Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2974/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək, məhkəmədən Cavabdeh və onun ailə üzvlərinə məxsus şəxsi geyim əşyalarının ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə alqı-satqı vasitəsilə ünvan 2 ünvanında yerləşən evi Cavabdeh almışdır. Həmin dövrdən etibarən o, həmin evdə yaşamamışdır. Çünki evi gələcəkdə oğlu ailə qurduqda orada yaşaması məqsədilə almışdır. Lakin o evdə cavabdehə və onun ailə üzvlərinə məxsus şəxsi geyim paltarları qalmışdır. O, dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da alınmamışdır. Hal-hazıradək cavabdehdən heç bir xəbər olmadığından o, həmin əşyaları özbaşına evdən çıxarmaq istəmir. O, hətta məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. O, həmin əşyaların saxlandığı evdən artıq illərdir ki, istifadə edə bilmir. Bu isə onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 4 ünvanında yerləşən evdə olan üç ədəd xalça, üç ədəd yorğan və döşək, geyim paltarları, mətbəxdə olan qab-qacağın mənzildən çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən evi 2015-ci ildə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Yəni, cavabdeh bu evin əvvəlki mülkiyyətçisidir və ailəsi ilə birlikdə bu evdə yaşamışdır. 2015-ci ildə ev satıldıqdan sonra aralarında əldə edilmiş şifahi razılığa əsasən cavabdeh bir müddət həmin evdə kirayə qalmışdır. Lakin bir il əvvəl heç bir xəbər etmədən evdən çıxıb getmişdir. Cavabdeh bu evdə uzun müddət yaşamış, evdə ona məxsus bir sıra əşyalar olmuşdur. Lakin o, evdən çıxarkən əşyalarının bəzilərini özü ilə aparmamışdır. Məsələn, cavabdehə məxsus xalçalar, yorğan-döşək, qab-qacaq kimi əşyalar hələ də evdədir. Bu əşyalar evdə olduğundan o, evə girib evdən istədiyi kimi istifadə edə bilmir. Cavabdehlə heç cür əlaqə saxlaya bilmədiyindən əşyaları çıxarmasını ondan da tələb edə bilmir. Məhkəmə qətnaməsi əsasında cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Hazırda isə ona məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Çünki bu əşyalar onun mülkiyyətində olan mənzildən istəyinə uyğun istifadə etməsinə mane olur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Satıcı Cavabdeh və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6736/2022 nömrəli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşin faktiki halları. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İddiaçı bu ev üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daha sonra, İddiaçı iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh bu evdən qeydiyyatdan çıxarılmasının müvafiq orqana həvalə edilməsi qərara alınmışdır. Cavabdehin evi iddiaçıya satmasına, evdən qeydiyyatdan çıxarılmasının qərara alınmasına və evdə yaşamamasına baxmayaraq, ona məxsus bir sıra əşyaların hələ də həmin evdə qaldığını və bununla ev üzərində olan mülkiyyət hüquqlarının pozulduğunu bildirən İddiaçı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, həmin əşyaların evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Yəni, Cavabdeh bu evin keçmiş mülkiyyətçisidir. Eyni zamanda, iş materialları əsasında müəyyən edilir ki, o, bu evdə yaşamışdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilən məlumata əsasən cavabdeh hazırda da məhz həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin belə görünür ki, hazırkı iş üzrə də iddiaçı olan İddiaçı Bakı İnzibati Məhkəməsində müvafiq iddia qaldıraraq Cavabdeh evdən qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Hər bir halda Cavabdeh bu evlə köhnə mülkiyyətçi, eyni zamanda evin keçmiş istifadəçisi (sakini) kimi əlaqəsi inkar edilməzdir. Bu baxımdan cavabdehə məxsus bəzi əşyaların bu evdə yerləşməsi ağlabatandır. Cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etmədiyindən bu əşyaların həqiqətən özünə məxsus olmasını onun izahatı əsasında müəyyən etmək mümkün olmamışdır. Bununla belə nəzərə alınmalıdır ki, mənzilin demək olar ki, yeddi illik mülkiyyətçisi olan İddiaçı həmin əşyaların məhz cavabdehə məxsus olduğunu bildirmişdir. Hansı ki, iddiaçı özünə məxsus evdəki əşyaların tamlığına maraqlı olan birinci növbəli şəxsdir. Bu baxımdan onun özünə məxsus əşyaların öz evindən çıxarılmasını tələb etməsi məntiqə uyğun deyil. Odur ki, məhkəmə iddiaçının evində olduğunu qeyd etdiyi əşyaların həqiqətən cavabdehə məxsus olduğu nəticəsinə gəlir və hesab edir ki, bu əşyaların iddiaçının evində qalması onun mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırır. Bunun davamı olaraq, məhkəmə hesab edir ki, iddiaçı bu əşyaların öz evindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehə məxsus üç ədəd xalça, üç ədəd yorğan və döşək, paltarlar və mətbəxdə olan qab-qacağın evdən çıxarılmasını xahiş etmişdir. Bu əşyalardan bəzilərinin – paltarlar və mətbəxdə olan qab-qacağın səciyyəvi xüsusiyyətləri sadalanmadığından kifayət qədər qeyri-müəyyən təsvir edildiyi mübahisəsizdir. Lakin nəzərə alınsa ki, söhbət məhz cavabdehin paltarlarından və məişət əşyalarından gedir, iddiaçının bu əşyaların fərqləndirici əlamətlərini sadalaya bilməməsi başa düşüləndir. Bu baxımdan həmin əşyalar dəqiq təsvir edilmədiyinə görə iddianın bu əşyalara münasibətdə təmin edilməməsi ədalətli olmazdı. Üstəlik, o da qeyd edilməlidir ki, iddiaçının izahatı əsasında belə müəyyən edilir ki, cavabdehə məxsus əşyalar evdə qaldığına görə o, evə girməkdən çəkinmişdir. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia iddiaçı tərəfindən tələb edildiyi şəkildə - cavabdehə məxsus üç ədəd xalça, üç ədəd yorğan və döşək, paltarlar və mətbəxdə olan qab-qacağın çıxarılması şəklində tam təmin edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələri üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus üç ədəd xalça, üç ədəd yorğan və döşək, paltarlar və mətbəxdə olan qab-qacaq İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh məxsus üç ədəd xalça, üç ədəd yorğan və döşək, paltarlar və mətbəxdə olan qab-qacaq İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2974/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2974/2022
04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver