Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-305/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “cehiz əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, şkaf, kamod 2 güzgülü, stol, 6 stul)-3200 manat; yataq otağı dəsti (yataq, dolab, kamod, 2 tumboçka)-2700 manat; divan kreslo dəsti jurnalnıy stolla birlikdə-3250 manat; mətbəx mebeli (yerli istehsal)-1000 manat; 1 ədəd uşaq çarpayısı-50 manat; Panasonic markalı plazma televizor 82 diaqonallı-800 manat; Samsung markalı paltaryuyan-800 manat; Samsung markalı tozsovuran-100 manat; Hitachi markalı soyuducu-2550 manat; 1 ədəd Electronic markalı kondisioner-850 manat; 1 ədəd qabyuyan-900 manat; 1 ədəd qaz peçi ilə aspirator-400 manat; LG markalı kompyuter-1000 manat; 3 ədəd çilçıraq-750 manat; 5 ədəd xalça (2 ədəd 3x4, bir ədəd 5x6, 2 ədəd 1.5x2 ölçüdə) - 1000 manat; yataq örtüyü və pərdə dəsti-500 manat; 5 ədəd yataq dəsti- 300 manat; 5 ədəd dəsmal-100 manat; 5 ədəd süfrə-200 manat; 2 ədəd adyal-200 manat; divan və kreslo üstü üçün örtük-300 manat; elektrik soba-200 manat; 3 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca döşək, 2 ədəd yastıq-1000 manat; mətbəxdə istifadə olunan qabqacaqlar-1000 manat; şəxsi geyim əşyaları, ayaqqabılar, paltarlar-3000 manat, onlar olmadıqda isə dəyərinin Cavabdeh alınaraq ona geri qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahı rəsmiləşdirməmişlər. Birgə yaşayış dövründə 14.03.2017-ci il təvəllüdlü X1 adlı bir uşaqları anadan olmuş, uşağın atalığı müəyyən edilmiş, doğum haqqında şəhadətnamənin ata qrafasında uşağın soyadı cavabdehin soyadına uyğun olaraq Süleymanov kimi qeyd edilmişdir. Cavabdehlə rəsmi nikahı olmasa da el adəti ilə toyları olmuş, o, özünə məxsus cehiz əmlakını cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gətirmişdir. Ailə qurduqları vaxt münasibətləri normal olsa da sonradan cavabdehin ailəsinə qarşı laqeyd münasibətinə görə münasibətləri pozulmuşdur. Halhazırda faktiki olaraq ayrılmışlar. Gələcəkdə ər-arvad kimi birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkündür. Hazırda o, cavabdehlə birgə yaşamır və ona məxsus cehiz əmlakları ünvan 1 ünvanında yerləşən evdə qalmışdır. Cavabdehdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də cavabdeh birgə nikahdan olan azyaşlı uşaqlarını ona vermədiyi təqdirdə həmin əşyaları ona qaytarmayacağını bildirir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus əşyalar bunlardır: qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, şkaf, kamod 2 güzgülü, stol, 6 stul)- 3200 manat; yataq otağı dəsti (yataq, dolab, kamod, 2 tumboçka)-2700 manat; divan kreslo dəsti jurnalnıy stolla birlikdə-3250 manat; mətbəx mebeli (yerli istehsal)-1000 manat; 1 ədəd uşaq çarpayısı-50 manat; Panasonic markalı plazma televizor 82 diaqonallı-800 manat; Samsung markalı paltaryuyan-800 manat; Samsung markalı tozsovuran-100 manat; Hitachi markalı soyuducu-2550 manat; 1ədəd Electronic markalı kondisioner-850 manat; 1 ədəd qabyuyan-900 manat; 1 ədəd qaz peçi ilə aspirator-400 manat; LG markalı kompyuter-1000 manat; 3 ədəd çilçıraq-750 manat; 5 ədəd xalça (2 ədəd 3x4, bir ədəd 5x6, 2 ədəd 1.5x2 ölçüdə) - 1000 manat; yataq örtüyü və pərdə dəsti- 500 manat; 5 ədəd yataq dəsti- 300 manat; 5 ədəd dəsmal-100 manat; 5 ədəd süfrə-200 manat; 2 ədəd adyal-200 manat; divan və kreslo üstü üçün örtük-300 manat; elektrik soba- 200 manat; 3 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca döşək, 2 ədəd yastıq-1000 manat; mətbəxdə istifadə olunan qab-qacaqlar-1000 manat; şəxsi geyim əşyaları, ayaqqabılar, paltarlar-3000 manat. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, iddia ərizəsində göstərilən əşyaların hamısını onun valideynləri kreditlə alıb. O özü Bakıda qeydiyyatda olmadığına görə müqavilələr öz adına rəsmiləşdirilməyib. Bu əşyaların bir çoxu, məsələn, qaz peçi, aspirator, soyuducu, tozsoran birlikdə şəxsən özünün iştirakı ilə alınıb. Anası dayəlik edib qazandığı aylıq 320 manat pulun 120 manatını əşyaların kreditini ödəmişdir. Qonaq otağı mebelinin də yarısının pulunu valideynləri vermiş, aylıq 120-130 manat kredit ödənilmişdir. O, krediti “xxxx” ASC-dən götürmüş, hər ay ödəmişdir. Lakin bununla bağlı əlində sübut yoxdur. Kompüteri də atası olan 16 yaşı olanda almışdır. Bəzi əşyalar isə cehiz kimi o evə yerləşməzdən qabaq evə yığılmışdır. Məsələn, divan-kreslo dəsti, yataq otağı dəsti, mətbəx mebeli cehiz olmuşdur. Ümumiyyətlə əşyaların çoxu 2017-2018-ci illərdə alınmışdır. Bütün bu əşyalar ona məxsus olsa da iddia tələbində göstərilən dəsmallar, süfrələr, divan-kreslo örtüklərinə münasibətdə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, göstərilən əşyaların hər biri iddiaçının valideynləri tərəfindən alınıb. Bu əşyaların cavabdehin evində olduğu Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin aktından da müəyyən edilir. Əgər hansısa digər əşya olmasaydı həmin aktda olmayan əşyaların siyahısında göstərilərdi. İddiaçı cavabdehin evində olan özünə məxsus əşyaları tələb edir və bu əşyaların heç biri ilə bağlı qiymət mübahisələndirmir, sadəcə olaraq işlənmiş əşyalarını geri tələb edir. Cavabdehin evində olmayanların isə dəyərinin ödənilməsini tələb edir. Eləcə də qonaq otağı dəstinin yarısının pulunu iddiaçının atası ödəyib. Bu səbəbdən həmin mebelin dəyərinin yarısı da cavabdehdən tutulmalıdır. Məhkəməyə təqdim edilmiş qəbzlərə gəldikdə isə bu qəbzlərdə ödənişlərin kim tərəfindən edildiyi yox, müqavilənin kim adına bağlandığı göstərilmişdir. Müqavilə isə qeydiyyat məsələsinə görə cavabdehin adına bağlanmış, lakin bütün ödənişləri iddiaçının valideynləri ödəmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı bu əşyalardan bəzilərinin – dəsmal, süfrə, diivan-kreslo örtüyü – cavabdehdə qalmasına etiraz etmir, lakin qalan əşyalarını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, əşyalardan yalnız yataq otağı dəsti, divan-kreslo dəsti, mətbəx mebeli, uşaq çarpayısı, Samsung paltaryuyan, iki ədəd xalça, tozsoran iddiaçıya məxsusdur. Kompüteri isə özü alsa da iddiaçıya verməyə etiraz etmir. Qalan əşyalar isə onun özünə məxsusdur və kreditlə alınmışdır. Bütün müqavilələr onun adına bağlanmış, qəbzlər onun adına olmuşdur. Qonaq otağı mebelini də özü almış, hazırda da satmışdır. Odur ki, məhkəmədən qeyd etdiyi əşyalardan başqa qalan əşyalara münasibətdə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək bildirdi ki, əşyalardan yalnız cavabdehin qeyd etdikləri iddiaçıya məxsusdur. Qalan əşyalar isə cavabdeh tərəfindən, çoxu isə kreditlə alınmışdır. Əşyaların cavabdeh tərəfindən alındığını təsdiq edən müqavilələr, ödəniş qəbzləri mövcuddur. İddiaçı isə qeyd etdiklərini təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmədən cavabdehin qeyd etdiyi əşyalardan başqa qalan hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10.04.2017-ci il tarixdə verilmiş AZ-İİİ 940901 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X1 (atası Cavabdeh, anası İddiaçı) 14.03.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 10.04.2017-ci il tarixdə 2128 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10.04.2017-ci il tarixdə verilmiş AZ-İ 328499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 14.03.2017-ci il tarixd İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 10.04.2017-ci il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. “Maqnit Ekspress” mağazalar şəbəkəsi tərəfindən Cavabdeh 28.09.2020-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq “Maqnit Ekspress” mağazalar şəbəkəsindən 759 manat qiyməti olan “HP 15- N078ER” model noutbuk almış, müqavilə üzrə borcunu bağlamışdır. “Maqnit Ekspress” mağazalar şəbəkəsi tərəfindən Cavabdeh 28.09.2020-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq “Maqnit Ekspress” mağazalar şəbəkəsindən 905 manat qiyməti olan “LG D 1452VVF” qabyuyanmaşın almış, müqavilə üzrə borcunu bağlamışdır. “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 05.04.2017-ci il tarixli, 22H75485 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC tərəfindən Cavabdeh 2904 manat dəyərində “Doğa” qonaq dəsti satılmış, Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən ödənişlərin 03.05.2017 – 03.04.2019-cu il tarixləri arasında ayda 121 manat olmaqla hissə-hissə ödənilməsi müəyyən edilmişdir. “Kontakt Home” tərəfindən verilmiş qəbzlərdən görünür ki, 05.04.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh adından 14.08.2017-ci il tarixdə 41 manat, 18.02.2018-ci il tarixdə 121 manat, 05.08.2017-ci il tarixdə 80 manat, 16.03.2018-ci il tarixdə 121 manat, 15.01.2018-ci il tarixdə 121 manat, 13.10.2017-ci il tarixdə 60 manat, 13.10.2017-ci il tarixdə 25 manat, 17.05.2018-ci il tarixdə 120 manat, 07.06.2017-ci il tarixdə 80 manat, 18.07.2017-ci il tarixdə 40 manat ödəniş edilmişdir. (qəbzlər cavabdeh tərəfindən təqdim edilmişdir) “Kontakt Home” tərəfindən verilmiş qəbzlərdən görünür ki, 05.04.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh adından 14.07.2018-ci il tarixdə 150 manat, 31.07.2018-ci il tarixdə 150 manat, 20.09.2018-ci il tarixdə 300 manat, 11.07.2019-cu il tarixdə 73.56 manat, 24.06.2019-cu il tarixdə 45 manat, 16.11.2017-ci il tarixdə 64 manat, 07.12.2018-ci il tarixdə 120 manat, 08.11.2018-ci il tarixdə 120 manat, 08.10.2018-ci il tarixdə 110 manat ödəniş edilmişdir. (qəbzlər iddiaçı tərəfindən təqdim edilmişdir) Ləğv prosesində olan “xxxx” QSC tərəfindən Cavabdeh ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh 25.09.2013-cü il tarixli, KM FŞ 105/00/90304/13 saylı kredit müqaviləsi üzrə əldə edilmiş əşyaların siyahısı təqdim edilmişdir. Siyahıda adları qeyd edilən əşyalar: 884 manat qiyməti olan “Elektroluks” markalı, kondisioner, 130 manat qiyməti olan aspirator, 400 manat qiyməti olan “Süsler” markalı peç, 2255 manat qiyməti olan “Hitachi” markalı soyuducu, 220 manat qiyməti olan “Elektrluks” markalı tozsoran. “Azərbaycan Kredit Bürosu” tərəfindən verilmiş kredit məlumatlarının icmalından görünür ki, Cavabdeh LPO “xxxx” QSC-dən 25.09.2013-cü il tarixdə 3000 manat məbləğində kredit götürmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 05.11.2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(010)-4138/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra sənədində qeyd edilən ünvan 1 ünvanında icra məmurları olmuş, icra sənədində göstərilən cehiz əmlaklardan “LG” markalı kompüter, 2 ədəd çilçıraq, 3 ədəd xalça, 1 ədəd pərdə dəstinin evdə olmadı müəyyən edilmiş, qalan bütün əşyalar yerində aşkar edilmiş, icra sənədinin tələbləri cavabdehə izah edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 2012ci ildən (iddia ərizəsində 2016-cı il qeyd edilsə də məhkəmə araşdırması nəticəsində tərəflərin 2012-ci ildən birgə yaşadığı müəyyən edilmiş, cavabdeh də bunu qəbul etmişdir – i.v.62) qeyri-rəsmi nikah münasibətində olmuş, tərəflərin faktiki nikah münasibətlərindən bir uşağı doğulmuşdur. İddiaçı cavabdehlə birgə yaşadığı evə bir sıra cehiz əşyaları alaraq yerləşdirmişdir və hazırda da yalnız həmin əşyaları tələb etdiyini iddia edir. Lakin məhkəmə iclasında iştirak edən cavabdeh həmin əşyaların bəzilərinin iddiaçıya məxsusluğunu mübahisələndirmiş, məhkəməyə bir sıra müqavilə və qəbzlər təqdim edərək göstərilən əşyaların özü tərəfindən alındığını bildirmişdir. İddiaçı isə öz növbəsində tələb edilən bütün əşyaların özünə məxsus olduğunu, qonaq otağı mebelinin isə pulunun yarısını öz valideynlərinin verdiyini, lakin valideynləri Bakı şəhərində qeydiyyatda olmadığından müqavilənin formal olaraq cavabdehin adına bağlandığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” QSC tərəfindən verilmiş 25.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə əldə edilmiş əşyaların siyahısından görünür ki, “Elektroluks” markalı kondisioner, aspirator, “Süsler” markalı peç, “Hitachi” markalı soyuducu, “Elektrluks” markalı tozsoran Cavabdeh Məmməd oğlu tərəfindən 25.09.2013-cü il tarixli müqavilə əsasında alınmışdır. İddia tələbindən isə görünür ki, iddiaçı “Hitachi” markalı soyuducu, 1 ədəd qaz peçi və aspirator (marka göstərmədən), “Elektroluks” markalı kondisioneri öz əmlakı kimi göstərərək bu əşyaları cavabdehdən tələb etmişdir. Lakin tələb edilən tozsoranın “Samsung” markalı, cavabdehin aldığı tozsoranın isə “Elektroluks” markalı olduğu nəzərə alınmalıdır. Odur ki, bu əşyalara münasibətdə (“Samsung” markalı tozsoran istisna olmaqla) iddia təmin edilə bilməz. Ona görə ki, iddiaçı həmin əşyaların özünə məxsus olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Eləcə də iddiaçı “Doğa” qonaq mebel dəstini özünə məxsus əşya kimi təqdim edərək həmin mebel dəstini cavabdehdən tələb etsə də iş materiallarında olan 05.04.2017-ci il tarixli müqavilədən görünür ki, həmin mebel dəstinin dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı müqavilə Cavabdeh adından bağlanmışdır. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə bir sıra aylıq ödənişləri təsdiq edən qəbzlər məhkəməyə təqdim edilmiş, həmin qəbzlərdə də iddiaçının (yaxud ata-anasının) yox, cavabdehin adı qeyd edilmişdir. Həmçinin, iddia tələbində bu mebel dəsti iddiaçı tərəfindən alınmış əşya kimi qeyd edilərək cavabdehdən tələb edilsə də məhkəmə iclasında izahat verən iddiaçı və vəkili mebelin pulunun hamısının yox, yarısının iddiaçının valideynləri tərəfindən verildiyini, lakin müqavilənin qeydiyyat yerinə görə formal olaraq cavabdehin adından bağlandığını, qəbzlərdə isə ödəniş edənin yox, müqavilə üzrə alıcının adının qeyd edildiyini bildirmişdir. Məhkəmə məhz bu mebellə bağlı mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, hər nə qədər 05.04.2017-ci il tarixli müqavilə Cavabdeh ilə Satıcı arasında bağlanmış olsa da ödəniş qəbzlərinin əsllərinin bir hissəsi iddiaçı, bir hissəsi isə cavabdeh tərəfindən təqdim edilmişdir. Eyni zamanda, hər nə qədər ödəniş qəbzlərində “kimdən” hissəsində Cavabdeh adı qeyd edilsə də bu həmin ödənişin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərməyə də bilər. Belə ki, Cavabdeh müqavilə üzrə alıcıdır və müqavilə üzrə hər ödəniş onun adından ödənilmiş hesab edilir. Bütün bunlar əsasında isə ödənişlərin bir qisminin iddiaçı tərəfindən ödənildiyi mübahisələndirilə bilər. Lakin nəzərə alınmalıdır ki, hazırkı tələb cehiz əmlakın geri qaytarılması tələbidir və istənilən əşyanı başqa şəxsin qanunsuz sahibliyindən geri tələb etmək üçün şəxs ilk növbədə həmin əşyanın tam özünə məxsus olduğunu sübut etməlidir. Hazırkı işdə isə əksinə, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirir ki, ödənişlərin hamısı yox, yarısı onun tərəfindən ödənilmişdir. Belə olan halda ödənişlərin bir qismi iddiaçı tərəfindən ödənilmiş olsa belə iddiaçı bu mebel dəstini bütövlükdə özü tərəfindən alınmış cehiz əşya kimi cavabdehdən tələb edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Digər əşyalara münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında izahat verən Cavabdeh əşyalardan bəzilərinin həqiqətən iddiaçıya məxsus olduğunu etiraf etmiş, bu əşyalara münasibətdə iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Həmin əşyalar bunlardır: yataq otağı dəsti, divan-kreslo dəsti jurnal stolu ilə birlikdə, mətbəx mebeli, iki ədəd xalça, bir ədəd uşaq çarpayısı, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı tozsoran. Eyni zamanda, cavabdeh bildirmişdir ki, kompüteri özü alsa da onu uşağa görə iddiaçıya verməyə etiraz etmir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi bütün bu əşyalara münasibətdə iddia təmin edilməlidir. Belə ki, bu əşyalar İddiaçı məxsusdur (məhkəmə kompüterin cavabdehə məxsus olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etmir) və o, özünə məxsus bu əmlakları cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qalan əşyalara münasibətdə isə məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, bəzi əşyaların – televizor, elektrik soba, dəsmal, süfrə, adyal, divan-kreslo örtüyü, yataq örtüyü, pərdə dəsti, çilçıraq, qab-qacaq, geyim əşyaları, yorğan-döşək, adyal - iddiaçıya məxsus olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi cehiz əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Lakin hazırkı işdə bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən iddiaçı dəsmal, süfrə, divan-kreslo üçün örtüklə bağlı hissədə iddianın təmin edilməməsinə heç bir etirazı olmadığını bildirmişdir. İddia tələbində “geyim əşyaları, ayaqqabılar, paltarlar” və “qab-qacaq” adı ilə tələb edilən əşyalara münasibətdə isə iddianın təmin edilməsi ümumiyyətlə mümkün deyil. Çünki, iddia tələbi bu əşyalarla bağlı hissədə qeyri-dəqiq ifadə edildiyinə (əşyaların sayları, növləri, modelləri, fərqləndirici əlamətləri haqqında heç bir məlumat verilmədiyinə) görə iddianın bu hissədə təmin edilməsi qətnamənin icrası baxımından mümkün deyil. Məhkəmə tələb edilən pərdə dəsti ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin aktından görünür ki, evdə pərdə dəsti aşkar edilməmişdir. İddiaçı isə evdə aşkar olunmayan bu əşyanın həqiqətən mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia pərdə dəstinə münasibətdə də təmin edilmir. Bu hissədə məhkəmə qeyd edir ki, İcra Şöbəsinin aktında üç ədəd xalçanın evdə aşkar edilmədiyi qeyd edilsə də məhkəmə iclasında izahat verən cavabdeh iki ədəd xalçanın iddiaçıya məxsus olduğunu etiraf etmiş, bu xalçaları iddiaçıya qaytarmağa etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmə iddia ərizəsində iyirmi beş bənddə tələb edilən əşyaların hər birinə tək-tək münasibət bildirmiş və bütün bu qeyd edilənlərə əsasən, hesab etmişdir ki, iddia qismən - yataq otağı dəsti, divan-kreslo dəsti jurnal stolu ilə birlikdə, mətbəx mebeli, iki ədəd xalça, bir ədəd uşaq çarpayısı, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı tozsoran aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Son olaraq, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Hazırkı işdən görünür ki, cavabdehdən naturada alınması qət edilən əşyaların hamısı cavabdehin evində mövcuddur və bunu cavabdeh öz izahatında təsdiq etmiş, bu əşyaları iddiaçıya verməyə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş aktda da “LG” markalı kompüter və xalçaların evdə olmadığı göstərilsə də cavabdeh özü bu əşyaların mövcudluğunu mübahisələndirmədən iddianı bu hissədə qəbul etmişdir. Odur ki, bu əşyaların dəyərinin müəyyən edilməsinə ehtiyac yoxdur, çünki əşyaların cavabdehin evində olmasının mübahisəsiz olduğu halda bu əşyaların mövcud olmadığı hal üçün qiymət müəyyən etmək lüzumsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yataq otağı dəsti, divan-kreslo dəsti jurnal stolu ilə birlikdə, mətbəx mebeli, iki ədəd xalça, bir ədəd uşaq çarpayısı, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı tozsoran Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasibətdə ödənilmiş rüsumun 10 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalanı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən yataq otağı dəsti, divan-kreslo dəsti jurnal stolu ilə birlikdə, mətbəx mebeli, iki ədəd xalça, bir ədəd uşaq çarpayısı, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı tozsoran Cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş rüsumun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilsın. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-305/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-305/2021
08.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver