Məhkəmə qərarları › İş №2(010)-2964/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2964/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2964/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi xx.xx.2005-ci il təvəllüdlü X* 20 dekabr 20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçının həyat yoldaşı X5 ilə birgə nikahından dünyaya gələn xx.xx.2005-ci il təvəllüdlü X8 20.*2.20*0- cu il tarixində dünyasını dəyişmişdir. Övladı dünyasını dəyişdikdən sonra yaxın qohumları ilə birlikdə mərhum qızları 20.*2.20*0-cu il tarixində Lənkəran rayonu Liman qəbiristanlığında dəfn etmişlər. Övladının vəfatından sonra ölüm haqqında şəhadətnamənin tələb edilməsindən, bunun üçün müvafiq aidiyyatı orqanlara müraciət etməli olduğundan məlumatlı olmamışdır. Məlumatlı olduqdan sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Buna görə də Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsi 43 nömrəli şəhər poliklinikasına müraciət etsə də, 3*.0*.2025-ci il tarixli, *2 saylı cavaba əsasən mərhum qızının ölüm hadisəsindən uzun müddət keçməsi səbəbindən xx.xx.2005ci il təvəllüdlü X3 dair ölümü haqqında sənədin (Forma *06) verilməsi mümkün olmamışdır. Bundan sonra, xx.xx.2005-ci il təvəllüdlü X3 dair ölüm haqqında şəhadətnaməsinin alınması üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin cavabına əsasən qızına ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Mərhum qızı xx.xx.2005-ci il təvəllüdlü X* ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Məhz buna görə də xx.xx.2005-ci il təvəllüdlü X* 20.*2.20*0-cu il tarixində ölməsi faktının məhkəmə müstəvisində müəyyən edilməsinə zərurət vardır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi *8.06.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi ilə Qaraçuxur qəsəbəsində qonşudurlar. Ailəni 20 ilə yaxındır ki tanıyır. Ərizəçinin övladı Nəsibəni də tanıyırdı, uşaq xərçəng xəstəliyindən vəfat edib. Xəstəxanadan evə gətirdikdən sonra evdə vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Alıeva Raida ifadəsində göstərdi ki, Ərizəçi ilə Qaraçuxur qəsəbəsində qonşudur. Uşaq xəstələnmişdi, 20*0-cu ildə vəfat etdi. Özü də yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçi ilə rayonda qonşudur. Nəsibə ərizəçinin böyük qızı olub, birinci uşaqları ölüb. Yaşını xatırlamır, amma 20*0-cu il idi. Yas mərasimində iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları AZ-İ №*40264 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 24.0*.2005-ci il tarixdə 06 saylı qeydiyyat nömrəsi ilə nikah bağlanmışdır. Arvada Quliyeva soyadı verilmişdir. AZ-İ №662272 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 43 nömrəli şəhər Poliklinikasının 3*.0*.2025-ci il tarixli *2 saylı X2 ünvanladığı məktubundan görünür ki, 6 yaşlı mərhum qızınız X* ölümü ilə bağlı sahə həkimi Sevda Seyidovanın izahatına əsasən o dövrdə valideyn tərəfindən uşağın xəstəliyini (baş-beynin onkoloji xəstəliyi diaqnozunu ) təsdiq edən sənəd (epikriz, diaqnozun dəqiqləşdirilməsi məqsədilə aparılan müayinə arayışları) təqdim edilmədiyi üçün ona həkim tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməyib. Hal-hazırda ölüm hadisəsindən *7 il keçdiyi üçün mərhum N.Ərizəçiaya ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil. 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 0*.02.2025-ci il tarixli 3- *6-5/8-*5-348/25 saylı X2 ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Lənkəran rayon Liman Bələdiyyəsinin 3*.0*.2025-ci il tarixli arayışından görünür ki, mərhumə X8 20 dekabr 20*0-cu il tarixində vəfat etmiş, Liman qəbiristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qızıxx.xx.2005-ci il təvəllüdlü X8 20.*2.20*0-cu il tarixində vəfat etmişdir. Ərizəçi qızı X* ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin qızının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X* 20.*2.20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X* 20.*2.20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar