Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2975/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının tələb edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının tələb edilməsi" tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edərək özünə məxsus, ona toydan əvvəl və toydan sonra verilmiş 10.800 (on min səkkiz yüz) manat dəyərində zinət əşyalarının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh ilə 2010-cu ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 02.07.2011-ci il təvəllüdlü Zəhra, 24.03.2014-cü il təvəllüdlü Rəfiqə, 13.10.2015ci il təvəllüdlü Xədicə və 07.09.2018-ci il təvəllüdlü Amin adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan ilk vaxtlar normal yaşasalar da sonradan xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Cavabdeh 2020-ci ilin avqust ayında nikahın pozulması ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar öz himayəsində saxlanılmış və cavabdehdən onun xeyrinə aliment tutulmuşdur. Cavabdehlə ailəli olduğu müddətdə ona toydan əvvəl və toydan sonra hədiyyə olunmuş qızıl-zinət əşyalarını ondan alıb özünə maşın almışdır. O, cavabdehdən qızıl-zinət əşyalarını nə vaxt geri qaytaracağı barədə sual versədə həmişə onun sualları cavabsız qalmışdır. O, cavabdehlə nikaha girərkən cavabdeh tərəf toydan əvvəl və toydan sonra -1 çüt çəkisi 12 qram olan 583 problu brilliant qaşlı sırğa - 1.200 manat; 1 ədəd çəkisi 7 qram olan 583 problu brilliant qaşlı üzük - 700 manat; 1 ədəd çəkisi 9 qr. olan 583 problu brilliant qaşlı nişan üzüyü - 900 manat; 1 ədəd çəkisi 7 qr. olan 583 problu ortasında tək brilliant qaşı olan üzük - 800 manat; 1 çüt çəkisi 11 qr. olan 583 problu ortasında tək brilliant qaşı olan sırğa - 1.100 manat; 1 əd. çəkisi 7 qr. olan 583 problu brilliant qaşları olan üzük- 700 manat; 1 ədəd çəkisi 15 qram olan 583 problu toxunma qolbaq - 1800 manat; 1 ədəd çəkisi 18 qram olan 583 problu toxunma boyunbağı - 1.800 manat; 1 güt çəkisi 12 qram olan 583 problu brilliant qaşlı sırğa - 1.300 manat; 1 ədəd çəkisi 6 qram olan 583 problu brilliant qaşlı üzük - 500 manat olmaqla cəmi: 10.800 manat zinət əşyalarını hədiyə kimi vermişlər. Həmin qeyd olunan əşyalar ona verilərkən fotoşəkillər çəkilmiş və video kamera ilə çəkiliş aparılmışdır. Göstərilən əşyalar ona hədiyyə edilərkən həmçinin onun qohumları və digər şəxslərdə iştirak etmişlər. Bu hamının gözü qarşısında olmuşdur. İddiaçının izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında həmçinin bildirdi ki, həmin qızıl-zinət əşyaları özünün razılığı ilə 2015-ci ildə satılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual MƏcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 19.04.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 02.07.2011-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18.09.2018-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 07.09.2018-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 23.10.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 13.10.2011-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 20.04.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 24.03.2014-cü ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Xəzər rayon məhkəməsinin 05.02.2021-ci il tarixli 2(010)-235/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş X4, Əhmədzadə Rəfiqə Zaur qızı, X2, X1 nikah pozulduqdan sonra anaları cavabdeh İddiaçı yanında saxlanılması, övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmənin mövqeyi İddiaçı cavabdehlə nikaha girərkən cavabdeh tərəfindən toydan əvvəl və toydan sonra ona hədiyyə edilən, ümumi dəyəri 10.800 manat olan zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və vərəsəlik qaydasında adığı əmlak onun mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatından müəyyən edir ki, ona hədiyyə edilən 10.800 manat dəyərində zinət əşyaları nikah dövründə onun şəxsi iradəsi əsasında özgəninkiləşdirilmişdir və iddiaçının mülkiyyətindən çıxmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə nikaha girərkən cavabdeh tərəfindən toydan əvvəl və toydan sonra ona hədiyyə edilən, ümumi dəyəri 10.800 manat olan zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi tələbi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə belə bir qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının tələb edilməsi" tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2975/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2975/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver