Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2972/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi X4 maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20.*2.*950-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X* 20.*2.*950-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Dəyirmandağ kəndində doğulmuşdur. Eyni zamanda bildirirəm ki, atam uzun müddət idi ki, ürəyində olan xəstəlikdən əziyyət çəkirdi. Lakin xəstəliyi şiddətləndiyindən atam xx.xx.2022-ci il tarixində yaşadığı evdə (tibb müəssisəsindən kənarda) vəfat etmişdir. Təəssüf ki, Təcili və X8 Stansiyasının həkimləri gələnədək atam dünyasını dəyişmişdi. Qohumların iştirakı ilə atam Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsi ərazisində qəbiristanlıqda dəfn edilmişdir. Sonradan atamın ölüm şəhadətnaməsini almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişəm. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi 05/Q-524-*5 saylı, 3*.05.2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyimdən ölüm barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. Əlavə olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Məhz bu səbəbdən X*nun xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. Eyni zamanda, bildirirəm ki, X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı mənə miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır”. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum atası X4 öldüyü gün – xx.xx.2022-ci il tarixində səhər saat 7-dən etibarən özünü narahat hiss etməyə başlamış, hətta özü təcili yardım çağıraraq ürəyində ağrı olduğunu demişdir. Atasının səsinə o da oyanmış, iki dəfə də o özü təcili yardım çağırmışdır. Cavabında ona həkimin hazırda olmadığı, gələndə təcili yardım göndəriləcəyi bildirilmişdir. Lakin elə bu səbəbdən - təcili yardım saat 8-dən sonra gəldiyindən atası rəhmətə getmişdir. Atasının ölümündən sonra gələn təcili yardım tərəfindən ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş, bu sənədi poliklinikaya təqdim edib ölüm haqqında sənəd ala biləcəyi deyilmişdir. Lakin o, bu sənədi poliklinikaya təqdim etdikdə ona deyilmişdir ki, sənəddə ölümün səbəbi qeyd edilmədiyindən poliklinika ölümlə bağlı heç bir sənəd verə bilməz. Bundan sonra o, təcili tibbi yardıma müraciət etmiş və həmin sənəddə atasının ölüm səbəbinin yazılmasını xahiş etmişdir. Cavabında ona deyilmişdir ki, təcili yardım gələndə atası artıq ölmüş olduğundan onlar ölüm səbəbini bilə bilməz, dolayısı ilə ölüm səbəbi barədə sənəddə hansısa qeyd edə bilməzlər. Bu səbəbdən o, atasının ölümü ilə bağlı tibbi sənəd, daha sonra da ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hansı ki, bu sənədi əldə etmək onun üçün vacibdir. Çünki atasının adında əmlak var və o, bu əmlakı öz adına keçirmək istəyir. Bundan başqa, anası da atasından qalan təqaüdü öz adına keçirmək istəyir. Lakin atasının ölüm haqqında şəhadətnaməsi olmadığından bu məsələləri həll edə bilmirlər. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 27.02.*979-cu il tarixdə verilmiş, Vİ-JQ 374420 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 (atası X6, anası X7) xx.xx.*979-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuş, bu barədə doğum haqqıda akt qeydləri kitabında 27.02.*979-cu il tarixdə 734 nömrə ilə qeyd edilmişdir. BŞT və TTYS 22 saylı bölmə Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 29.052022-ci il tarixli çağırış əsasında saat 08:20-də ünvana çatmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3*.05.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon Zığ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3*2 nömrəli arayışdan görünür ki, Ərizəçi atası mərhum X4 xx.xx.2022-ci il tarixində Dədə Qorqud qəbiristalığında dəfn edilmişdir. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 bildirmişdir ki, Ərizəçi onun oğlu, mərhum X4 isə əridir. Bu ilin may ayının 29-da, səhər saat 7 radələrində ərinin səsinə yuxudan durmuşdur. Əri ilə maraqlandıqda ona sinəsinin ağrıdığını demişdir. O, dərhal ona çay qoymağa getmiş, əri qayıdanda ondan telefon istəmişdir. Telefonu götürdükdən sonra təcili yardıma zəng etmişdir. Lakin xeyli gözləsələr də təcili yardım gəlməmişdir. Bundan sonra bir dəfə də öz poliklinikalarına zəng vurmuş, lakin həkim olmadığı deyilmişdir. Hətta oğlu etiraz edərək atasının can verdiyini demiş, buna baxmayaraq təcili yardım yenə də gəlməmişdir. Bundan sonra xəstənin vəziyyəti getdikcə ağırlaşmışdır. Belə ki, çayı içdikdən sonra tərləməyə başlamış, paltarını dəyişdirdikdən sonra uzanmışdır. Lakin ağrısı şiddətlənmiş, saat 7-8 arası rəhmətə getmişdir. Təxminən saat 09:30-da isə təcili yardım gəlmişdir. Həmin vaxt gec gəlməklərinə görə onlara irad tutmuşlar. Onlar da həkim olmadığını, bu səbəbdən gec gəldiklərini demişlər. Həmçinin, baxıb demişlər ki, xəstə infarktdan keçinib. Təcili yardım çağırışla bağlı onlara sənəd versə də orada ölüm səbəbini qeyd etməmişlər. Ölümündən sonra mərhumu həmin gün “Dədə Qorqud” qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*6 bildirmişdir ki, Ərizəçi əri, mərhum X4 isə qaynatasıdır. O, ərinin valideynləri ilə birlikdə yaşayır. Bu ilin may ayının 29-da səhər tezdən telefon səsinə oyanmışdır. Eşitmişdir ki, qaynatası Şahvələt Məmmədov təcili yardım çağırır. Aradan *5 dəqiqə keçdikdən sonra qaynatası yenə təcili yardıma zəng etmiş, özünü pis hiss etdiyini, sinəsində ağrı olduğunu demişdir. Lakin təcili yardım bir saat gec gəlmiş, onlar gələnə qədər 72 yaşlı qaynatası Şahvələt Məmmədov rəhmətə getmişdir. Təcili yardım həkimləri gələndə onlara demişlər ki, onlar bu əraziyə baxmırlar, sadəcə olaraq narazılıq etdiklərinə görə onları göndərmişlər. Hər bir halda onlar gələndə artıq xəstə keçinmişdi. Onlar da gəlib nəbzini yoxlayıb həyat əlamətləri olmadığını demişlər. Həmçinin, mərhumun rəngi göyərdiyinə görə infarktdan öldüyünü bildirmişlər. Həmin gün mərhumu dəfn etmişlər. İşin faktiki halları. Ərizəçi atası X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüş, həmin gün dəfn edilmişdir. Onun ölümündən sonra meyitinə baxış keçirən təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən bu fakt təsdiq edilmiş, ölüm haqqında müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Eyni zamanda, məhkəmədə iclasında ifadəsi dinlənilən şahidlər ərizəçinin atasının xx.xx.2022-ci il tarixdə ölümünə və həmin gün dəfninə şahid olduqlarını təsdiq etmişlər. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
Ərizəçinin xahişindən görünür ki, ərizəçi məhkəmədən atası X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər müvafiq təcili və X8 stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun öldüyü gün qəbiristanlıqda dəfn edilməsinə dair bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir. Göründüyü kimi, ərizəçinin atası X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.*2.*950-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 20.*2.*950-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva