Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2855/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəsinin təmin edilərək, anası 02.04.*954-cü ildə Bakı şəhərində anadan olmuş X3 *8 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. X2 *8 aprel 2025-ci ildə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. O və qohumları anasını yaxınlıqdakı Hövsan qəsəbə qəbirstanlığında dəfn etmişlər. Anası ərazi üzrə poliklinikaya müraciət etmədiyindən anasının adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni dəfn müavinətinin alınması, vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətiaktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Öüm haqqında tibbi şəhadətnamə olmadığından ananız X3 ölümünün qeydə alınması mümkün olmamışdır". Qeyd edir ki, anasının ölümü haqqında şəhadətnamənin verilməsindən Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
Şahid ifadələri
5. Məhkəmə iclasında şahid X** öz ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. Aprel ayının *8-dən *9-na keçən gecə saat 0* radələrində anası ölmüşdür. Ərizəçi mobil telefonla ona zəng etmiş, o da dərhal getmişdir.
6. Məhkəmə iclasında şahid X*4 öz ifadəsində bildirdi ki, ərizəçinin dayısı nəvəsidir və qeyd olunan ölüm faktını təsdiq edir.
İş materialları
5. AZE *3*00826 nömrəli Azərbaycan Respublikası Vətəndaşıının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 02.04.*954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.
6. 350302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci ildə anadan olmuşdur. X8, X2dır.
6. 23 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X* rayonu 23 nömrəli Şəhər Poliklinikasına heç bir xəstəliklə müraciət etməmişdir və Ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2025ci il tarixli, 20* nömrəli arayışından görünür ki, X7 *8.04.2025-ci il tarixdə vəfat edib və Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn olunub.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-*6-5/7-*0-*0*0/25 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü haqqında tibbi şəhadətnamə olmadığından, X2nın qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
9. Təcili və X9 X*3 Xəbərdarlıq Vərəqəsindən görünür ki, *8.04.2025-ci il tarixli çağırışa əsasən saat 0*:05-də xəstənin yanına gəlinmişdir. Aparılmış müalicə tədbirləri nəticəsində qadın cinsli meyidin həkimə qədər ölüm faktı qeydə alınmışdır.
İşin faktiki halları
**. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin X2 *8 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə hesab edir ki, ərizəçinin X2nın *8 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum anasının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmənin gəldiyi nəticə *7. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02.04.*954-cü il təvəllüdlü X3 *8 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. 02.04.*954-cü il təvəllüdlü X3 *8 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov