Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2904/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Vaqı̇ f qızının iştirakı ilə İddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızının Cavabdeh Vaqı̇ f qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildən istifadəyə maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi 34 saylı yaşayış binasında yerləşən 135 saylı mənzil şəxsi mülkiyyətindədir. Mənzili 2006-cı il tarixdə almışdır. xx.xx.2020-ci il tarixdə mənzilə dair reyestrdən çıxarış verilmişdir. X1 1997-ci il tarixdə vəfat etdiyindən onun 3 azyaşlı uşaqlarının tərbiyəsi ilə məşğul olmuşdur. X1 onunla qonşuluqda yaşayırdı. Onun böyük oğlu Maqsudov Ramazan 1988-ci ildə doğulub. Bacısın 1987-ci il təvəllüdlü qızı və 1995-ci il təvəllüdlü oğlu da var. 2018-ci il tarixdə Ramazan evlənmək qərarına gəlmişdir. Evləri darısqal olduğu üçün yeni ailəni öz mənzilinə köçürmüşdür. Bundan sonra bacısı oğlu X4 2018-ci ilin noyabr ayında cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bir neçə ay sonra aralarında narazılıq başlamışdır. Ramazan bildirdi ki, Cavabdeh tələb edir ki onu məzilə qeydiyyata aldırsınlar. Bacısı oğlunun xətrinə cavabdehi formal olaraq mübahisəli mənzilə 2019-cu il tarixdə qeydiyyata düşməyə razılıq vermişdir, lakin mənzildən istifadə hüququna dair ərizə verməmişdir. Cavabdehə əvvəlki dövrlərdə olduğu kimi elə başa salıblar ki, guya mənzilə hansısa hüquq əldə edib. xx.xx.2019-cu il tarixdə cavabdehin uşağı anadan olmuşdur. Cavabdeh biləndə ki, mənzilə hüquq əldə etməyib Ramazandan mənzil tələb etməyə başladı ki, onun adına mənzil alınsın. Bu mübahisə 2022-ci il tarixə kimi davam etdi. O, onlara mane olmamaq üçün mərhum bacısının mənzilində yaşamışdır. 2022-ci il tarixdə cavabdeh Ramazan barəsində 33-cü polis bölməsinə şər və böhtan xarakterli ərizə ilə müraciət etmişdir. Həmin gündən Ramazan məcbur olub mənzili tərk etmiş, atasına məxsus mənzilə qayıtmış və boşanmağa dair ərizə vermişdir. Cavabdeh mənzilin açarlarını dəyişərək onu mülkiyyətində olan mənzildən istifadəyə mane olur, mənzilimdə yaşayır. Faktiki olaraq cavabdeh mənzili zəbt edib, mənzildən istifadə hüquqlarını pozur. Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh Vaqı̇ f qızı bildirdi ki, hazırda həmin mənzildən çıxa bilmir və yalnız işlədikdən sonra həmin mənzildən çıxa bilər.
İş materialları.
5. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X11 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 34 ünvanında yerləşən və ümumi sahəsi 63.10 kv.m olan 135 saylı mənzil İddiaçı mülkiyyətindədir.
6. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 34 ünvanında yerləşən 135 saylı mənzildə X4, Cavabdeh, X6, X9, X8 və X2 qeydiyyatdadırlar.
7. AZ-İ seriyalı, 446372 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
8. 3 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh işsiz kimi xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 34 ünvanında yerləşən 135 saylı mənzil xx.xx.2020-ci ildən İddiaçı mülkiyyətindədir. Cavabdehin keçmiş həyat yoldaşı X4 onun mərhum bacısının oğludur və onlar 2018-ci ildə ailə qurandan sonra iddiaçı həmin mənzildə onlara yaşamağa icazə vermişdir. Lakin, sonradan ailə münasibətləri pozulduğuna görə, iddiaçı hesab edir ki, cavabdeh onun mənzilini tərk etməli və o özü həmin mənzilə yerləşməlidir. Tələbin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir. Cavabdeh ümumilikdə mənzilin iddiaçıya məxsus olmasını qəbul etsə də, hazırkı dönəmdə mənzili tərk etməyə hazır olmadığını bildirir. Qeyd edir ki, münasib iş tapandan sonra mənzildən çıxa bilər.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
13. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
14. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə cavabdehin iddianın obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Cavabdeh Vaqı̇ f qızının mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi.
17. Cavabdeh Vaqı̇ f qızı iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızının mərhum bacısının oğlunun keçmiş həyat yoldaşıdır və onlar nikaha girəndən sonra iddiaçının icazəsi ilə mübahisəli mənzilə yerləşiblər. Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli mənzilə istifadə hüququ verilməsi halı müəyyən edilmir. Beləliklə, Cavabdeh Vaqı̇ f qızının iddiaçıya məxsus mənzildə qalmasını şərtləndirən hüquqi əsaslar olmadığına görə, o həmin mənzildən çıxarılmalıdır. Cavabdehin tələbin bu hissəsinə münasibətdə irəli sürdüyü, onun hazırda işləməməsi, ona görə də mənzildən çıxa bilməməsi barədə etirazı yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından əsaslı deyildir. Bunun davamı olaraq, mübahisə obyekti olan mənzil mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olduğundan, iddia tələbi İddiaçı mənzilə köçürülməsi hissəsində də əsaslıdır.
18. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildən istifadəsinə maneələrin yaradılmasının qadağan edilməsi hissəsində əsaslı deyildir. Belə ki, artıq qeyd edildiyi kimi iddia tələbi cavabdehin mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi hissəsi əsaslı hesab edilmişdir. Hazırkı halda cavabdeh tərəfindən iddiaçıya yaradılan maneə cavabdehin həmin mənzildə yaşaması və iddiaçını mənzilə buraxmaması ola bilərdi ki, iddianın yuxarıda qeyd edilən formada təmin edilməsi bu maneəni aradan qaldırmış olur. Digər hər hansı bir maneənin olması halı isə işin halları ilə müəyyən edilmir. İddiaçı tərəf də tələbi bu hissədə cavabdehin mənzili zəbt etməsi, onu mülkiyyətində olan mənzildən istifadə etməyə qoymaması ilə əsaslandırmışdır.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Vaqı̇ f qızı iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızına məxsus ünvan 1 ünvanından çıxarılmalı, iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızı ünvan 1 ünvanına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Vaqı̇ f qızından tutularaq iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızına ödənilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Vaqı̇ f qızı iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızına məxsus ünvan 1 ünvanından çıxarılsın. İddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızı ünvan 1 ünvanına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Vaqı̇ f qızından tutularaq iddiaçı Əhmədova Cəmı̇ lə Nəzı̇ r qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.