Məhkəmə qərarları › İş №2(010)-2908/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2908/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2908/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs) “şəxsin müəyyən vaxta və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək atası XX.XX.*930-cu il təvəllüdlü X5 *3.02.2004-cü il tarixdə Qusar rayonu, Qaratoba kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X*2 ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, ərizəçinin X4 XX.XX.*930-cı il tarixdə Qusar rayonu, Qaratoba kəndində anadan olmuşdur. X4 *3.02.2004-cü il tarixdə isə Qusar rayonu, Qaratoba kəndində vəfat etmiş və *4.02.2004-cü il tarixdə Qusar rayonu, Qaratoba kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X4nun ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Halhazırda o, X4nun vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin atasının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı ücün həmin hüququnu həyata keçirə bilməmişdir. O, X4nun *3 fevral 2004-cü il tarixdə Qusar rayonu, Qaratoba kəndində vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması ücün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. Belə ki, X4nun həqiqətən də *3 fevral 2004-cü il tarixdə Qusar rayonu, Qaratoba kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi ücün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Onun ölüm haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmişlər və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin və Maraqlı şəxs nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşının bibisidir. X2 xəstəliyindən əziyyət çəkirdi. X3 *3.02.2004-cü il tarixdə vəfat etmişdir. Həmin yas mərasimində o da iştirak etmiş və X7 Qusar rayonu, Qaratoba kənd qəbirsanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun baldızıdır. X3 uzun müddət xəstə olmuş və səhhətində problemlər var idi. Onlar xəstəyə baş çəkmək üçün rayona getmişlər, lakin iki gün sonra yəni, *3.02.2004-cü il tarixdə X*0 vəfat etmişdir. X* Qusar rayonu, Qaratoba kənd qəbirsanlıqda dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “Qusar rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, *3.02.2004-cü il tarixində vəfat etmiş X*n ölümü ilə əlaqədar hər hansı bir qeydiyyat “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 mövcud deyildir. İş materiallarına əlavə edilmiş Qusar rayon Şirvanovka kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** xx.xx.*964-cü il tarixdə doğulmuşdur, valideynləri X*0 və X9r. İş materiallarına əlavə edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin *7.0*.2023-cü li tarixli arayışından görünür ki, X3 həqiqətən *3.02.2004-cü ildə Qusar rayonun Qaratoba kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, XX.XX.*930-cu ildə Qusar rayonunun Qaratoba kəndində anadan olmuş X5 ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 2*.02.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 2*.02.2023-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi XX.XX.*930-cu il tarixdə Qusar rayonunun Qaratoba kəndində anadan olmuş X5 ölümünün qeydə alınması barədə 2*.02.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 *3.02.2004-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.*930cı il təvəllüdlü X5 *3.02.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. XX.XX.*930-cu il təvəllüdlü X5 *3.02.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar