Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2885/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum *5.05.20*8-ci il təvəllüdlü X3 20.*2.20*8-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı *5.05.20*8-ci il təvəllüdlü X8 20.*2.20*8-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə vəfat etmişdir. Bu hala şahid olan xeyli sayda şahidləri mövcuddur ki, həmin şəxslər məhkəmə iclasında dindirilə bilərlər. Qəfil baş vermiş bu hadisə onu çox sarsıtdığı üçün uzun illər səhhəti ilə bağlı əziyyət çəkir. Hazırda müvafiq orqanlara müraciət etsə də, mərhum qızı X3 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmir. Sənədləşmə işləri üçün həmin ölüm haqqında şəhadətnamə ona lazımdır. Xəstəxanaya müraciət etsə də, ölüm faktını təsdiq edən ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən rəsmi qaydada imtina edilmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyi üçün Suraxanı rayon qeydiyyat şöbəsi onun mərhum qızı X3 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X* barəsində ölüm haqqında şəhadətnamənin alınmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia ərizəsinin “xahiş edirəm” hissəsində övladı Elay Bağırzadənin 20.*2.20*8-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş vetmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, övladı Elay yatdığı yerdə ölmüşdür. Onu kalyaskada yatmış vəziyyətdə qoyaraq digər uşağının olduğu otağa keçmişdir. Kalyaska aşmış və uşaq kalyaskanın dəmirinə keçərək boğulmuş, 2 saatın içində ölmüşdür. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır və ölüm faktının müəyyən edilməsi tələb edilən uşağın doğumunda iştirak etmişdir. Həmin uşaq “İnternational” klinikasında doğulmuşdur. Uşağın ölümü onun yuxuda olması zamanı baş vermişdir. Belə ki, uşaq yatdığı yerdə yıxılaraq boğazı dəmirə keçmişdir. Uşağı özü şəxsən dəfn etmişdir, məzar Yevlax rayonunda yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun baldızıdır. Hadisənin baş verdiyi gün dekabr ayı idi. Aynur ona zəng vuraraq ağlamış və bundan sonra onlar tez yığışaraq Aynurun yanında getmişlər. Onlar hadisə yerinə çatdıqda artıq uşaq keçinmişdi. Həmin gün uşağı götürərək Yevlax rayonunun Nərimanabad kəndinə qaynatasının evinə aparmışlar. Daha sonra uşağın meyiti Nərimanabad kəndində dəfn olunmuşdur. Ərizəçinin özü də baş vermiş hadisənin təsirindən uzun müddət müalicə almışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 29.05.20*8-ci il tarixdə verilmiş AZ-İV seriyalı, *28230 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 (atası X7, anası Ərizəçi) *5.05.20*8-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 29.05.20*8-ci il tarixdə 302* nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli, 3-*6-5/7-236/2023 nömrəli cavab məktubundan müəyyən olunur ki, X5 dair ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm faktının qeydə alınmasından imtina edilmiş və ölüm faktınının qeydə alınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi *39 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən *7.**.2023-cü il tarixdə verilmiş 68* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 2 küçəsi, *05 saylı ev ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X*6 Şəxsi Bakı Baş X*2 Hüquqi Şəxsi 43 nömrəli Şəhər Poliklinikasının məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S ünvanında yaşamış 20.*2.20*8-ci il tarixdə vəfat etmiş X* 43 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olmuş, lakin onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən *0.06.2024-cü il tarixdə verilmiş 5-9- *5/2-*67/2024 nömrəli arayışdan müəyyən olunur ki, Nərimanabad kənd sakini Ərizəçi azyaşlı övladı X8 2*.*2.20*8-ci il tarixdə vəfat etmiş və Yevlax rayonu Nərimanabad kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X*0-Təcrübi və Tədris Birliyi tərəfindən 20.*2.20*8-ci il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, 20.*2.20*8-ci il tarixdə X*nın meyiti Birliyin Suraxanı rayon şöbəsində məhkəmə-tibb müayinədən keçirilmiş və meyit dəfn olunması üçün mərhumun qohumlarına təhvil verilmişdir. * ədəd fotoşəkildən üzərində süni güllərlə “ELAY” yazılmış məzar görünür. xx.xx.2024-cü il tarixli,*44449*6*8 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qızı X3 20.*2.20*8-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qızının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qızının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X3 20.*2.20*8-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *5.05.20*8-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 20.*2.20*8-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. *5.05.20*8-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 20.*2.20*8-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva