Məhkəmə qərarları › İş №2(010)-2925/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2925/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2925/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X22 qızının katibliyi, X3, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X*2 30.06.*986-cı il tarixdə anadan olmuşdur və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri X*5 ümumi reanimasiya və intensiv terapiya şöbəsində vəfat etmişdir. Oğlunun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə görə xəstəxanadan tibbi şəhadətnamə verilməmişdir. Ona görə də, Suraxanı rayon Qeydiyyat şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Oğlu X*3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub. O, Suraxanı rayon Qeydiyyat şöbəsinə oğlu X8 ölümü barədə şəhadətnamə almaq məqsədilə müraciət etmiş, Suraxanı rayon qeydiyyat şöbəsi ona imtina məktubu vermiş və bildirmişdir ki, oğlu X9 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də, o, oğlu X9 ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi.

2. 30.06.*986-cı il təvəllüdlü oğlu X9 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəməyə məktubla müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 bildirdi ki, mərhum X6 əri olub, ərizəçi qaynanasıdır, Sergeyin mədə-bağırsağında qəbzlik var idi, çox əziyyət çəkirdi, sonradan müəyyən olundu ki, onda hepatit virusu var. Sergey 4 gün Semaşka xəstəxanasında qaldıqdan sonra 4-cü gün rəhmətə getdi, Keşlə qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** bildirdi ki, X2 olub. Son zamanlar Sergeyin ayağı ağrıyıdı, qəbzlikdən əziyyət çəkirdi, özünə baxmırdı. 2* apreldən Semaşka xəstəxanasında qalırdı, yanında qalmağa icazə verilmədi, Keşlə qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimində və dəfndə iştirak etmişdir.

7. AZE seriyalı *5047920 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*2 30.06.*986-cı il tarixdə, Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuşdur. Şəxsiyyət vəsiqəsi 30.06.202*-ci il tarixə qədər etibarlı olmuşdur.

8. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*958-ci il tarixdə doğulmuşdur.

9. Vİİ-TИ seriyalı 359807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 30.06.*986-cı il tarixdə doğulmuşdur. X*9 Nikolayeviç, anası X4. *0. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *7.05.2023-cü il tarixli arayışdan görünür ki, X*2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi,*4/4 saylı evdə qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixə qədər göstərilən ünvanda yaşamışdır. **. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X8 dəfni üçün X*0 tərəfindən 63 manat məbləğində pul vəsaiti ödənilmişdir. *2. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, X*2 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edildiyi, ölüm faktını təsdiq edən sənədin ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixinin yazılmalı olduğu, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. *3. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X20 Şəxs “X23” X25-in *6.05.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, 30.06.*986-cı il təvəllüdlü X*3 xx.xx.2023-cü il tarixdə X*5 ümumi reanimasiya və intensiv terapiya şöbəsində vəfat etmişdir. Lakin mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 30.06.202*-ci il tarixdə bitdiyinə görə X2* tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim oluna bilmir. *4. İş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildən görünür ki, 30.03.20*8-ci il tarixdə vəfat etmiş X5 qəbrinin yanında başqa bir şəxs dəfn olunmuşdur.

Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307.2 və 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi.

*7. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X20 Şəxs “X23” X24 *6.05.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, 30.06.*986-cı il təvəllüdlü X*3 xx.xx.2023-cü il tarixdə X*5 ümumi reanimasiya və intensiv terapiya şöbəsində vəfat etmişdir. Lakin mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 30.06.202*-ci il tarixdə bitdiyinə görə X2* tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim oluna bilmir. *9. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

20. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 30.06.*986-cı il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır

Məhkəmə xərcləri.

2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 30.06.*986-cı il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i:

Ərizə təmin edilsin. 30.06.*986-cı il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X8 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar