Məhkəmə qərarları › İş №2(010)-2934/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2934/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2934/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i : Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Atası vəfat edən zaman Təcili Tibbi yardım çağırılmış və atasının vəfat etməsi təsdiq olunmuşdur. Lakin təcili tibbi yardım xidməti tərəfindən atasının ölümü ilə bağlı heç bir Tibbi arayış verilməmişdir. Atası X2 Muşviqabad qəsəbə qəbiristanlığında dəfn etdilər. Onun qəbrinin foto şəkilləri ərizəsinə əlavə etmişdir. Ölüm faktını qohum-qonşular şahid kimi təsdiq edə bilər. Atası üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Suraxanı rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 öz izahatında vəfat etmiş şəxsin arvadı olduğunu, aprelin 20-də səhər saat 9:00 radələrində qan laxtalanması və ürək tutmasından rəhmətə getdiyini göstərmişdir. Təcili tibbi yardım gəlmişdir, lakin onlar gələnə qədər yoldaşı dünyasını dəyişmişdir. Həmin anda tək olduğunu sonradan oğluna və qızına xəbər vermişdir. Son olaraq, yoldaşını Müşviqabad qəsəbəsində dəfn etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 öz izahatında vəfat etmiş şəxsin qızı olduğunu, səhər yuxudan oyanan kimi anası tərəfindən səhər saat 10:00 da zəng gəldiyini və atasının rəhmətə getdiyini bildirmişdir. Təcili tibbi yardım ilə eyni anda çatdığını, atasının qan laxtalanması və ürək çatışmazlığından rəhmətə getdiyini və atasını Müşviqabad qəsəbəsinda dəfn etdiklərini bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 337 – 05/75 nömrəli məktubu ilə Maraqlı şəxsndə Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X1 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X5 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Mülki işin materiallarına əlavə edilmiş 22 saylı Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən xx.xx.2020-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən xəstə X1 yanına 20 aprel saat 09:50 radələrində gəlmiş, aparılan ilkin tibbi yardım nəticə verməmiş, kişi cinsli meyid diaqnozu qoylmuşdur. Mülki iş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 381 nömrəli arayışa əsasən, Ərizəçi Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 39 saylı evdə qeydiyyatdadır. Mülki iş materiallarında olan 15 nömrəli X4 tərəfindən xx.xx.2020-ci il tarixli 245 nömrəli verilmiş məktuba əsasən, vətəndaş X3 müraciətinə əsasən cavab olaraq bildirilir ki, xx.xx.1964-cü il təvəllüdlü, ünvan 2 ünvanında əmisi oğlu- İbrahimov Ruslanın onların tibb müəssiəsinə 7 il ambulator müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçini və şahidləri dindirib, iş materiallararını və iş materiallarına əlavə edilmiş fotoşəkilləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi atası xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar