Məhkəmə qərarları › İş №2(010)-3010/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3010/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3010/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçiiştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1943-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, onun atası xx.xx.1943-cü il təvəllüdlü X10 uzun müddətdir ki, ağır xəstəlikdən (Ürəkdə ritm pozğunluğu, səyrici aritmiya diaqnozu qoyulub) əziyyət çəkirdi. Cari ilin 26-30 mart tarixlərində Bakı şəhərində yerləşən 1 saylı şəhər Klinik Xəstəxanasında (Semaşko) müalicə almış, daha sonra xəstəliyinin evdə müalicə olunması məqsədəuyğun hesab edilmişdir. Lakin daha sonra atasının vəziyyəti qəfildən pisləşmiş və xx.xx.2024-cü il tarixində gecə saatlarında vəfat etmişdir. Ölüm anından dərhal sonra X11ynar xətti ilə əlaqə saxlanılmış və hadisə yerinə Təcili və X3 Stansiyasının 12 saylı bölməsinin əməkdaşları gələrək 0934 nömrəli “ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib etmişlər. Lakin ölüm haqqında şəhadətnamənin alınması üçün Sabunçu rayon qeydiyyat şöbəsindən aidiyyəti məsələnin məhkəmə yolu ilə həll edilməli olduğu bildirilmişdir (3-16- 5/8-15-305/24 nömrəli 03 may 2024-cü il tarixli məktub). 12 nömrəli şəhər poliklinikasından isə atasının xəstəliklə bağlı müraciət etməməsi səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir (164 nömrəli 03 may 2024-cü il tarixli məktub). Hal-hazırda o, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Onun atası X5 ölüm faktını şahidlər təsdiq edə bilər. Dəfn üçün müavinəti almaq üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti tələb olunur. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə həm qohumdu, həm də qonşudur. Ənvər xəstə idi, qarnına su yığılırdı. X5 dəqiq ölüm tarixini bilmir, lakin yay ayları idi. Mərhumun üç mərasimində özü iştirak etmişdir. Lakin 40 mərasimində iştirak etməmişdir. Belə ki, həmin ərəfədə Kərbəla ziyarətində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısının əridir. Qaynatası Ənvər bağlarda yaşayırdı, xəstə idi. Qaynatası vəfat edəndən sonra onu Hövsan qəbirstanlığında dəfn etmişlər. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat edən atası X5 ölüm haqqında tibbi şəhadətnamə olmadığından Ə.Hüseynovun ölümünün qeydə alınması mümkün olmamışdır. Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zabrat-2 X.Vəliyev k.12-yə saat 04:05-də X5 adına çağırış olmuş və çağırışa gələn həkim «həkimə qədər kişi cinsli meyit» aşkar olunmuşdur. 12 nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1943-cü il təvəllüdlü mərhum X7 Təcili və X4 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024 -cü il tarixli 0934 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haddında tibbi şəhadətnamə verə bilmirlər. Salyan rayonu Bankə qəsəbə soveti tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X10 ilə X8 arasında nikah xx.xx.1967-ci il tarixdə qeyd edilmişdir. Salyan rayonu Bankə qəsəbə soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1968-ci ldə doğulmuş, valideynləri X10 və X2r. Zığ Bələdiyyəsinin 03.085.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası xx.xx.1943-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində vəfat etmiş Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1943-cü il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atası X5 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin atası X5 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1943-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X5 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X5 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar