Məhkəmə qərarları › İş №2(010)-3004/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3004/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3004/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 02.07.*973cü ildə doğulmuş X3n xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, 02.07.*973-cü il təvəllüdlü qardaşı X*2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 88, mənzil *38 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivi, ev *6, mənzil 23 ünvanında yerləşən anasına məxsus evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı X2 qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq qardaşının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivi, ev *6, mənzil 23 ünvana həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnə kimi qardaşı X*2 evdə vəfat etmişdir. X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbrstanlığında dəfn etmişlər. xx.xx.2022-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri qardaşının öldüyünü görüb sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişdir. O, həmin xəbərdarlıq vərəqəsi ilə Suraxanı rayon Qeydiyyat Şöbəsinə gedərək qardaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Suraxanı rayon Qeydiyyat X* ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Allahmanova Hicran Rəşid qızı ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı, vəfat etmiş mərhum X*2 isə onun qardaşıdır. Mərhum qardaşı X*2 uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı anası ilə birlikdə yaşamış, anası vəfat etdikdən sonra o artıq şəkər dərmanlardan istifadə etməkdən imtina etmişdir. Onun qardaşı vəfat edərkən orada yalnız bacısı Ərizəçi orda olmuş və o, sonradan gəlmişdir. X3 Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təcili və X*3 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 adına xx.xx.2022-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarında olan Suraxanı rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 88, mənzil *38 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivi, ev *6, mənzil 23-də yaşayan 02.07.*973-cü il təvəllüdlü X*2 öz evində həkimə qədər vəfat etmişdir. Onun ölməsi faktında cinayət hadisəsi olmadığından rayon prokurorluğunda araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş İİ ЖГ 468067 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*2 02.07.*973-cü ildə anadan olmuşdur. X6, anası X**r. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ 302834 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci ildə anadan olmuşdur. X6, anası X**r. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X*2 həqiqətən dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X4 rayonunda yerləşən “Dədə Qorqud” qəbirstanlığında xx.xx.2022-ci il tarixdə X7 tərəfindən dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02.07.*973cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 02.07.*973-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar