Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3008/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Musayeva (Məmmədova) İlahə Ramiz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının verilməsi və ya onların dəyərinin ödənilməsi” tələbinə dair mülki işə bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Musayeva (Məmmədova) İlahə Ramiz qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının verilməsi və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 2480 AZN məbləğində qonaq otağında olan cehiz əşyalarının və ya dəyərinin, 2730 AZN məbləğində yataq otağında olan cehiz əşyalarının və ya onların dəyərinin, 500 AZN məbləğində 1 ədəd 2m X 3m ölçüdə Türk istehsalı olan xalçanın və ya dəyərinin, 2307.99 AZN məbləğində məişət əşyalarının və ya onların dəyərlərinin, 5614.7 AZN məbləğində mətbəx əşyalarının və ya onların dəyərlərinin, 5485 AZN məbləğində postel və yataq ləvazimatlarının və ya onların dəyərlərinin, 30 AZN məbləğində paltonun və ya onun dəyərinin, 800 AZN məbləğində iç və üst qeyim əşyaları olan ayaqqabılarının, çantalarının, kosmetikanın, bəzək əşyalarının, duxularının və kremlərinin və ya onların dəyərlərinin, 675 AZN məbləğində toy xonçalarının və ya onların dəyərlərinin və 40 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 alınaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Musayeva (Məmmədova) İlahə Ramiz qızı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbində qeyd edilmiş həmin əmlakların üzərinə həbs qoyulması, mübahisə məhkəmədə baxılıb qurtararaq qətnamə qanuni qüvvəsini alıb icra olunanadək həmin siyahıda qeyd edilən əmlakların özgəninkiləşdirilməsi və istifadə edilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3008/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. Daha sonra, iddiaçı Musayeva (Məmmədova) İlahə Ramiz qızı məhkəməyə ərizə göndərərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-3008/2020 saylı mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər onlara məxsus mənzildə yerləşən ona məxsus cehiz əmlakı könüllü qaydada qaytarmışlar. Onlara qarşı heç bir cehiz əmlakı ilə bağlı iddia tələbi qalmamışdır. Ona görə də hesab edir ki, məhkəmənin icraatında olan onun cehiz əmlakı barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının əşyalarının özünə qaytarıldığını bildirərəl iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehi dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi iddiadan imtina kimi qiymətləndirilməli, həmin imtina məhkəmə tərəfindən qəbul edilməli, beləliklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının ərizəsindən və cavabdehin izahatından görünür ki, iddiaçının cavabdehlərin evlərindən çıxarılaraq ona qaytarılmasını tələb etdiyi cehiz əmlak artıq ona qaytarılmış, iddiaçı da bu səbəbdən iddiadan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddianı təmin etmə tədbiri kimi müvafiq cehiz əmlakın bir hissəsinin üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3008/2020 saylı qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262 və 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Musayeva (Məmmədova) İlahə Ramiz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının verilməsi və ya onların dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3008/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3008/2020 saylı qərardadı ilə müvafiq əmlaklar üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3008/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3008/2020
28.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver