Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3007/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. *4.02.2024-cü il tarixində təqdim edilən 2* nömrəli TTYS-nın *56 nömrəli xəbərdarlıq vərəqinə əsasən, X* *4.02.2024-cü il tarixdə “Poliklinikaya müraciət olunsun” həkim məsləhəti qeydə alınmışdır.
2. Fotoşəkildən görünür ki, Vüqar adlı şəxs *4.02.2024-cü ildə vəfat etmiş və dəfn edilmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin X2 ünvanladığı 27 fevral 2024-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları
4. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X3 *4 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və *5 fevral 2024-cü ildə isə qəbiristanlıqda dəfn edilmişdir. Sadəcə olaraq X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
5. Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X* *4.02.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X* *4.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, ölüm haqqında şəhadətnaməni almaq istədikləri şəxs ərizəçinin oğludur. Oğlu uzun müddət “hepatit C”, xərçəng xəstəliyindən əziyyət çəkib. Ölüm günü onun şiddətli ağrıları olub və təcili yardım gələrək dərman verərək stasionar müalicəyə getməyi təklif edib. Bu təklifdən 2 dəqiqə sonra ərizəçinin oğlu vəfat edib. Ərizəçi də savadsızlıqdan təcili yardımın ölüm faktını təsdiqlədiyini düşünüb, halbuki, təcili yardım ölmədən əvvəl gəlib. Onlar mərhumu dəfn ediblər, sonradan ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etdikləri vaxt qeydiyyat şöbəsi imtina edib. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. *0. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Ofelya xanımla çox yaxşı münasibətləri var və hətta qızları da rəfiqədirlər. Ofelya xanımın oğlu ölən zaman o, əyani şəkildə görmüşdür. Hadisə *4.02.2024-cü il tarixdə, saat *2 radələrində baş vermişdir. Mərhumu dəfn etmək üçün torpağı da o, Masazırda yerləşən qəbirstanlıqla danışmışdır. Mərhum *5.02.2024-cü ildə dəfn edilmiş, o, dəfn və yas mərasimlərində iştirak etmişdir.
Tətbiq edilən hüquq
**. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X* *4 fevral 2024-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* *4 fevral 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. X* *4 fevral 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.