.08.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 2*.08.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 2*.08.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva