Məhkəmə qərarları › İş №2(010)-3081/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3081/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3081/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 0*.*0.*955-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X*0 Bakı şəhərində 0*.*0.*955-ci ildə doğulmuşdur, hazırda onun yaşadığı ünvanda - Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev *9, mənzil 78-də onunla və digər ailə üzvlərilə birlikdə yaşamışdır. X* 2007-ci ildən ürək xəstəliyindən əziyyət çəkmişdir, 2007-ci ildə ona X7 İnstitunda “sol mədəciyin ön çəpər, zirvə nahiyəsinin yan divarına kəskin transmural miokard infarktı” diaqnozu qoyulmuş, orada *6.07.2007-ci ildən xx.xx.2007-ci ilə qədər müalicə almış və evə yazılmışdır. xx.xx.2009-cu ildə Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunduqdan sonra onun əmək qabiliyyətsiz olması ilə bir il müddətinə ikinci qrup əlillik verilmişdir, sonrakı illər də həmin əlillik qrupunun müddəti yenidən təsdiq edilmişdir. 20*6-cı ildə ona “ÜİX gərginlik stenokardiytası İİİ fs.QDÇ İİ dər, şəkərli diabet, İİ tip Postinfarkt kardioskleroz. Flipertoniya xəst.ll mər.” diaqnozu ilə ikinci dərəcəli əlillik 0*.05.202*-ci ilə qədər təyin edilmişdir. 25.*0.2022-ci ildə X* vəziyyəti pisləşdiyi üçün Azərbaycan Tibb Universitetinin X2 müayinə olunnmuşdur, ürəyin atım fraksiyası *5%, yəni ciddi aşağı olduğu üçün qəfləti ölümün birincili profilaktikası üçün onun ürəyinə CRT-D implantasiya məsləhət görülmüş, qeyd edilən cihaz həmin gün onun ürəyinə yerləşdirilmişdir. X* göründüyü kimi kəskin ürək xəstəliyindən əziyyət çəkmiş və o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, *0 ünvanının qarşısında xx.xx.2023-cü ildə səhhəti qəflətən pisləşdiryi üçün vəfat etmişdir. Onun halı pisləşən zaman X*6 çağırılmış, lakin X*6 gələnə qədər atası vəfat etmişdir. Bu barədə Təcili və X5 Stansiyası tərəfindən arayış verilmişdir.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. AZE seriyalı, 0880*973 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*0 0*.*0.*955-ci il tarixdə anadan olmuşdur. 6.XVİİİ-ЖГ seriyalı, 446*48 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*994-cü il tarixdə anadan olmuşdur. X*, anası Muxtarova Nərminədir.

7. Bakı şəhər Təcili və X5 Stansiyasının 7 saylı bölməsinin Xətai Rayon Prokurorluğuna ünvanlanmış *0.06.2023-cü il tarixli, 62 nömrəli cavabından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat *7.54-də Ukrayna dairəsi ünvanına X6 adına çağırış verilmiş və kişi cinsli meyid (həkimə qədər ölüm) aşkar edilmişdir.

8. AR Binəqədi rayonu X3 *4.06.2023-cü il tarixli, 02/M-657 nömrəli arayışından görünür ki, X*0 *0.06.2023-cü il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbristanlığında dəfn edilmişdir.

9. Suraxanı Rayon Qeydiyyat şöbəsinin *3.06.2023-cü il tarixli 3-*6-5/7-684/2023 №li məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. *0. “X**” PHŞ-nin *9.06.2023-cü il tarixli, *96 nömrəli məktubundan görünür ki, X4 ölümünün baş verməsi səbəbi məlum olmadığına görə ölüm haqqında arayışın təqdim edilməsi mümkün olmamışdır. **. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçinin bacısıdır. Atası 2007-ci ildən ürək xəstəliyindən əziyyət çəkmişdir. Həmin vaxtdan etibarən mütəmadi müalicə almışdır və ürəyinə aparat qoyulmuşdur. Atası 09 iyun 2023-cü il tarixdə ürəktutmasından vəfat etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, ərizəçinin qonşusudur. X*0 ilə dostluq münasibətləri olmuşdur və həmin gün görüşməli idilər. Lakin Zahidin telefonuna zəng edəndə Zahid ona vəziyyətinin yaxşı olmadığını və danışa bilmədiyini bildirmişdir. Daha sonra yenidən zəng edəndə artıq başqa bir şəxs telefonu götürərək Zahidin vəziyyətinin pis olduğunu və buna görə X*6 çağırdığını bildirdi. O, həmin əraziyə gəlib çatanda Zahid artıq vəfat etmişdi.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, 0*.*0.*955-ci il təvəllüdlü X*0 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, 0*.*0.*955-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 0*.*0.*955-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. 0*.*0.*955-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar