Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2960/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi 2*.06.*976-cı ildə Tacikistan Respublikasında anadan olmuş oğlu X* 2* fevral 2025ci tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçinin oğlu X4 2* fevral 2025-ci ildə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8, mənzil *4 ünvanında vəfat etmişdir. Oğlunu yaxınlıqdakı Əmircan qəsəbə qəbirstanlığında dəfn etmişlər. Oğlu ərazi üzrə poliklinikaya müraciət etmədiyindən adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni dəfn müavinətinin alınması, vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə oğlunun ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o, Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından oğlu X2 ölümünün qeydə alınması mümkün olmamışdır”. Ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə oğlu X2 ölüm faktı müəyyən olunmalıdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qapı qonşusudur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs, Z.Tağıyev küç, ev 8, mənzil *3 ünvanında yaşayır. Ərizəçinin oğlunu yaxşı tanıyırdı. Rəhmətə getdiyi 4 ay olar. Birdən ürəyi dayanmışdı. Evdə vəfat etdi. Təzə qəbiristanlıqda dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Düşənbə şəhəri, Şahmansur rayonu ZAQS idarəsi tərəfindən 25.*0.20*3-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 2*.06.*976-cı ildə doğulmuş və valideynləri Mərdanov Abduxaliq və Ərizəçidır. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 2*.02.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasının 2*.02.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, 2*.02.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs, Z.Tağıyev küç, ev 8, mənzil *4 ünvanında X6 adına çağırış olmuş və çağırışa gələn həkim «xroniki alkoqolizm, kəskin ağciyər-ürək çatışmazlığı, aqonal vəziyyət, həkim yanında ölüm» aşkar olunmuşdur. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, 2* fevral 2025-ci tarixində Bakı şəhərində vəfat etmiş X* ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X* ölümünün qeydə alınması mümkün olmamışdır. Bakı şəhər 42 nömrəli şəhər poliklinikası tərəfindən *5.04.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, vəfat edən X5 42 nömrəli Şəhər Poliklinikasına müraciəti olmayıb və hər hansı bir xəstəliklə dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməkdən imtina edilir. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu 2*.06.*976-cı il təvəllüdlü X5 2* fevral 2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi oğlu X3 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin oğlu X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 2*.06.*976-cı il tarixdə doğulmuş X* 2* fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2*.06.*976-cı il təvəllüdlü X* 2* fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2960/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2960/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver