Məhkəmə qərarları › İş №2(010)-2874/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2874/2024

17.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2874/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən onunla (Ərizəçi) ilə Maraqlı şəxs arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞB/8/2024-00552 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına Maraqlı şəxs ödəmiş olduğu ailment borcunun silinməsinə dair müraciət etmişdir. Mediasiya prosesi nəticəsində ikinci tərəf borcun ödənilməsini təsdiq və etiraf etmişdir. Bu barədə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında MŞB/8/2024-00552 saylı,xx.xx.2024-cü il tarixli Baışıq Sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş olsa da, saziş maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmir. Bu səbəbdən də barışıq sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün İkinci tərəfə ödədiyi 1330(bir min üç yüz otuz) manat aliment pulunun İkinci tərəf: Maraqlı şəxs tərəfində ondan Birinci tərəfdən: almasını(qəbul etməsini) və onun ikinci tərəfə köhnədən heç bir borcunun olmadığını İkinci tərəf: Maraqlı şəxs təsdiq və etiraf etməsi ilə razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşağa 220(iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440(dörd yüz qırx) manat aliment məbləğini və təhsil xərclərini(hazırlıq kurslarına ödənilən xərcləri) yaşayış evinin kommunal xərclərini ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəf: Bu saziş məlumat üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə təqdim eilməsinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: (sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Birinci tərəf: Ərizəçi ödədiyi 1330(bir min üç yüz otuz) manat aliment pulunu aldığını qəbul edir və birinci tərəfin ona köhnədən heç bir borcu galmadığını etiraf edir. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Birinci tərəfin: xx.xx.2024-cü il tarixdən etibarən ona hər ay hər uşağa 220(iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440(dörd yüz qırx) AZN aliment məbləğini və təhsil xərclərini( hazırlıq kurslarına ödənilən xərcləri) yaşayış evinin kommunal xərclərini ödəməyə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada,tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf: Bu saziş məlumat üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə təqdim eilməsinə dair öz üzərinə öhdəlik götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf birgə nikahdan doğulmuş uşaqlara aliment borcunun olmadığını və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulmasına razıdır. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ödədiyi 1330 (bir min üç yüz otuz) manat aliment pulunun İkinci tərəf: Maraqlı şəxs tərəfində ondan Birinci tərəfdən:almasını(qəbul etməsini) və onun ikinci tərəfə köhnədən heç bir borcunun olmadığını İkinci tərəf: Maraqlı şəxs təsdiq və etiraf etməsi ilə razıdır. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşağa 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN aliment məbləğini və təhsil xərclərini (hazırlıq kurslarına ödənilən xərcləri) yaşayış evinin kommunal xərclərini ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəf: Bu saziş məlumat üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə təqdim eilməsinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Birinci tərəf: Ərizəçi ödədiyi 1330 (bir min üç yüz otuz) manat aliment pulunu aldığını qəbul edir və Birinci tərəfin ona köhnədən heç bir borcu qalmadığını etiraf edir. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Birinci tərəfin: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən ona hər ay hər uşağa 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN aliment məbləğini və təhsil xərclərini (hazırlıq kurslarına ödənilən xərcləri) yaşayış evinin kommunal xərclərini ödəməyə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf: Bu saziş məlumat üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə təqdim edilməsinə dair öz üzərinə öhdəlik götürür.” Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar